VƏHDƏT

[ər.] сущ. 1. садвал, битаввал, паяриз ччара тежервал; 2. умумивал, сад хьтинвал, тамам ухшарвал; 3. теквал, хелвет.
VƏHDANİYYƏT
VƏHHABİ
OBASTAN VİKİ
Vəhdət Partiyası
Vəhdət Partiyası və ya qısaca VP ― Azərbaycanda 1994-cü ildə Hacı Cəbrayıl Əlizadə rəhbərliyində yaradılmış, 1998-ci ildən bu yana Tahir Kərimlinin sədrlik etdiyi siyasi partiya. Partiyanın təsisçiləri sırasında Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən və ilk Müvəqqəti Təşəbbüs Mərkəzinin üzvü Abdul Vahab Manafov, Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri Tahir Kərimli, Bakı və Kəndlər Birliyinin təsisçisi və ilk sədri Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı Hacı Cəbrayıl Əlizadə, Pənahi Makulunun oğlu professor Şəfiq Pənahi, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Sahib Məmmədov kimi şəxslər olmuşdur. Partiyaya 1995–1998-ci illərdə Hacı Cəbrayıl Əlizadə sədrlik etmiş, 1998-ci ildən isə Tahir Kərimli sədrlik etməkdədir. Partiya sədrinin birinci müavini vəzifəsini isə 1995–1996-cı illərdə Sahib Məmmədov, 1998–2000-ci illərdə Yunus Oğuz, daha sonra isə Abdul Vahab Manafov icra etmişdir. Partiyaya müxtəlif dövrlərdə dövlət qeydiyyatı olmayan Azərbaycan Müstəqil Demokratlar Partiyası kimi bir neçə partiya birləşmiş, 2000-ci ildə isə partiyadan ayrılanlar Milli Vəhdət Partiyasını təsis etmişdir. Partiya sıralarında Leyla Yunus və Yunus Oğuz kimi şəxslər də bir müddət fəaliyyət göstərmişdir. Vəhdət Partiyası Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırışında 1 deputatla — partiya sədri Tahir Kərimli ilə təmsil olunmuş və dövlət büdcəsindən maliyyə yardımı almışdır. Vəhdət Partiyası 2016–2021-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Sosial Rifah Partiyası ilə birgə vahid üzvlə — İlkin Zaur oğlu Şahbazovla təmsil olunmuşdur. Vəhdət Partiyası 2006-cı ilədək radikal müxalifət, 2006-cı ildən isə konstruktiv müxalifət mövqeyində olmuşdur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Vəhdət Partiyasının üzvlərinin 84%-i kişi, 16%-i isə qadın olmuşdur.
Vəhdət Sultanzadə
Vəhdət Sultanzadə (14 oktyabr 1935, Bakı – 28 mart 2022, Bakı) — Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri, Rusiyanın Türkiyə Respublikasındakı konsulu, SSRİ-nin Türkiyə Respublikasındakı konsulu, SSRİ-nin İran İslam Respublikasındakı konsulu. Vəhdət Məmmədağa oğlu Sultanzadə 1935-ci ilin oktyabr ayının 14-də Bakıda anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 6 saylı tam orta məktəbdə almışdır. Ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində almışdır. Vəhdət Sultanzadə 28 mart 2022-ci il tarixində vəfat etmişdir. Həmin gün saat 14:00-da İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. Vəhdət Sultanzadə 1962–1966-cı illərdə SSRİ-nin Əfqanıstan İslam Respublikasındakı nümayəndəliyində tərcüməçi kimi çalışmışdır. 1970–1980-ci illərdə SSRİ-nin İran İslam Respublikasındakı səfirliyində çalışmış, vəzifəsini SSRİ-nin İran İslam Respublikasındakı konsulu kimi başa vurmuşdur. Vəhdət Sultanzadə 1988–1991-ci illərdə SSRİ-nin Türkiyə Respublikasındakı konsulu vəzifəsini tutmuşdur. Sovet İttifaqı dağıldıqdan sonra o, 1991–1993-cü illərdə Rusiyanın Türkiyə Respublikasındakı konsulu vəzifəsini daşımışdır.
