VƏZ

сущ. устар.
1. проповедь (разъяснение догм религии)
2. перен. наставление, поучение; vəz etmək читать проповедь, проповедовать
VƏTƏRLİ
VƏZARƏT
OBASTAN VİKİ
Vəz
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. == Vəzilərin inkişafı == Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.
Haşım bəy Vəzirov
Haşım bəy Mirabdulla oğlu Vəzirov (1867, Şuşa – 1916, Bakı) — pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir. == Həyatı == Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olmuş və ilk təhsilini də orada almışdır. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları xanlıqda bəyzadələr kimi məşhurlaşmış, "vəzir" ifadəsini özlərinə soyad seçərək Vəzirovlar adlanmışlar. Haşım bəy Vəzirov öncə molla yanında, müddərrislərdən Molla Həmid və Molla Əlidən dərs almışdı. Sonra şəhər məktəbini bitirmişdi. İrəvan Müəllimlər Seminariyasında bitirmiş, İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik etmişdir. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdı. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Göynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb naziri (müdiri) işləmişdi. İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılır.
Heca vəzni
Heca vəzni (sillabik vəzn) — misralarda heca saylarının bərabərliyinə və ahəngdar bölgülənməyə əsaslanan şeir vəzni. Əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmişdir. Heca vəzninin ən mühüm şərti ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan, səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir. Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur.
Heydər Vəzirov
Heydər Sadıq oğlu Vəzirov (1891 və ya 1893, Nehrəm – 14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı. == Həyatı == 1893-cü ildə Nehrəmdə doğulmuşdur. İlk təhsilini Naxçıvanda üsuli-cədid məktəbində almışdır. 1913-cü ildə İrəvan seminariyasını bitirmiş və gimnaziyanın səkkizinci sinfinə imtahan vermiş və 1914–1918-ci illərdə, birinci dünya müharibəsi başlananda qısa müddət hərbi məktəbdə təhsil almış və ön cəbhəyə göndərilmişdir. 1915-ci ilin iyun ayında kiçik zabit rütbəsində Qalitsiya uğrunda döyüşlərdə almanlar tərəfindən əsir alınsa da, 1918-ci ildə hərbi əsirlər dəyişdirilərək yaralılar sırasından keçərək Türkiyədən Azərbaycana qayıtmışdır. 1918-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun kiçik komandirlər hazırlayan məktəbində müəllim işləmişdir. 1937-ci ildə repressiya məruz qalmış, ailəsi ilə birlikdə məhv edilmişdir. == Siyasi fəaliyyəti == Aprel işğalından sonra məktəbin kollektivi ilə birlikdə Sovet hakimiyyəti tərəfinə keçmiş, Azərbaycan Birləşmiş Hərbi Məktəbi Ermənistanda, həmçinin Azərbaycan qəzalarında daşnaklara və banditizmə, Gürcüstanda menşeviklərə qarşı hərbi əməliyyatda iştirak etmişdir. Heydər Vəzirov Respublika hərbi komissarı kimi milli hərbi kadrların hazırlanmasında böyük xidmətlər göstərmişdir.
II Zeynalabdin bəy Vəzirov
Zeynal bəy Vəzirov (1854, Şuşa – 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, titulyar müşavir. == Həyatı == Zeynalabdin bəy Mirzə Həmid bəy oğlu 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbini bitirmişdir. Yelizavetpol Şəhər Qəza Məhkəməsində çalışmışdır. Daha sonra isə Qars hətbi qubernatorunun dəftərxanasında kargüzar vəzifəsində çalışmışdır. Sonra isə Gəncəyə qayıtmış və burada dilmanc işləmişdir. Sonra isə Şuşa şəhərinə dönərək şəhərdə rəis köməkçisi vəzifəsində çalışmışdır. Zeynal bəyin fəaliyyəti nəzərə alınaraq Cəbrayıl qəzasında mülki posrednik vəzifəsinə göndərilmiş, bir müddət burada çalışdıqdan sonra isə Nuxa və Şuşa qəzalarında eyni vəzifəyə təyinat almışdır. Zeynalabdin bəy 1897-ci ildə sağlamlığı ilə bağlı istefaya çıxmışdır. Zeynalabdin bəy 1933-cü ildə Bakı şəhərində vəfat edib.
