VAYXIR

прил. 1. ферсуз, гьушсуз; 2. вайхир (минерал цин тӀвар).
VAY
VAYILDAMAQ
OBASTAN VİKİ
Vayxır
Vayxır (Babək) — Azərbaycanın Babək rayonunda kənd. Vayxır (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Vayxır — Babək rayonunda mineral bulaqlar.
Vayxır (Babək)
Vayxır — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndi Alagözməzrə kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Vayxır kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin yaxınlığında Köhnə Vayxır adlı xarabalıq mövcuddur. Həmin kəndin dağılması nəticəsində indiki Vayxır yaşayış məntəqəsi yaranmışdır. Kəndin adı oradakı Vayxır mineral bulağının adındandır. Bulağın adı isə orta fars dilində vah – "yaxşı", "xeyirxah" (müasir "beh/bəh" sözünün qədim halı) və xvar – "yer" sözlərindən ibarətdir ki, bu da bulağın müalicə əhəmiyyətli mineral su olması ilə əlaqədardır. == Tarixi == === Tarixi abidələri === Vayxır kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sahilində, alçaq təpəlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Əhməd Qəşəmoğlu — şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978). == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Vayxır kənd tam orta məktəbi fəaliyyət göstərir.
Vayxır (bulaq)
Vayxır — Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 17 km şimalda, kəndin şimal-qərbindəki okean səviyyəsindən 1100 m. yüksəklikdə çıxan bir neçə mineral bulaq və həmin bulaqlardan çıxan mineral su. Minerallaşma dərəcəsinə görə 2 tipə ayrılır: minerallaşma dərəcəsi 7,4 q/l xloridli-hidrokarbonatlı-sulfatlı-natriumlu-kalsiumludur. 4 əsas buruq quyusundan çıxan suyun gündəlik debiti 3,2 mln/l-dir. Mikroelementlərlə çox zəngindir: brom 1-4,3, yod 0,2-0,8, dəmir 3, arsen 1,5-2,8, mis 0,5, sink 0,07, stronsium 3 mq/litrdir. Həzmetmə orqanlarının xəstəlikləri, xroniki qastrit, diatez, şəkər diabeti, zob, sümük və oynaq və digər maddələr mübadiləsi pozuntuları zamanı istifadə edilir. İkinci qrupdan olan bulağın suyu "Sirab" mineral suyu kimi zəif minerallaşmış karbonqazlı, hidrokarbonatlı, kalsiumlu-natriumludur. Vayxır mineral bulaqları 1972-ci ildə elmi şəkildə öyrənilərək, orada 1985-ci ildə Vayxır Mineral Su Zavodu yaradılmışdır. 1987-ci ildən "Vayxır" mineral suları 0,5 litrlik şüşə qablarda sənaye üsulu ilə istehsalına başlanmışdır. Vayxır mineral sularından daxili xəstəliklərin müalicəsində qaraciyər (hepatiti), öd kisəsi iltihabı, xroniki qastiritlər, xroniki kolitlər və.s müalicəsində (sutkada 0,5 litr, 18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Vayxır (Şərur)
Vayxır — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun İbadulla i.ə.v. də kənd . Düzənlikdədir. Oykonim mənşəcə Babək r-nundakı vayxır kəndinin ərazisində köhnə vayxır adı ilə xarabalıqları qalmış qədim kəndin adı ilə bağlıdır.
Vayxır mədənləri
Vayxır mədənləri — Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində aşkar olunmuş qədim mədənlər. I və II Kültəpə yaşayış yerlərinin yaxınlığında oval çalalardan ibarətdir. Burada filizin saflaşdırılması nəticəsində əmələ gəlmiş süxur yığınlarının toplandığı sahədə (1,2 km2) kəşfiyyat qazıntıları zamanı daş çəkic, boz rəngli gil qab qırıqları aşkar olunmuşdur. Tapıntıların e. ə. II minilliyə aid olması ehtimal olunur.
Vayxır piri
Vayxır piri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində ziyarətgah. == Haqqında == Vayxır piri xalq arasında künbəz adlanır. Pirin binası bişmiş kərpiclə üzlük çəkilməklə bərpa edilmişdir. Bina dairəvi formadadır. Girişi ş. tərəfdəndir. Girişin hər iki tərəfində olan dördkünc formalı sütunun üzərində tağşəkilli ocaq düzəldilmişdir. Pirin divarında taxçalar vardır. Binanın dam örtüyü konusvarı formada olub, dəmirdən hazırlanmışdır. İçərisində iki qəbir vardır.