Vəhdət kilsəsi
Vəhdət kilsəsi — müasir dini cərəyan. Sinkretik səciyyəli yeni dini cərəyan hesab edilən Vəhdət Kilsəsinin əsasını 1954-cü ildə Seul şəhərində San Myen Mun qoymuşdur. 1920-ci ildə kəndli ailəsində dünyaya gələn Mun məktəb illərində Presviterian kilsəsinə üzv olmuş, həmçinin "əllinci"lərin dini yığıncaqlarında iştirak etmişdir. Gənc yaşlarında Bibliyanı öyrənməklə məşğul olan gələcəyin təriqət yaradıcısı 1936-cı ildə Pasxa günü İsa Məsihi gördüyünü iddia etmişdir. Munun sözlərinə görə, İsa Məsih ona yer üzündə "Tanrı Səltənəti"ni qurmağı və özünün yerinə yetirə bilmədiyi missiyanı həyata keçirməyi tapşırmışdır. Munun bu iddiası xristianları qəzəbləndirmiş və o, Presviterian kilsəsindən xaric edilmişdir. Ümidsizliyə qapılmayan və "missiya"sını yerinə yetirməyə qərarlı olan Mun təbliğat sayəsində özünə həm Cənubi, həm də Şimali Koreyada ardıcıllar toplaya bilmişdir. Müxtəlif təqiblərlə üzləşən yeni "peyğəmbər" hər iki ölkədə dəfələrlə məhkəməyə cəlb edilmişdir. Ona qarşı hərbi qulluqdan yayınmaq, arvadbazlıq, çoxarvadlılıq, ictimai əxlaqın pozulması və maliyyə fırıldağı kimi ittihamlar irəli sürülmüşdür. Yaponiyada elektrik mühəndisi ixtisasına yiyələnən Mun Şimali və Cənubi Koreya arasında gedən müharibə zamanı kommunistlər tərəfindən konslagerə salınmışdır.
Nail Vəhdəti Çakırxan
Nail Vəhdəti Çakırxan(14 iyul 1910, Ula, Muğla ili – 10 oktyabr 2008, Muğla) —Türkiyə mimar, şair və jurnalist. Ağahan Mimarlık Ödülü sahibidir. 1910'da Muğla'nın Ula ilçesinde doğdu. Muğla ve Konya'da lisyi okuduktan sonra Tıp ve Hukuk fakültelerini yarım bıraktı. Rusya'ya giderek tahsiline burada devam etti. Önçülərindən olduğu sərbəst şeir anlayışının yayğınlaşmasına töhfəsi böyükdür. 1950-ci illərdən sonra şeiri tərk etmiş, daha çox siyasi mücadilə ilə uğraşmışdır.
Vəhdətiyə
Vəhdətiyə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Sədabad bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,023 nəfər və 2,250 ailədən ibarət idi.
Vəhdətül-vücud
Vəhdətül-vücud — sufi təlimi. Bu sufi təlimə görə yalnız bir varlıq vardır, o da Allahdır. Ondan başqa heç nə yoxdur. Maddi və mənəvi aləmdə olanlar isə onun təcəllisi və təzahürüdürlər. Onların varlıqları Tanrının varlığından asılıdır. Deməli maddi aləmin Allahla əlaqəsi bir şeyin onun kölgəsi ilə bağlılığı kimidir. O şey olmasa, onun kölgəsi də olmaz. Deməli bu dünyanın da varlığı Allahın varlığına bağlıdır. "Vəhdəti-vücud" təliminə görə hər bir şeydə Tanrının təzahürləri vardır. Hər bir sufi Tanrıdan başqa heç bir şeyin olmadığını bilir.
Vəhdətüş-Şühud
Vəhdətüş-Şühud (şahidlik vəhdəti, görmə birliyi) – sufi təlimi. Bu təlimin müəllifi Əhməd Fəruqi olmuşdur. Onun dövründə mənsub olduğu Nəqşibəndi təriqətinin ardıcılları mənəvi yollarında İbn Ərəbinin vəhdəti-vücud təliminə üstünlük verirdilər. Ancaq bu təlim bəzi müəmmalı məqamlarına görə bir çox hallarda ənənəvi müsəlmanların etirazlarına gətirib çıxarmışdır. Buna görə Əhməd Fəruqi kübravi təriqətinin şeyxi Simnaninin (736/1336-cı ildə vəfat etmişdir) vəhdəti-şühud təlimini inkişaf etdirmişdir. Simnani yaradılmış varlıqda Allahın təcəlli etməsi ideyasını rədd etmişdir. Allahın yaratdığı varlıqların həqiqi və müstəqil mahiyyətləri vardır. Simnaniyə görə mənəviyyatın təkmilləşdirilməsini istəyən hər bir kəs vəhdəti-vücudda olduğu kimi Allahla qovuşmağa deyil, onunla görüşməyə və onun yaxınlığını duymağa can atmalıdır. Buna çatmaq üçün hər bir sufi, ilk olaraq şəriətin bütün qanunlarına tabe olmalıdır. Onun fikrincə yalnız şəriət yolu mənəvi yetkinliyə gətirib çıxara bilər.

Digər lüğətlərdə