Kamil Vəzirov
Kamil Səfərəli oğlu Vəzirov (2 avqust 1949, Bakı – 13 fevral 2018, Bakı) — Azərbaycan qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti. == Həyat və fəaliyyəti == Kamil Vəzirov 1949-cu il sentyabr ayının 2-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o, 1964–1968-ci illərdə A. Zeynallı adına Musiqi Məktəbinin instrumental ifaçılıq şöbəsində,1972–1977-ci illərdə M. Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil almışdır. Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun dəvəti ilə Kamil Vəzirov 1974-cü ildə Azərbaycan Dövlət Mahnı Teatrına solist kimi qəbul olunmuş və 2014-cü ilədək burada fəaliyyət göstərmişdir. O, kollektivlə birgə dünyanın bir çox ölkələrində -Böyük Britaniya, Fransa, Rusiya, Almaniya, Avstriya, İsveç, Çin,Meksika, Nepal, Pakistan, Hindistan, İsveçrə, Danimarka, Ukrayna,Türkiyə, İran, Gürcüstanda Azərbaycan incəsənətini layiqincə təbliğ etmiş, milli musiqimizə geniş şöhrət qazandırmışdır. Gözəl ifaçı bir çox xarici dövlətlərdə təşkil olunan Azərbaycan Mədəniyyət Günlərində, Beynəlxalq miqyaslı tədbirlərdə, habelə Hannover şəhərində keçirilən "Expo-2000" ümumdünya sərgisində çıxış etmişdir. Sənətkar respublikamızda keçirilən bir çox dövlət səviyyəli irimiqyaslı tədbirlərin, yubiley və xatirə gecələrinin iştirakçısı olmuşdur.2000-ci ildə o, milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti,2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Xalqın sevimli sənətkarı, bənzərsiz qarmon ifaçısı, Respublikanın Xalq artisti Kamil Səfərəli oğlu Vəzirov 2018-ci il fevralın 13-də vəfat etmişdir. Qardaşı da həmçinin musiqiçi, Azərbaycan Respublikasının Əməkdar artisti, kamança ifaçısı Ədalət Vəzirov idi. Ailəsi Evlidir, 3 oğlu,1 qızı, 8 nəvəsi var.
Kür çayının ekoloji vəziyyəti
Kərim bəy Vəzirov
Kərim bəy Vəzirov (5 may 1843, Şuşa, Kaspi vilayəti – 1892) — şair, məmur. == Həyatı == Kərim bəy Vəzirov 5 may 1843-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. Mükəmməl mədrəsə savadı almışdı. Sonra Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Dövlət idarələrində, Şamaxı və Salyan şəhərində məmur işləmişdi. Kərim bəy 1892-ci ildə subay vəfat edib. Kərim bəy şair idi. Məhəmməd ağa Müctəhidzadə onun haqqında yazır: "Salif əz-zikr Talıb bəy mərhumun vələdi-ərşədidir. Bu zati-pəsəndidəsifat Şamaxı şəhərində padşahlıq dəftərxanasında münşilik əmri ilə məşğul olur imiş.
Mehriban Vəzir
Mehriban Vəzir (18 dekabr 1957, Mirbəşir) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini. == Həyatı == Mehriban Vəzir 18 dekabr 1957-ci il tarixində Tərtər rayonunda doğulmuşdur. 1965–1975-ci illərdə Bakıdakı 161 saylı məktəbdə orta təhsil almış, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildən 1999-cu ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində müxbir, redaktor, şöbə müdiri, aparıcı olaraq çalışmışdır. 1999-dan Sara tv-də, 2003–2007-ci illərdə GünAzTv-də bir sıra proqramların müəllifi olmuşdur. 2000-ci ildən Xəzər Universitetinin jurnalistika fakültəsində Telesenari kursu üzrə mühazirəçi-müəllim kimi çalışmışdır. Yazıçılar Birliyinin üzvüdür. == İctimai fəaliyyəti == "Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi" adlı qeyri-hökumət təşkilatının sədridir. == Kitabları == "Məhbusun Arzuları" Hekayələr toplusu (Bakı, 1998, 230 səhifə) "Elçi Bəy Haqqında" Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Elçi Bəy haqqında xatirələrim.
