VİKTORİYA

Latıncadır, viktorina sözü ilə kökdaşdır, “qələbə” (qalib) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

VİKİPEDİYA
VİNETKA
OBASTAN VİKİ
Viktoriya
Viktoriya (lat. victoria – qələbə) — şəxs adı. Viktoriya — Böyük Britaniya kraliçası (1819-1901). Viktoriya Bekhem — müğənni. Viktoriya Mixalap — üzgüçü.Mifologiyada Viktoriya — Qədim Roma mifologiyasında qələbə ilahəsi.Coğrafiyada Viktoriya — Afrikada, Zambezi çayı üzərində şəlalə. Viktoriya — Afrikanın ən böyük gölü. Viktoriya — Avstraliyada əyalət. Viktoriya — Seyşel adalarının paytaxtı. Viktoriya (boğaz) — Viktoriya (Kanada) — Britaniya Kolumbiyasının paytaxtıdır. Böyük Viktoriya səhrası — Avstraliyanın Qərbi Astraliya və Cənubi Avstraliya ştatları ərazılərində yerləşən qumlu-şoran səhraDigər Viktoriya və Albert muzeyi — Londonda muzey.
I Viktoriya
I Viktoriya — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı).Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nigahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi. Nəticədə Viktoriya varis təyin olunur.
Kraliça Viktoriya
I Viktoriya — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı).Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nigahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi. Nəticədə Viktoriya varis təyin olunur.
Viktoriya (Kanada)
Viktoriya (ing. Victoria) — Britaniya Kolumbiyasının paytaxtıdır. Vancouver Adasının cənubunda qalan şəhər 346.000 əhalisi olan bir şəhərdir.
Viktoriya (ada)
Viktoriya (ing. Victory Island) - Kanada Arktik arxipelaqınına daxil olan Kanadaya məxsus ada. İnzibati cəhətdə Kanadannın Nunavut və Şimal-Qərb əraziləri vilayətlərinə daxildir. == Coğrafiyası == Təxmini eni 300–600 km, uzunluğu isə 400–500 km arasında dəyişir. Sahəsi 217 291 km² təşkil edir. Hündürlüyü şimal-qərbdə 665 metrdir. Çoxlu sayda gölləri vardır ki, onunlarında ən iriləri Ferquson, Taha, Tahiryak, Uoşberndir. Baffin Torpağı adasından sonra sahəsinə görə Kanadada ikinci, dünyada isə onuncudur. Sərt iqlim səbəbindən adada cəmi 1707 nəfər (2007 il) yaşayır. Əsas yaşayış məntəqələri: Keymbridj-Bey, Ulukhaktok.
Viktoriya (boğaz)
Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur. == Tarixi == 1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur.
Viktoriya (mifologiya)
Viktoriya — Qədim Roma mifologiyasında qələbə ilahəsi. Yunan mifologiyasında isə qələbə ilahəsi Nikadır. == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Viktoriya (ştat)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.
Viktoriya (əyalət)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.
Viktoriya Abril
Viktoriya Abril (ing. Victoria Abril, əsl adı Viktoriya Merida Roxas; isp. Victoria Mérida Rojas; 4 iyul 1959[…], Madrid) — İspaniya teatr və kino aktrisası. Viktoriya səkkiz yaşından bəri baletlə məşğul olur. 1975–1976-cı illərdə gənc balerina filmlərdə epizodik rollara dəvət olunmağa başlam;şdır. Nəhayət, baletdən ayrılıb aktyorluq peşəsini seçmək qərarı, qızda görkəmli ifaçılıq istedadını təxmin edən İspaniya rejissoru Visente Arandanın "Cinsi dəyişdir" (1977) filmində iştirakı ilə əlaqələndirilir. Abril Arandanın lentlərində oynadığı rollara görə tanınmışdır.
