uçuş-enmə
uçuşqabağı
OBASTAN VİKİ
Enmə
Enmə — uçan canlılar ilə hava və kosmik gəmilərin uçuş sonunda yerə, suya və ya digər səthə nəzarətli bir şəkildə enməsi. Təyyarələr əsasən asfalt, torpaq və ya otdan hazırlanmış xüsusi ərazilərə enirlər. Sabit qanadlı təyyarələr ümumiyyətlə uçuş-enmə zolaqlarına, fırlanan qanadlı aviavasitələr isə heliportlara və ya buna bənzər şəkildə hazırlanmış ərazilərə enirlər. Bəzi təyyarələr suyun üzərinə enə biləcək şəkildə hazırlanmışdır.
Enmə aparatı
Enmə aparatı — astronomik cismin səthinə düşən və burada dayanan kosmik gəmidir.
Fırlatma zolağı
Fırlatma zolağı (scroll bar,полоса прокрутки,kaydırma çubuğu)-qrafik istifadəçi interfeyslərində: pəncərənin sağ, yaxud aşağı qırağında yerləşən və pəncərəyə yerləşməyən sənədi fırlatmaq üçün nəzərdə tutulmuş şaquli, yaxud üfüqi zolaq. Fırlatma zolağının üç aktiv zonası olur; məsələn, mətn redaktorlarında şaquli fırlatma zolağının üzərində ox olan iki fırlatma düyməsi var ki, onların köməyilə sənədi bir sətir aşağıya, yaxud yuxarıya hərəkət etdirmək olur və sənədin lazım olan yerinə keçmək üçün fırlatma boksu var; siçanın göstəricisini fırlatma boksunun yuxarısında, yaxud aşağısında çıqqıldatmaq sənədi bir ekran yuxarıya, yaxud aşağıya hərəkət etdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qəzza zolağı
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 2,2 milyon.
Qəzzə zolağı
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 2,2 milyon.
Tapşırıqlar zolağı
Tapşırıqlar zolağı – taskbar ~ панель задач ~ görev çubuğu ~ Windows əməliyyat sistemində: ekranın aşağısında məsələlərin siyahısından ibarət üfüqi zolaq. Tapşırıqlar zolağı iş masasının yuxarı, sol və ya sağ qırağına da yerləşdirilə bilər. Açılmış hər bir proqram tapşırıqlar zolağında düymə kimi təmsil olunur və istənilən zaman həmin proqrama keçmək üçün, sadəcə, tapşırıqlar zolağındakı uyğun düyməni çıqqıldatmaq lazımdır. Tapşırıqların idarəolunması — task management ~ управление задачами ~ görev yönetimi ~ kompüterdə, xüsusən çoxistifadəçi rejimində yerinə yeririlən ayrı-ayrı tapşırıqları və prosesləri izləmək və onları lazım olan resurslarla təmin etmək üçün əməliyyat sisteminin gördüyü işlər. Tapşırıq – task ~ задача ~ görev ~ müstəqil element kimi yerinə yetirilən avtonom tətbiqi proqram, yaxud altproqram. Tapşırıqlar meneceri – Task Manager ~ Диспетчер задач ~ Görev Yöneticisi ~ Microsoft Windows əməliyyat sistemləri ailəsində: başladılmış proseslərin və onların istifadə etdikləri resursların (status, prosessor vaxtı və sərf olunan operativ yaddaş və s.) siyahısını ekrana çıxarmaq üçün utilit. Proseslər üzərində bəzi əməliyyatlar etmək (məsələn, prosesi durdurmaq) imkanı vardır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Avtobus zolağı
Avtobus zolağı — sadəcə avtobusların istifadə etməsi və ictimai nəqliyyatın tıxacda ilişib qalmaması məqsədilə çəkilmiş zolaq. Avtobus zolaqları metrobus şəbəkəsinin əsas komponentidir, digər trafikin səbəb olduğu gecikmələri azaltmaqla avtobusların hərəkət sürətini və etibarlılığını artırır. Xüsusi avtobus zolağı ümumi avtomobil hərəkəti üçün nəzərdə tutulmuş yolun yalnız bir hissəsini tuta bilər. == Tarixi == İlk avtobus zolağı tez-tez səhvən 1939-cu ildə Şeridan küçəsinin Foster prospektinin şimalında geri dönən zolaqlarla quraşdırıldığı Çikaqoya aid edilir. Yol pik istiqamətə doğru üç zolaqdan (səhər cənuba; axşam şimala) və bir əks axın zolağından ibarət idi. Zolaqların heç biri yalnız avtobus üçün deyildi, lakin avtobusların hərəkətini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdu. 1948-ci ildə Rod-Aylend ştatının Providens şəhərindəki Şərq Trolley tuneli yalnız avtobuslar üçün istifadəyə çevrildi və bu günə qədər fəaliyyətini davam etdirərək ABŞ-də ilk xüsusi avtobus yolu oldu.