Mir Həsən Vəzirov
Mir Həsən Vəzirov (13 fevral 1889, Şuşa – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. O, Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Əli Məhəmməd Ağanın nəvəsidir. Yazıçı Yusif Vəzir Çəmənzəminlinin əmisi oğludur. == Həyatı == Mirhəsən Seyidkazım oğlu Vəzirov 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini atasından almışdı. Sonra Şuşa realnı məktəbdə oxumuş, 1907-ci ildə Bakı realnı məktəbinə dəyişilmişdir. Bir müddət burada oxuduqdan sonra Novaçerkassk Politexnik İnstitutunun kimya fakültəsinə daxil olmuşdur. Maddi problemlər və xəstəliyi üzündən politexnik institutunu bitirə bilmədiyindən 1915-ci ildə Kiyev Ticarət İnstitutuna qəbul oldu. Bir neçə ay burada oxuyandan sonra Bakıya qayıtdı. Bakıda müəllimliklə məşğul olmağa başladı.Sol eserlər qrupunun üzvü olan Vəzirov 1917-ci ildən bolşeviklərlə birlikdə işləmişdir.
Mir Həsən bəy Vəzirov
Mir Həsən Vəzirov (13 fevral 1889, Şuşa – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. O, Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Əli Məhəmməd Ağanın nəvəsidir. Yazıçı Yusif Vəzir Çəmənzəminlinin əmisi oğludur. == Həyatı == Mirhəsən Seyidkazım oğlu Vəzirov 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini atasından almışdı. Sonra Şuşa realnı məktəbdə oxumuş, 1907-ci ildə Bakı realnı məktəbinə dəyişilmişdir. Bir müddət burada oxuduqdan sonra Novaçerkassk Politexnik İnstitutunun kimya fakültəsinə daxil olmuşdur. Maddi problemlər və xəstəliyi üzündən politexnik institutunu bitirə bilmədiyindən 1915-ci ildə Kiyev Ticarət İnstitutuna qəbul oldu. Bir neçə ay burada oxuyandan sonra Bakıya qayıtdı. Bakıda müəllimliklə məşğul olmağa başladı.Sol eserlər qrupunun üzvü olan Vəzirov 1917-ci ildən bolşeviklərlə birlikdə işləmişdir.
Miri Yusif bəy Vəzirov
Vəzirov Miri bəy Mir Baba bəy oğlu (3 oktyabr 1896, Şuşa – 1925, Paris) — Cümhuriyyət tələbəsi. == Həyatı == Mir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Miri bəy 1925-ci ildə Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır. Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı.
Miri bəy Vəzirov
Vəzirov Miri bəy Mir Baba bəy oğlu (3 oktyabr 1896, Şuşa – 1925, Paris) — Cümhuriyyət tələbəsi. == Həyatı == Mir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Miri bəy 1925-ci ildə Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır. Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı.
Mirzə Həmid bəy Vəzirov
Vəzirov Mirzə Həmid bəy Zeynalabdin bəy oğlu (1827, Şuşa – Şuşa) — hüquqşünas, barışdırıcı hakim. == Həyatı == Mirzə Həmid bəy Vəzirov 1827-ci ildə Şuşa şəhərində doğulmuşdu. Şəhər rus-tatar məktəbini bitirmişdi. Əmək fəaliyyətinə 1845-ci ildə, Mehri polis sahəsində tərcüməçi kimi başlamışdı. Sonra Cavad və Vərəndə sahəsində mülki hakimin köməkçisi işləmişdi. Oralardan Dərbənd və Qars şəhərlərinə dəyişmiş, mülkü hakim vəzifəsində çalışmışdı. == Ailəsi == Mirzə Həmid bəy Qönçə xanımla ailə qurmuşdu. Zeynalabdin (Zeynal bəy Vəzirov), Fərrux bəy Vəzirov , Azad bəy Vəzirov , Cavad bəy Vəzirov adlı oğulları, Xeyrənsə xanım adlı qızı vardı. == Mükafatları == Mirzə Həmid bəyin kollec asessoru mülkü çini vardı. III dərəcəli "Müqəddəs Anna" və III dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdi.
