Videotelefon tarixi
İlk videotelefon əlaqəsi — 7 aprel 1927-ci ildə amerikalı alim, "Bell" firmasının mütəxəssisi Herbert Ayvs (Herbert Eugene Ives) dünyada ilk videotelefon əlaqəsini nümayiş etdirmişdir. Bu zaman təsvir yalnız bir tərəfdən qəbul edilə bilirdi. İlk ictimai televiziya yayımı Vaşinqton və Nyu-York şəhərləri arasında həyata keçirilmişdir.
Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.