Kosmik uçuş
Kosmik uçuş — Yerdən atmosfer xaricində və ya kosmosda reallaşdırılan səfər. Kosmik uçuşkar insanlı və ya insansız kosmik gəmilər vasitəsiylə elmi, hərbi və ya kommersiya məqsədləri ilə həyata keçirilir. == İnsanlı və insansız kosmik uçuş == İnsanlı kosmik uçuşlara Rusiyanın Soyuz programını, Amerika Birləşmiş Ştatlarının Speys Şattlını, Beynəlxalq kosmik stansiyanı nümunə göstərə bilərik. İnsansız səfərlərə digər göy cisimlərinə göndərilən tədqiqat robotları və ya Yerin orbitinə göndərilən kommunikasiya peykləri nümunə olaraq verilə bilər. 1957-ci il 4 oktyabrda "Sputnik-1" adlı Yerin ilk süni peyki SSRİ tərəfindən orbitə buraxılmışdır.İlk dəfə insansız kosmik uçuş 1942-ci il 3 oktyabrda "Fau-2" alı dünyada uzaq mənzilli ilk ballistik raketi ilə baş tutdu. == Komersiya uçuşları == Kommersiya məqsədli kosmik uçuşlara kosmik turizm misal gətirilə bilər.
Uçuş məsafəsi
Uçuş məsafəsi — təyyarələrin təkərlərini yerdən kəsmək üçün lazım olan uçuş-enmə zolağının uzunluğuna verilən addır. == Asılı olduğu xüsusiyyətləri == Uçuş məsafəsinin hesablanması təyyarənin mühərrikinin tam gücü ilə işlədiyi və flap səviyyələri uçuş səviyyəsində olduqda hesablanır. Təyyarənin nə qədər müddət yer üzərində hərəkət etdikdən sonra uçmağa başlaması Təyyarənin bütün xüsusiyyətlərindən asılı olan bir dizayn parametridir. Məsələn, eyni çəkidə daha güclü bir mühərrik bir təyyarəyə quraşdırıldıqda, qanadların təyyarəni qaldıra biləcəyi sürət daha qısa məsafədə əldə edilə bilər. Və ya təyyarənin cari çəkisi uçuş məsafəsinə təsir göstərir. Dizayn parametri olduğundan, təyyarənin ağırlığına, sürütlənməsinə və qalxmasına təsir edən hər hansı bir dəyişiklik bu parametri də dəyişdirəcəkdir. Bundan başqa, uçuş zolağının nə qədər mükəmməlliyi, hava şəraiti, uçuş-enmə zolağının yerləşdiyi yerin hündürlüyü, küləyin istiqaməti kimi xarici amillər uçuş məsafəsinə təsir edir. == Uçuş == Təyyarə qanadları təyyarənin ağırlığını tarazlayacaq bir qüvvə meydana gətirən kimi uçuş həyata keçirilir. Pilotun simmetrik olmayan qanad profillərinə müdaxiləsi lazım deyildir. Simmetrik olmayan profillərdə isə daşıyıcı qüvvə hücum bucağı ilə meydana gəldiyindən pilot hündürlük sükanı və ya digər uçuş idarəetmə vasitələrindən istifadə edə bilər.