Viktoriya Apanasenko
Viktoriya Apanasenko (ukr. Вікторія Апанасенко 18 iyun 1994) ukraynalı model və gözəllik kraliçası, "Miss Universe Ukraine 2022" müsabiqəsinin qalibidir.
Viktoriya Azarenko
Viktoriya Azarenko (31 iyul 1989, Minsk) — tennisçi. Viktoriya Azarenko Dünya reytinqinin lideri illik (2012-ci il) qazancda da rəqibləri geridə qoydu. London olimpiadasında qarışıq cütlərin mübarizəsində çempion olan tennisçi fərdi yarışları bürünc medalla bitirdi. "Uimbldon" turnirinin, həmçinin "Böyük dəbilqə"nin Avstraliya mərhələsində qalib gəlmiş Viktoriya ABŞ mərhələsinin finalçısıdır. İdman ilinin yekununda 7.923.920 dollar qazandı ki, indiyədək heç bir tennisçi mövsümdə bu qədər pul əldə etməyib. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, № 49(49), 08.12.2012. səh.14.
Viktoriya Bekhem
Viktoriya Bekhem (17 aprel 1974[…], Harlov[d], Esseks[d]) — müğənni, futbolçu Devid Bekhemin həyat yoldaşı. == Həyatı == Viktoriya Bekhem 1974-cü il aprelin 17-də İngiltərədə anadan olub. Kifayət qədər imkanlı ailədə böyüyüb. İlk əvvəl teatr məktəbində, daha sonra Leyn Arts teatr kollecində təhsil alıb. Oxuduğu illərdə hobbisi rəqs idi. Model kimi işləyirdi. Qəzetdə oxuduğu elan bütün həyatını dəyişdi. Pop qrupun yaradılması məqsədilə oxumağı, oynamağı bacaran 5 qız tələb olunurdu. “Spice girls” qrupu onun həyatında silinməz izlər buraxdı. 2000-ci ildə qrupun qızları solo layihələr üzərində işləməyi qərara aldılar.
Viktoriya Dauyotite
Viktoriya Dauyotite (latış. Viktorija Daujotytė-Pakerienė‎; 1 oktyabr 1945 və ya 1945, Telşyay rayonu[d]) — Litva ədəbi tənqidçisi. == Bioqrafiyası == 1971-ci ildən bəri işlədiyi Vilnüs Universitetini bitirib. 1975-ci ildən Litva Yazıçılar Birliyinin üzvüdür. Emlər doktoru, Vilnüs Universitetinin professoru, Litva Elmlər Akademiyasının ekspert üzvüdür. Milli Mükafat laureatı (1993), "Razılıq" mükafatının ("Santarvės premija", 1996) sahibidir. Litva Böyük Hersoqu Qyadiminas ordeni ilə təltif edilmişdir (2002). Yurgis Baltruşaytis adına Rusiya-Litva Əməkdaşlıq Fondunun üzvüdür. == Fəaliyyəti == Məktəblər və ali təhsil müəssisələri üçün bir çox dərsliyin, ədəbiyyat nəzəriyyəsi, Litva poeziyası, Yurqis Baltruşaytis, Salome Neris, Yanin Diaqutite, Yustinas Martsinkeviçin tərcümeyi-halı, bioqrafiyası və fəaliyyəti, qadın ədəbiyyatına dair monoqrafiyaların müəllifidir. Litva nəsr şeirləri (1987), seçilmiş əsərlər, məktublar, Vinsas Putinas (1982), Moteyus Qustaytis (1984), Salomei Neris (1994; 1999), Marselius Martinaytis (1998) və s.
