UTANMAQ

UTANMAQ, HƏYA ETMƏK/ELƏMƏK (müxtəlif mənalarda) Baxır, sanki söyləyir həya et, utan barı; Dünya alçalan görüb hər zaman saxtakarı (M.Rahim); BAŞI AŞAĞI OLMAQ [Pirverdi bəy.] Və bir dəfə olmayıb ki, mən dövlət yanında başı aşağı olum (C.Məmmədquluzadə); ÇƏKİNMƏK (məc.) Qəndab: Mən həm tutulduğumdan, həm də əmimdən çəkindiyimə görə şoferdən Məzahirin niyə qayıtmadığının səbəbini soruşa bilmirdim (B.Bayramov); HƏYA ETMƏK Bir-iki küçə dolandısa da Nurəddin həya edib bir kəsə əl uzada dilənə bilmədi (S.S.Axundov); QIZARMAQ (məc.) Leyla: Heç gözləməzdim, Şəkər, eyib olsun! – Leyla qızardı (B.Bayramov); XƏCALƏT ÇƏKMƏK Şəkər: Düzü budur ki, sizə verdiyim əziyyət üçün də sıxılıram, xəcalət çəkirəm (B.Bayramov); UTANIB-QIZARMAQ Məmməd qalxdı, utanıb-qızararaq səs gələn tərəfə getdi (Çəmənzəminli); ARLANMAQ, XƏCALƏTLƏNMƏK, QISQINMAQ (dan.), SIXILMAQ (məc.).

UTANIB-QIZARMAQ
UTANMAZ

Значение слова в других словарях