UZURPASİYA

(latın usurpatio, usuro-zəbt edirəm, ələ keçirirəm) qeyri-qanuni olaraq nəyisə zəbt etmə, yaxud özgənin hüquqlarını zorakılıqla mənimsəmə; (siyasi) qeyriqanuni olaraq dövlət hakimiyyətini bütövlükdə ələ keçirilməsini, yaxud dövlət başçısı səlahiyyətini – dövlət (hakimiyyət) çevrilişi yolu ilə mənimsənilməsi, eləcə də, həmin (zorakı, saxta) yollarla əldə saxlanılması. U. bir qayda olaraq sərt siyasi rejimin (despotizmin, diktaturanın, tiraniyanın,) bərqərar olunmasına gətirib çıxardır. Dünyanın bütün demokratik dövlətlərində U. – dövlətə qarşı ağır cinayət kimi qəbul edilir.
UŞAQ NƏZARƏTSİZLİYİ
ÜMUMXALQ MÜZAKİRƏSİ
OBASTAN VİKİ
Uzurpasiya
Uzurpasiya (lat. usurpatio - yiyələnmək) — hakimiyyətin bir nəfər, bir qurum və ya bir qrup adam tərəfindən zor gücünə, qanunsuz ələ keçirilməsi. Bunun icraçısı isə uzurpator adlanır. Hakimiyyətin bir qanadının digər qanadının səlahiyyətlərini uzurpasiya etmək, hakimiyyətin parçalanmasının qarşısının alınması cəhdi kimi qəbul olunur. Tarixi xronologiyada Qədim Roma və Bizans imperatorları iki qrupa: qanuni imperatorlara və uzurpator imperatorlara bölünür. Roma papaları da bu prinsiplə qanunı papalara və antipapalara bölünürlər. Tarixdə qanuni hakimiyyətə çatmağın yolu sələf-xələf prinsipinə əsaslanır. Qanunsuz yol isə saray çevrilişlərinə, hökmdarın və xələfinin cismən yox edilməsinə, vətəndaş müharibəsi dalğası üzərində hakimiyyətə gəlmə prinsipinə əsaslanır. Parçalanmış dövlətdə bir neçə iddiaçı, ya rəqib hökmdar peyda olarsa, onda qalib gələn hökmdar bir növ "qanuni imperator", yerdə qalanlar isə uzurpator imperatorlar sayılırlar. Lakin istisna hallar da mövcuddur.

Digər lüğətlərdə