Viktoriya Georgiyeva
Viktoriya Georgiyeva (bolq. Виктория Георгиева; 21 sentyabr 1997, Varna) — Bolqarıstan müğənnisi və bəstəkarı. 25 noyabr 2019-cu il tarixində Bolqarıstanın BNT telekanalı Viktoriyanın ölkəni Rotterdamda keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. == Həyatı və musiqi karyerası == Viktoriya Georgiyeva 11 yaşından oxumağa başlamışdır. Bir müddət sonra o "Angel Voices" vokal studiyasında müəlliməsi Atanaska Lipçevadan dərs almağa başlamışdır. Georgiyeva Bolqarıstanın X Factor yarışmasının dinləmələrinə qatılmış, lakin az yaşlı olması səbəbindən ilkin mərhələni adlaya bilməmişdir.2015-ci ildə o X Factor yarışmasına qatılmağa nail olmuşdur. Viktoriya yarışmanın 9-cu həftəsində şounu tərk etmişdir. X Factor-da qələbə qazana bilmədiyi halda Viktoriya Virginia Records albom şirkəti tərəfindən təklif almış, lakin ifaçı təklifdən imtina etmişdir. 2016-cı ildə isə o Monte Music şitkəti ilə müqavilə imzalamışdır. Həmin ilin iyun ayında Viktoriyanın debüt sinqlı "Nishto Sluchayno" təqdim olunmuşdur.
Viktoriya Jilinskayte
Viktoriya Jilinskayte (d. 6 mart 1989; Uray, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Viktoriya Jilinskayte Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. Daha sonra Viktoriya Jilinskayte Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Viktoriya Krivelli
Viktoriya Krivelli (d. 30 sentyabr 1990; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Viktoriya Krivelli Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Viktoriya Meranut
Viktorina Möran (fr. Victorine Meurent) — fransız rəssamı. Eduard Manenin ən sevimli modeli kimi tanınmış olmasına baxmayaraq, onun özü də məşhur rəssam idi. Onun əsərləri nüfuzlu Paris İncəsənət Mərkəzində dəfələrlə sərgilənmişdir. 1876-cı ildə münsiflər heyəti onun əsərlərini qəbul etdi. Həmin münsiflər heyəti bu sərgidə Manenin rəsmlərini qəbul etməmişdi. == Ədəbiyyatda Möran == İrlandiyalı yazıçı Corc Moore, "Mənim Ölü Həyatımın xatirələri" adlı yarı-avtobioqrafik romanda sənətçini canlandırmışdl. Debra Finerman tərəfindən yazılmış, tarixi roman Mademoiselle Victorinedə də Ondan ilhamlanmışdı. O, "Manet in Love" adlı bir filmdə də görüldü. == Həyatı == Viktorina bir sənətkar ailəsində dünyaya gəldi.
Viktoriya Nuland
Viktoriya Nuland (ing. Victoria Nuland; d. 1961, Konnektikut) — ABŞ siyasətçisi, peşəkar diplomat, ABŞ Dövlət Katibinin köməkçisi. == Şəxsi həyatı == Atası Yel Universitetinin tibb və bioetika professoru Şervin Nulanddır. Nuland milliyətcə yəhudidir. O, Braun Universitetini bakalavr pilləsini bitirib. Rus, fransız və bir qədər çin dilini bilir. Robert Kaqanla ailə həyatı qurub, iki övladı var.