Uçuş simulyatoru
Aviasiya (pilotaj) trenajoru — pilotların yerüstü hazırlığı üçün nəzərdə tutulmuş uçuş simulyatorudur. Aviasiya trenajorunda trenajorun hesablama kompleksinin proqram təminatında həyata keçirilən xüsusi modellərin köməyi ilə aparat-proqram kompleksi vasitəsilə, uçuş dinamikası və hava gəmisi (HG) sistemlərinin işi imitasiya olunur. == Pilotların hazırlanması == Aviasiya trenajorunda pilotların hazırlanması — HG-nin təhlükəsiz istismarının təmin edilməsinin ən mühüm elementlərindən biridir. Bu, insan amilinin mənfi təsirini minimuma endirməyə imkan verir, yəni təyyarə heyətinin səhv hərəkətləri ehtimalını minimuma endirməyə imkan verir. Trenajor hazırlığının aktuallığı insan amilinin aviasiya qəzalarının əsas səbəbi olmağa davam etməsi səbəbindən sabit bir yüksəliş tendensiyasına malikdir. Bundan əlavə, EHM-in hesablama gücünün sürətlə artması müasir aviasiya trenajorlarını elə inkişaf səviyyəsinə çatdırmağa imkan verib ki, trenajorlarda pilotların hazırlanması real təyyarədə hazırlıqdan daha effektivdir. Aviasiya trenajorlarının bu cür effektivliyi onların yüksək hazırlıq intensivliyinin təmin edilməsi imkanları ilə şərtlənir. Belə ki, əgər real uçuşda ekipaj konkret təlim tapşırıqlarının yerinə yetirilməsilə bağlı olmayan, məsələn, uzun müddətli "qutu üzrə uçuş", hündürlüyün yığılması, zonaya uçuş və s. yerinə yetirilməsilə bağlı gündəlik əməliyyatların yerinə yetirilməsinə əhəmiyyətli vaxt ayırmalıdırsa, trenajorda isə xüsusi proqram təminatı uçuş şəraitini, havanı, coğrafi mövqeyi, təhlil və təkrarlama üçün tapşırığın yerinə yetirilməsini dayandırmağa və s. imkan verir.
Uçuş rejimi
Uçuş rejimi — aktivləşdirildikdə cihazın radiotezlik (RF) siqnal ötürmə texnologiyalarını (məsələn, Bluetooth, telefoniya və Wi-Fi) dayandıran və elektron cihaz proqram təminatı müəllifi tərəfindən düzgün tətbiq edildikdə bütün analoq səs və rəqəmsal məlumat xidmətlərini effektiv şəkildə söndürən, smartfonlarda və digər portativ cihazlarda mövcud olan parametr. Rejim əksər aviaşirkətlər uçuş zamanı RF siqnallarını ötürən avadanlıqların istifadəsini qadağan etdiyi üçün belə adlandırılıb. Tipik olaraq, uçuş rejimində telefon zəngləri etmək və ya mesaj göndərmək mümkün deyil, lakin bəzi smartfonlar təcili xidmətlərə zəng etməyə imkan verir. Əksər cihazlar mətn və ya e-poçt mesajları yazmaq üçün e-poçt proqramlarından və digər mobil proqramlardan davamlı istifadə etməyə imkan verir. Mesajlar daha sonra, yəni uçuş rejimi söndürüldükdən sonra göndərilmək üçün yaddaşda saxlanılır. Wi-Fi və Bluetooth, təyyarənin operatoru tərəfindən icazə verildiyi hallarda cihaz psevdo-təyyarə rejimində olarkən ayrıca aktivləşdirilə bilər. RF siqnallarının qəbulu (radio qəbulediciləri və peyk naviqasiya xidmətləri kimi) uçuş rejimi tərəfindən dayandırıla bilməz. Lakin, həm ötürücülər, həm də qəbuledicilər, hətta onlara cavab vermədikdə belə, zəngləri və mesajları qəbul etmək üçün lazımdır. Təyyarə rejimində olan zaman cihazın ötürücüləri bağlandığından, rejim enerji istehlakını azaldır və batareyanın ömrünü uzadır.
Cihazlarla Enmə Sistemi
Cihazlara Enmə Sistemi (ILS) (İng: instrument landing system), uçuş-enmə zolağı (UEZ) başına yerleştirilmiş ötürcülər vasitəsilə hava gəmilərinin enişinə kömək edən dəqiq yaxınlaşma sistemidir. ILS, hava gəmisini UEZ başlanğıcına qədər dəqiq yaxınlaşmasını təmin edən bir aeronaviqasiya koməkçi sistemiridir. Buludun aşağı sərhəddinin, görünüş faktorlarının çətin olduğu hava şəraitlərində, hava gəmisinin aşağı hüdürlükdə UEZ-ə yaxınlaşmasını ve zolağa elektronik cihazlarla təhlükəsiz eniş etməsini təmin edir. Pilota kurs və qlissada məlumatı verir. Pilotların xüsusi ilə dumanlı ve qarlı havalar kimi görünüş məsafəsinin çox aşağı olduğu zamanlarda enişlərini böyük ölçüdə asanlaşdıran sistemin, tərkibində olan təchizatlar bunlardır: == Kurs göstəricisi (istiqamət göstən) == UEZ səthində eninə yönəlmiş ve eniş istiqamətinin əksi istiqamətdə siqnal göndərən təhcizatdır. Hava gəmisini zolaq istiqamətinə doğru yönləndirir. UEZ sonundan etibaren 1000 fut (300 metr) məsafədedir. Localizer vericiləri 25 nm'yə qadar siqnal ötürür. Yani hava gəmisi, UEZ uzaqlığı 25 nm'dən itibarən siqnalı almağa başlayır. Hava gəmisinə sadecə UEZ istiqaməti məlumatını verir.