Vayxır qalası
Vayxır qalası — Babək rayonunda, Naxçıvançayın sol sahilində, eyniadlı kəndin yaxınlığında arxeoloji abidə. Vayxır qalası hər tərəfdən dərin yarğan, yaxud sıldırım qayalarla əhatələnmiş və təbii mühafizəyə malikdir. Qala, eyni zamanda, əlavə müdafiə istehkamı ilə də möhkəmləndirilmişdir. Müdafiə divarının (cənub divarının uzunluğu 150 m., şimal divarının uzunluğu 140 m.) həm dördkünc bürcləri, həm də bucaqşəkilli çıxıntıları var. Müdafiə divarları yüngülcə yonulmuş iri qaya parçalarından hörülərək gil məhlulu ilə bərkidilmişdir. Kəşfiyyat xarakterli tədqiqatlarda öyrənilmiş, bərpa layihəsi hazırlanmışdır. Qalanın e.ə. II minilliyə aid olması ehtimal olunur. Vayxır qalasının sahəsi 2 hektardan artıqdır. Qalanın divarları (eni 4–5 m.) yonulmamış iri qaya parçalarından, heç bir bərkidiçi məhlul olmadan tikilmişdir.
Köhnə Vayxır abidəsi
Köhnə Vayxır abidəsi — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində orta əsrlərə aid arxeoloji abidə. Abidə 1961-ci ildə O.H.Həbibullayev tərəfindən qeydə alınmışdır. Yaşayış yeri yamacda yerləşdiyindən mədəni təbəqə güclü aşınmaya məruz qalaraq dağılmışdır. Bəzi yerlərdə daşdan, yaxud çiy kərpicdən hörülmüş tikinti qalıqları saxlanmışdır. Aşınma zamanı yaşayış yerində əmələ gəlmiş yarğanlarda təbəqənin qalınlığı 1,5 metrdir. Yerüstü materiallar, əsasən, çəhrayı rəngdə bişirilmiş sadə və şirli qabların qırıqlarından ibarətdir. Onların bir qismi iri qum qatılmış gildən, bir qismi isə narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmişdir. Qablar hər iki tərəfdən yaxşı sığallanmışdır. Sadə qabların biri hündür ayaqlı olub oturacağı yastı və diskşəkillidir. Gövdəsinin yuxarı hissəsi kasa formalı olub, ağzının kənarı bir yerdə nov şəklində xaricə doğru çıxıntılıdır.
Vayxır su anbarı
Heydər Əliyev adına (Vayxır) su anbarı - tikintisi 2005-ci ildə Əkbərov Vəli tərəfindən başa çatdırılmışdır. Onun ümumi sututumu 100 mln m³, bəndinin uzunluğu 550 m, hündürlüyü 70,5 m-dir. Su anbarı Naxçıvan Muxtar Respublikasının Babək, Şahbuz və Culfa rayonlarında 6,9 min hektar yeni torpaqların suvarılması və 9,9 min hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə nəzərdə tutulmuşdur. Su anbarının layihəsi hələ 1981-ci ildə hazırlanmışdır. 1982-1983-cü illərdə inşaat işlərinə başlanıb. Lakin anbarın tikintisinə uzun illərdiki dayandırılmışdı.
Vayxır yaşayış yeri
Vаyхır yаşаyış yеri — Şərur rаyоnunundа Tumаslı kəndinin ərаzisində yеrləşir. Yаşаyış yеrinin bəzi qismlərində möhrə tikintilərin qаlıqlаrı qаlmışdır. Аrаşdırmаlаr zаmаnı yаşаyış yеrinidən çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Аşkаr оlunmuş mаtеriаllаrа əsаsən Vаyхır yаşаyış yеrini XIV-XVIII əsrlərə аid еtmək оlаr.
Vayxırlı Məmmədcəfər
Vayxırlı Məmmədcəfər (XIX əsr, Türkeş, Şahbuz rayonu – XX əsr) — aşıq. == Həyatı == Şahbuz rayonunun Tirkeş kəndində anadan olub. Vayxırlı Məmmədcəfər XIX əsrin ikinci yarısı-XX əsrin 30-cu illərində yaşayıb. == Yaradıcılığı == === Yaradıcılığının bədii istiqaməti === Ədəbi irsindən bir neçə qoşma,təcnis, satirik şeir və "Məmmədcəfər-Səhnə xanım" dastanının deyişmə hissəsi qalmışdır. Əldə olan nümunələrdən Vayxırlı Məmmədcəfər orijinal üslüba malik sənətkar olduğu görünür. İctimai mövzulara daha çox meyl etmiş,şeirlərində ancaq şəxs mənfəətini düşünən ruhanilərin, hakim təbəqələrin bəd əməllərini ifşa etmişdir. Onun tənqid hədəfləri real həyati şəxslərdir (Dəmirçi kəndinin koxası haqqında həcvsayağı şeiri və s.). Bu cəhət Vayxırlı Məmmədcəfəri XIX əsrin realist-satirik Azərbaycan şairlərinə yaxınlaşdırır.

Digər lüğətlərdə