TƏRİFLƏMƏK [Qazalaqçı] Balağam çox təriflədi (H.Abbaszadə); MƏDH/SƏNA ETMƏK Nizami zamanının başqa şairləri kimi mədh və səna etməkdən çəkinərək şairlik və şerin qədrü qiymətini hər şeydən yüksək tutan bir şair olduğunu sözlərindəki vüqar və ciddiyyət dəlildir (A.Şaiq); TƏRİF ELƏMƏK/ETMƏK Bir ingilis xanımı; O gündən ballarda; Onu tərif eləyir (M.Rahim); VƏSF ETMƏK (köhn.) Edər vaiz mükərrər vəsf abi-kövsəri, amma (Q.Zakir); ÖYMƏK.