Mirzə Mehdi bəy Vəzirov
Mirzə İsa xan Vəzir
Mirzə İsa xan Vəzir — Qacarlar dövlətinin daxili işlər naziri, Tehranın hakimi. == Həyatı == Mirzə İsa xan Mirzə Musa xan oğlu Tehran şəhərində anadan olmuşdu. Əslən Aştiyanıdır. Mirzə İsa xan Vəzir 1877-ci ildə Tehranın Həsənabad məhəlləsində məscid tikdirmişdi. Mirzə İsa xan Vəzir 1892-ci ildə Tehranda xəstəxana tikdirmişdi. Mirzə İsa xan Vəzir Mirzə Yusif xan Aştiyanin bacısı ilə həyat qurmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Nasirəddin şahın hakimiyyəti dövrünün şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2012.
Musa Vəzirov
Musa xan Vəziri
Musa xan Vəziri (1851-1926) — İran hərbçisi, mirpənc (general-mayor). == Həyatı == Musa xan Lütfulla xan oğlu Vəziri 1851-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. İran Kazak diviziyasında xidmət etmişdi. Polkovnik rütbəsinədək yüksəlmişdi. Musa xan Vəziri bir müddət kolonel Məhəmmədtağı xan Püsyanın müavini olmuşdu. Musa xan Vəziri 1926-cı ildə vəfat edib. Musa xan Vəziri Bibixanım Astrabadi ilə ailə qurnuşdu. Yeddi övladı vardı.
Müstəsna vəziyyət
Müstəsna vəziyyət – proqramlaşdırmada və informasiyanın emalı vasitələrində: kompüterin mikroprosessorunu cari anda yerinə yetirilən əməliyyatları durdurmağa vadar edən, sonra isə oxşar durumu emal edən xüsusi altproqramı tapıb çalışdıran problem və ya hadisə. Müstəsna vəziyyət kəsilmə (INTERRUPT) kimidir, çünki o da mikroprosessoru ayrıca göstərişlər toplusuna yönəldir. Bununla belə, MS-DOS əməliyyat sistemi altında işləyən kompüterlərdə müstəsna vəziyyət kəsilmədən onunla fərqlənir ki, o, proqramın çalışması ilə bağlı olur və potensial olaraq proqramın durdurulmasına səbəb ola bilər.
Mədəaltı vəzi
Mədəaltı vəzi (lat. pancreas) — onikibarmaq bağırsağın böyük vəzilərindən ikincisidir; boz-çəhrayı rəngdə, yumuşaq konsistensiyada, uzun, nazik və prizma şəklində olub köndələn istiqamətdə, qarın boşluğunun arxa divarında, mədənin arxasında, onikibarmaq bağırsaq ilə dalaq arasında yerləşmişdir. Bunun uzunluğu 16–22 sm, eni 4 sm, qalınlığı 2 sm və çəkisi 70–80 qramdır. Pankreas üç hissəyə bölünür: sağ hissəsi — başı — (lat. caput pancreatis), orta hissə — cismi — (lat. corpus pancreatis) və sol hissəsi — quyruğu — (lat. cauda pancreatis). Pankreasın başı sağ tərəfdən onikibarmaq bağırsağla əhatə olunmuşdur; aşağı və arxa ucu qarmaq kimi əyilərək qarmağabənzər çıxıntı — lat. processus uncinatus (pancreas Winslowi – BNA) adlanır və pankreas başının yerdə qalan hissəsindən lat. incisura pancreatis vasitəsilə ayrılır.
Mədəaltı vəzi fermentləri
Mədəaltı vəzi fermentləri — Pankreas və ya pankreatin kimi də tanınan pankreas fermentləri amilaza, lipaza və proteazın qarışıqlarıdır. Onlar mədəaltı vəzi ilə bağlı müəyyən problemlərə görə malabsorbsiya sindromunu müalicə etmək üçün istifadə olunur. Bu pankreas problemləri, digər şeylər arasında, kistik fibroz, mədəaltı vəzinin cərrahi çıxarılması, uzun müddətli pankreatit və ya mədəaltı vəzi xərçəngi ilə əlaqəli ola bilər. Ümumi yan təsirlərə qusma, qarın ağrısı, qəbizlik və ishal daxildir . Digər yan təsirlərə perianal qıcıqlanma və yüksək qan sidik turşusu səviyyəsi daxildir. Fermentlər donuzlardan alınır. Hamiləlik dövründə istifadə təhlükəsiz hesab olunur. Tərkiblər normal olaraq insan mədəaltı vəzi tərəfindən istehsal olunanlara bənzər həzm fermentləridir. Onlar insanlara yağları, nişastaları və zülalları həzm etməyə kömək edir. Mədəaltı fermentləri ən azı 1800-cü illərdən bəri dərman kimi istifadə edilmişdir.