Fila (enmə aparatı)
Fila (ing. Philae lander) — kometə endirilmək üçün nəzərdə tutulan aparat. Aparat Avropa Kosmik Agentliyi tərəfindən işlənib hazırlanmışdır. Fila "Rozetta" kosmik aparatında yerləşdirilmiş və 67P/Churyumov–Gerasimenko kometinin tədqiq edilməsi məqsədilə 2 mart 2004-cü ildə kosmosa buraxılmışdır. == Eniş == "Fila"nın və "Rozetta"dan ayrılması 12 noyabr 2014-cü il, saat 09:35-də UTC baş verdi. Bundan sonra 7 saatlıq kometin səthinə enmə başladı. Enmə planlaşdırılmamış rejimdə oldu. 15:34-dən UTC 17:32-ə qədər UTC üç toxunma və onların arasında iki sırayış ilə baş verdi. Yerə bu haqda siqnal yarım saata çatdı. Bu tarixdə ilk kometə enmə hadisəsidir.
Şaquli enmə-qalxma
Şaquli enmə-qalxma (ing. Vertical Take-Off and Landing) bu cür sinifləndirmə az saylı havada hərəkət etmək üçün nəzərdə tutulmuş olan texnikanı əhatə edir: helikopterlər, avtojirlər, balonlar və hava gəmiləri (zeplinlər) əsasən VTOL olaraq sinifləndirilmirlər. Bəzi hava texnikaları VTOL moduna əlavə olaraq CTOL (Şərti enmə-qalxma/Conventional Take-off and Landing) və/və ya STOVL (Qısa enmə-qalxma/Short Take-Off and Landing) da edə bilirlər. Bəzilərinin isə eniş dəstləri üfüqi hərəkət üçün nəzərdə tutulmadığı üçün sadəcə olaraq şaquli enmə-qalxma edə bilirlər (Nümunə Convair XFY).
Londonun yaşıl zolağı
Londonun yaşıl zolağı (ing. Metropolitan Green Belt) — Böyük London və ətraf qraflıqların ərazisində yerləşən yaşıl zolaq. Sahəsi — 554,7 min ha (2011-ci il üçün), Londonun özünün ərazisindən 3 dəfə genişdir. Şəhərin nizamsız böyüməsinin qarşısını almaq üçün İkinci Dünya müharibəsindən sonra Patrik Aberkrombinin layihəsi əsasında yaradılmışdır. == Tarix == Londonun böyüməsinin qarşısının alınmasına ilk cəhd 1593-cü il parlament aktı ilə edilmişdir. Qanuna əsasən Londondan və Vestminsterdən 3 mil aralı məsafədə yeni tikililərin inşası qadağan olunmuşdu. XIX əsr ərzində Londonun əhalisi 6 dəfə artmış, dəmir və avtomobil yollarının meydana gəlməsi şəhərin böyüməsinə səbəb olmuşdur. Parlamentin 1938-ci il aktı "yaşıl zonanı" istirahət və kənd təsərrüfatı ilə məşğul olmaq üçün sahə kimi müəyyən etdi və yerli hakimiyyət orqanlarına tikililərin genişlənməsinin qarşısını almaq üçün Londonda torpaq almaq hüququ verdi. Bu qanun xüsusi mülkiyyətdə olan ərazilərin yaşıl zolağa keçirilməsi imkanını da nəzərdə tuturdu. 1947-ci ildə parlamentin şəhər və kənd layihələndirilməsi haqqında yeni aktı qəbul olundu.
