TƏQVA

1. dinə görə qadağan olunmuş şeylərdən çəkinmə; 2. dindarlıq; 3. pəhriz.
TƏQRİR-TƏQSİL
TƏLAQ
OBASTAN VİKİ
Təqva
Təqva - (ərəbcə: التقوى‎) "viqayə" sözündəndir, pəhriz saxlama, yəni günahları tərk etmək anlamındadır. Təqva - vəqayə maddəsindən olaraq, ziyan qarşısında nəyinsə hifz edilməsi deməkdir. Təqva - ruh və nəfsin hifz edilməsi deməkdir. Sonralar qorxuya da təqva deməyə başladılar və şəri dildə günah və haramdan çəkinməkdir və onun kamalı bəzi şübhələri, mubahatları da tərk etməkdir. İmam Əli (ə) təqva haqqında buyurur: "Günahlar - üsyankar at kimidir və günahkarlar da ona minirlər və yüyənləri qırılar, onlar cəhənnəmə yıxılarlar. Ancaq təqva - aram at kimidir və sahibi ona minəndə, onun idarəsini ələ keçirərək, behiştə tərəf çaparlar". Başqa yerdə o Həzrət (ə) yenə buyurur: "Bilin, ey Allahın bəndələri, təqva - möhkəm və məğlub olmayan bir qaladır. Ancaq günahlar davamsız hasar kimidir və ona sığınmış insanları ziyandan qorumur və o, amanda deyildir. Bilin ki, ancaq təqva vasitəsilə günahdan qorunmaq olar". Başqa yerdə yenə o Həzrət buyurur: "Təqva - düzlüyün kilidi, Qiyamətin ehtiyatı və hər cür köləlikdən azad olmaq və hər bir günahdan nicat tapmaqdır".

Digər lüğətlərdə