Usta Baba Pirməmməd
Usta Baba Pirməmməd (1898, Balaxanı, Bakı qəzası – 26 mart 1957, Bakı) — Azərbaycan neft və qaz istehsalı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1948), "Stalin" mükafatı laureatı (1950).
== Həyatı ==
Usta Baba Pirməmməd 1898-ci ildə Bakı qəzasının Balaxanı kəndində neftçi fəhlə anadan olmuşdur. Üçsinifli məktəb bitirmiş və 1916-cı ildə qazmaçılar dəstəsində fəhləliyə başlamışdır. 1923-cü ildə qazmaçı, 1928-ci ildə qazma ustası vəzifələrində işləmişdir.Sonrakı illərdə Usta Baba Pirməmməd quyuların təmiri, izolyasiyası kontorunda və qazma kontorunda bir sıra inzibati-texniki vəzifələrdə işləmiş və Azərbaycan Sənaye İnstitutu yanındakı təsərrüfatçı kurslarında oxumuşdur. Bir müddət "Leninneft" qazma kontorunun katibi, 1938-ci ilin dekabrında isə quyuların əsaslı təmiri kontorunun direktoru vəzifəsinə təyin edilmişdir. O, 1940-cı ildən "Leninneft"in qazma kontorunda, 1945-ci ildən isə "Kirovneft"in qazma kontorunda direktor vəzifəsində çalışmışdır. 1945-ci Buzovnaya göndərilən Usta Baba Pirməmməd "Buzovnaneft" qazma kontorunun rəhbəri olmuşdur. O, yeni Buzovna–Maştağa neft sahəsinin kəşfində fəal iştirak etmişdir.Usta Baba Pirməmməd 1930-cu ildən ildən Sov.İKP üzvü, 1937-ci ildən Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı (4-cü çağırış) olmuşdur.Usta Baba Pirməmməd uzun sürən xəstəlikdən sonra 26 mart 1957-ci ildə Bakıda vəfat etmişdir.
== Təltif və mükafatları ==
Sosialist Əməyi Qəhrəmanı — 8 may 1948 ("Lenin" ordeni və "Oraq və Çəkic" medalı təqdim edilməklə)
3 dəfə "Lenin" ordeni — 6 fevral 1942, 8 may 1948, 15 may 1951
"Stalin" mükafatı (3-cü dərəcə) — 1950
== İstinadlar ==
== Xarici keçidlər ==
"Уста Баба Пир Мамед" (rus). "Герои страны" saytında.