Mədəaltı vəzi lipaza ailəsi
Mədəaltı vəzi lipaza ailəsi — Triqliserid lipazları triqliseridlərin əlaqələrini hidroliz edən lipolitik fermentlər ailəsidir.Lipazlar heyvanlarda, bitkilərdə və prokariotlarda geniş yayılmışdır. Lipaza ən azı üç toxuma ali məməlilərdə, mədəaltı vəzi, qaraciyər və mədə, dildə mövcuddur. Bu lipazlar bir-biri ilə və xilomikronların triqliseridlərini və çox aşağı sıxlıqlı lipoproteinləri hidroliz edən lipoprotein lipaza ilə sıx bağlıdır. == İnsan mədəaltı vəzi lipazı == Pankreatik triqliserolipaza və ya steapsin kimi də tanınan pankreatik lipaz, mədəaltı vəzi tərəfindən ifraz olunan bir fermentdir. İnsan həzm sistemində pəhriz yağ molekullarını hidroliz edən (parçalayan) əsas lipaza fermenti olaraq, yeyilmiş yağlarda olan 1 kimi triqliserid substratlarını monoqliseridlərə çevirən əsas həzm fermentlərindən biridir. == Triqliseridlərin hidrolizi == Qaraciyər tərəfindən ifraz olunan və öd kisəsində saxlanılan öd duzları onikibarmaq bağırsağa buraxılır, burada böyük piy damcılarını örtür və daha kiçik olanlara emulsiyalaşdırır, bununla da ümumi piy səthinin sahəsini artırır, bu da lipazanın piyləri daha effektiv şəkildə parçalamasına imkan verir. Nəticədə meydana gələn monomerlər (2 sərbəst yağ turşusu və bir 2-monoasilqliserol) sonra laktifer adlanan xüsusi damar vasitəsilə limfa sisteminə sorulmaq üçün nazik bağırsaq boyunca peristaltika ilə nəql olunur. Proteolitik parçalanma (məsələn, tripsinogen) ilə aktivləşdirilən bəzi pankreas fermentlərindən fərqli olaraq, pankreas lipazı son formada ifraz olunur. Lakin, yalnız onikibarmaq bağırsaqda kolipazın iştirakı ilə təsirli olur. == Diaqnostik dəyər == Pankreatik lipaza mədəaltı vəzinin kanal sistemi vasitəsilə onikibarmaq bağırsağa ifraz olunur.
Mədəaltı vəzi xərçəngi
Mədəaltı vəzi xərçəngi və ya pankreatik duktal adenokarsinoma (PDAC) — Pankreas axacağının epitelindən başlanğıc götürən Bəd-xassəli şişdir. Hər il dünyada bu xərçəng səbəbindən 200 mindən artıq insan dünyasını dəyişir. PDAC Amerika və Avropa ölkələrində əsasən 60 yaşdan yuxarı insanlarda müşahidə edilir. Bundan əlavə bu xərçəng növünün risk faktorlarına xroniki pankreatit, siqaretçəkmə də aiddir. Xəstəliyin əsas simptomlarına isə Sarılıqı, qarın və ya bel ağrılarını, istəmədən çəki itirilməsini, iştahasızlığı misal göstərmək olar. PDAC-ın müalicəsində cərrahiyyə, kimyaterapiya və şüa terapiyasından istifadə edilir. Qeyd etmək lazımdır ki, hansı müalicə metodunun tədbiqinə xərçəngin ölçüsündən, digər orqanlara sirayət etməsindən, yaxın və ya uzaq metastazların mövcudluğundan asılı olaraq qərar verilir. == Simptomlar == Mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əksər hallarda simptomsuz olur. Buna görə də, xəstələr həkim müraciət etdiyi hallarda artıq xəstəlik irəliləmiş mərhələdə olur. Belə PDAC-lı xəstələrin sadəcə 15–20%-i ilkin diaqnoz zamanı əməliyyat edilə bilirlər.