Kreyser uçuş rejimi
Kreyser uçuş rejimi — sabit bir sürətlə təyyarənin uçuş rejimi. Əsas diapazon uçuş rejimi uzun məsafələrdir. Kreyser rejimdəki hündürlük uçuş zamanı sabit qala bilər və ya yanacaq istehlak edildiyi üçün təyyarənin kütləsinin azalması səbəbindən artırıla bilər. İki parametrlə müəyyən olunur - sürət və hündürlük (və ya kreyser rejimdə qaldırma əmsalı). Kreyser uçuşu rejimi davamlı üfüqi uçuş rejimidir. Bu mülki təyyarələrin əsas iş rejimlərindən biridir. Təyyarə üçün ən qənaətcil uçuş profili yanacaq çənlərində yanacaq yaranması səbəbindən uçuş çəkisi azaldığından tədricən qalxma ilə bir uçuşdur - bu sözdə tavan uçuşu rejimi. Təyyarə pistonlu mühərriklər, maksimum səmərəliliyin əldə edildiyi müəyyən bir yüksəklikdə işləmələrini qənaətli edən bir gücləndirmə sisteminə malikdir. Pistonlu mühərriklər təxminən 250 mil/s qədər (460 km/s) sürətlə və 3000 metrə qədər yüksəklikdə uçanda ən təsirli olur. Bir reaktiv təyyarənin ekipajı, hava nəqliyyatının təşkilatçısı nəzarətçisinin icazəsi ilə yanacağın inkişafı səbəbindən təyyarənin çəkisi azaldıqca uçuş səmərəliliyini artırmaq üçün daha da yüksək eşelonları tuta bilər.
Maksimum uçuş çəkisi
Maksimum uçuş çəkisi və ya maksimum takeoff çəkisi (ing. Maximum Takeoff Weight) təyyarənin uçuş müddətində apara biləcəyi maksimum çəkini göstərir. Aviasiya sahəsinə qısaca MTOW olaraq bilinir. MTOW İngiliscə Maximum Takeoff Weight sözlərinin baş hərflərindən əmələ gəlmişdir. Müasir dövrdə MTOW çox vacib rəqəmdir. Yeni istehsal edilmiş təyyarələr sərnişin və yanacaq tutumunda uçuş həyata keçirə bilməzlər. Təyyarənin texniki məlumatlarının yenidən hesablanması lazımdır. Nümunə olaraq Airbus A330 sərnişin təyyarəsinin MTOW çəkisi 230 tondur. Təyyarə boş halda çəkisi 125 tondur. Təyyarənin yanacaq çənləri boş olarkən sərnişin və yük götürmə çəkisi 170 tondur.
Pilotsuz uçuş aparatı
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. == Etimologiya == İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Uçuş (film, 1931)
Uçuş məlumat bölgəsi
Uçuş Məlumat Bölgəsi — FIR (İngiliscə: Flight Information Region), içində uçuş Məlumat xidməti (FIS), xəbərdarlıq xidməti (ALRS) və aviasiya meteorologiyası xidməti verilən hüdudları müəyyənləşdirilmiş bir hava sahəsidir. FIR-lar indiki vaxtda istifadə edilən ən böyük hava sahəsi hissələridir və fərqli həndəsi formalarda ola bilərlər. FIR-ları bir-birindən ayıran xətlərə digər dillərdə olduğu kimi Azərbaycancada FIR xətti olaraq deyilir. Hər ölkənin hava sahəsi və ətrafı, ölkənin böyüklüyünə, mövqesinə və hava nəqliyyatının vəziyyətinə görə bir və ya daha çox FIR-a bölünür. Məsələn Azərbaycanın hava sahəsi Bakı FIR və Gəncə FIR olmaqla iki uçuş məlumat bölgəsinə bölünmüşdür. Bənzər şəkildə Birləşmiş Krallıq da Scottish FIR və London FIR olmaqla iki uçuş məlumat bölgəsinə bölünmüşdür. FIR-lar dəniz səviyyəsindən müəyyən bir hündürlüyə qədər olan bölgəni əhatə edirlər. FIR-ların üst limitindən sonra UIR (upper information region / üst uçuş məlumat bölgəsi) başlayır. UIR-lar da kosmos sərhədinə qədər olan bölgəni əhatə edirlər. Məsələn London UIR FL245 və FL660 arasındadır.