Mədəaltı vəzin xərçəngi
Mədəaltı vəzi xərçəngi və ya pankreatik duktal adenokarsinoma (PDAC) — Pankreas axacağının epitelindən başlanğıc götürən Bəd-xassəli şişdir. Hər il dünyada bu xərçəng səbəbindən 200 mindən artıq insan dünyasını dəyişir. PDAC Amerika və Avropa ölkələrində əsasən 60 yaşdan yuxarı insanlarda müşahidə edilir. Bundan əlavə bu xərçəng növünün risk faktorlarına xroniki pankreatit, siqaretçəkmə də aiddir. Xəstəliyin əsas simptomlarına isə Sarılıqı, qarın və ya bel ağrılarını, istəmədən çəki itirilməsini, iştahasızlığı misal göstərmək olar. PDAC-ın müalicəsində cərrahiyyə, kimyaterapiya və şüa terapiyasından istifadə edilir. Qeyd etmək lazımdır ki, hansı müalicə metodunun tədbiqinə xərçəngin ölçüsündən, digər orqanlara sirayət etməsindən, yaxın və ya uzaq metastazların mövcudluğundan asılı olaraq qərar verilir. == Simptomlar == Mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əksər hallarda simptomsuz olur. Buna görə də, xəstələr həkim müraciət etdiyi hallarda artıq xəstəlik irəliləmiş mərhələdə olur. Belə PDAC-lı xəstələrin sadəcə 15–20%-i ilkin diaqnoz zamanı əməliyyat edilə bilirlər.
Məhəmmədibrahim xan Vəziri-nizam
Məhəmmədibrahim xan Məhəmmədtağı xan oğlu Vəziri-nizam (?-?)—İranın hərbi naziri. == Həyatı == Məhəmmədibrahim xan Təbriz şəhərində anadan olmuşdu. Məhəmmədtağı xan memarbaşının oğludur. Mükəmməl mədrəsə təhsili almışdı. Bacısı Münirüssəltənə Nasirəddin şah Qacarla ailə qurandan sonra onun bəxti parladı. Vəziri-nizam ləqəbi ilə İran ordusuna rəhbərlik etdi. Vəziri-nizam Mərkəzi İranın Karaqan vilayətində böyük mülkədar idi və həmin vilayətin rəsmi hakimi hesab edilirdi. == İstinadlar == == Həmçinin bax == Kamran mirzə Qovanlı-Qacarın dayısıdır.
Məmməd Vəzirəliyev
Vəzirəliyev Məmməd Bəhram oğlu (1919-1985) — həkim, ali dərəcəli cərrah, tibb elmləri namizədi. I və II dərəcəli Vətən müharibəsi, 2 dəfə Qırmızı Ulduz ordeni laureatı. == Həyatı == Məmməd Bəhram oğlu 1919-cu ildə Şuşa şəhərində anadan olub. Şuşada orta məktəbi bitirdikdən sonra Bakıya köçmüş və burada Pedaqoji texnikuma daxil olub oranı bitirmişdir. 1936-1937-ci illərdə Masallı Rayon Ərkivan kənd orta məktəbində dərs demişdir. Həkim olmaq arzusu ilə Bakıya qayıdaraq 1938-ci ildə Azərbaycan Dövlət Tibb institutuna qəbul olmuşdur. V kursda oxuyarkən müharibə ilə əlaqədar olaraq akademik Mir-Qasımovun rəhbərlik etdiyi Hospital cərrahiyyə kafedrasına ordinator əvəzedicisi vəzifəsində çalışmışdır. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Böyük Vətən müharibəsi illərində ilk olaraq həkim-ordinator, sonra 174-cü atıcı polkun sanitar rotasının komandiri, daha sonra isə 20-ci diviziyanın 121-ci motoatıcı batalyonunun əməliyyat-sarğı vzvodunun ordinatoru vəzifəsində çalışmışdır. Müharibə illərində yaralanaraq kontuziya almışdır.

Значение слова в других словарях