Evə uçuş (film, 2014)
Evə uçuş (ing. Flying Home) — Dominique Deruddere tərəfindən çəkilmiş 2014 romantik dram filmidir. == Süjet == Dubaylı şeyx Cos Pauelsə məxsus Wittekopu Flamand ev göyərçini almaq istəyir və müqavilə bağlamaq üçün Kolin adlı Amerika vasitəçisindən istifadə edir. Jos göyərçin satmaqla maraqlanmasa da, nəvəsi İzabelle Kolinlə açıq şəkildə maraqlanır. == Rollarda == Can Dekleir — Cos Paules Şarlotta Bruin — İzabella Paules Ceymi Dornan — Kolin Montqomeri Antoni Hed — Mr. Montqomeri Şaron Maquan — Mrs. Montqomeri Cosse de Pau — Rahib Vivian De Munik — Marta Elin Van der Velden — Selia Piet Fuç — Mr. Konrad Maks Pirkis — Ceyson Mitçell Mullen — Ualden Əli Suliman — Şeyx Omar bin Haider — Şeyxin sağ əli Numan Acar — Karadeniz == İstinadlar == == Xarici keçidlər == Evə uçuş — Internet Movie Database saytında.
Hərbi Pilotsuz Uçuş Aparatı
Hərbi Pilotsuz Uçuş Aparatı (qısaca: HPUA), Hərbi məqsədlər üçün istifadə olunan Pilotsuz Uçuş Aparatı, Hərbi PUA, Silahlı Pilotsuz Uçuş Aparatı (qısaca: SPUA), Silahlı PUA olaraq da bilinən bu Pilotsuz uçuş aparatı növü, adətən bomba, raket və/yaxud ATGM kimi təyyarə sursatlarını daşıyır və dron hücumları üçün istifadə edilirlər. Bu texnikalar adətən real vaxt rejimində insan nəzarəti altında fəaliyyət göstərirlər və müxtəlif səviyyələrdə avtonomluğa malikdirlər. Bu tip təyyarələrdə oturaq bir pilot yoxdur. Operator bu texnikanı uzaq terminaldan idarə etdiyi üçün bu texnikalarda pilot üçün lazımi avadanlıqlara ehtiyac qalmır, nəticədə pilotlu təyyarədən daha az çəki və daha kiçik ölçüyə malik olurlar. Bir çox ölkədə operativ yerli pilotsuz uçuş aparatları mövcuddur və daha bir çox pilotsuz uçuş aparatları da ya idxal olunur və yaxud da inkişaf proqramları vasitəsilə inkişaf etdirilir.
Marşal Kosmik Uçuş Mərkəzi
George C. Marshall Kosmik Uçuş Mərkəzi, George C. Marshall Kosmik Uçuş Mərkəzi (MSFC); NASA-nın əsasən mərkəzidir, kosmik -raket dartı qurğuları sistemləri, kosmik gəminin xarici yanacaq çənləri, uçuş və ekipaj təlimləri, Beynəlxalq Kosmik Stansiyası (ISS/BKS), layihələndirmə və istehsalat, şəbəkələr və məlumatların idarə olunması üçün liderlik vəzifəsini icra edən mərkəzdir. == Rəhbərləri == Verner fon Braun - 1 iyul, 1960 - 27 yanvar, 1970 Эберхард Реес - 1 Mart, 1970 – 19 Yanvar, 1973 Rocco Petrone - 26 Yanvar, 1973 - 15 Mart, 1974 Uilyam R. Lucas - 15 İyun, 1974 - 3 İyul 1986 Thomas Jack Lee - 3 İyul, 1986 - 29 Sentyabr, 1986 James R. Thompson, Jr. - 29 Sentyabr, 1986 - 6 İyul, 1989 Thomas Jack Lee - 6 İyul, 1989 - 6 Yanvar, 1994 Cin Porter Bridwell - 6 Yanvar, 1994 - 3 Fevral, 1996 Jerroll Wayne Littles - 3 Fevral, 1996 - 3 Yanvar, 1998 Kerolin Və S. Griner - 3 Yanvar, 1998 - 11 Sentyabr, 1998 Artur G. Stephenson - 11 Sentyabr, 1998 - Sentyabr, 2003 Devid A. Kinq - 15 İyun, 2003 - 26 Mart, 2009 Robert M. Lightfoot, Jr.
Pilotlu kosmik uçuş proqramı
Pilotlu kosmik uçuş proqramı, heyəti insan olan və bəlkə insanları sərnişin kimi də daşıyan kosmik uçuşlara verilən addır. Bu robotik kosmik gəmilər, kosmik zondlardan və ya uzaqdan idarə olunan peyklərdən fərqlidir.
Uçuş xətti (film, 1987)
== Məzmun == Film Bakıdakı Yuri Qaqarin adına Mərkəzi Pionerlər sarayının fəaliyyətindən bəhs eir.