Viktoriya Qranetska
Viktoriya Leonidovna Qranetska (ukr. Вікторія Леонідівна Гранецька, 24 mart 1981) — Ukrayna yazıçısı, şairi, “Sözün Taclandırılması” Ədəbi Mükafatının qalibi. == Həyatı == Viktoriya Qranetska 24 mart 1981-ci ildə Vinnitsa bölgəsinin Kozyatin rayonunun Yurivka kəndində polşalı və ukraynalı bir ailədə anadan olmuşdur. Uşaq ikən şeirlər, nağıllar, hekayələr yazır və “Visnik Kozyatinşini” rayon qəzetində nəşr olunurdu. 2003-cü ildə M.Kotsyubinski adına Vinnitsa Dövlət Pedaqoji Universitetində psixologiya fakültəsini bitirmişdir. 2010-cu ilədək ofisiant, reklam agenti, kosmetika satıcısı, azyaşlı uşaqlar üçün nəzarətçi, musiqi mağazasında məsləhətçi, Kaliforniya və Filadelfiyada yaşayan rusdilli mühacirlər üçün yayınlanan bir qəzetdə korrektor, yerli KİV-in Mədəniyyət bölməsində jurnalist-redaktor və dəb jurnallarından birində ədəbi redaktor vəzifələrində çalışmışdır. 2010-cu ildən bəri Vinnitsada yaşayır və intensiv şəkildə bədii yaradıcılıqla məşğul olur. 31 oktyabr 2018-ci ildə Rusiya-Ukrayna müharibəsi veteranı, yazıçı əri Vlad Sordi ilə birlikdə yalnız Ukrayna çağdaş ədəbiyyatında ixtisaslaşmış müəlliflər üçün “Dom Himer” nəşriyyatını qurmuşdur. == Yaradıcılığı == 2011-ci ildə “Mantra-xəyal” romanının əlyazmasına görə “Sözün Taclandırılması” ədəbi müsabiqəsinin “roman” nominasiyasında birinci mükafatı qazanmışdır. Bu, 30 yaşlı yazıçının, debüt əsəri, daha doğrusu, bu həcmdə ilk tamamlanmış əsəridir.
Viktoriya Ravva
Viktoriya Ravva (d. 31 oktyabr 1975; Tbilisi, Gürcüstan) — Gürcüstan əsilli Azərbaycanı və Fransanı təmsil edən voleybolçu. Viktoriya Ravva, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. O, həmdə 16 qat Fransa çempionu, 15 qat isə Fransa Kubokunun çempionudur. == Karyerası == Viktoriya Ravva, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Viktoriya Sinitsina
Viktoriya Sinitsina () — Rusiya Federasiyasını təmsil edən fiqurçu. Sinitsina 2008-2014-cü illərdə Jiqanşin ilə birgə, 2014-cü ildən isə Katsalapov ilə birgə beynəlxalq turnirlərdə mübarizə aparır. 2008-2014-cü illərdə çıxış edən Sinitsina & Jiqanşin cütlüyü 2011-2012-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri turnirinin Avstriya və Polşa mərhələlərinin, həmçinin Kanadada baş tutan gənclər arasında ISU Qran-Pri Finalının və Belarusda baş tutan gənclər arasında Dünya Çempionatının qalibi olub. Həmçinin Sinitsina & Jiqanşin cütlüyü 2014-cü ildə Rusiya Federasiyasını Soçi şəhərində XXII Qış Olimpiya Oyunlarında təmsil edib. Sinitsina 2014-cü ildən Katsalapov ilə birgə beynəlxalq turnirlədə mübarizə aparmağa başladı. Sinitsina & Katsalapov cütlüyü 8 mövsüm ərzində beş dəfə ISU Qran-Pri turnirlərinin qalibi oldu — 2019, 2020 və 2021-ci illərdə Rusiya mərhələsində, 2019-cu ildə Çin mərhələsində, 2021-ci ildə isə Yaponiya mərhələsində. 2019-cu ildə Kanadada baş tutan ISU Qran-Pri Finalında isə Sinitsina & Katsalapov cütlüyü gümüş medala sahib oldu. 2020-ci ildə Avstriyada, 2022-ci ildə isə Estoniyada baş tutan Avropa Çempionatlarının qalibi olan Sinitsina & Katsalapov cütlüyü, Dünya Çempionatlarında bir dəfə — 2021-ci ildə qızıl medala sahib olub. Karyeralarının ən ciddi uğuruna isə Sinitsina & Katsalapov cütlüyü 2022-ci ildə Çində baş tutan XXIV Qış Olimpiya Oyunlarında nail olub. Komanda turnirində Olimpiadanın qalibi olan Sinitsina & Katsalapov cütlüyü, buzüstərəqs turnirində gümüş medala sahib oldu.
Viktoriya Stepanişyova
Viktoriya Stepanişyova (d. 17 may 1980) — Azərbaycanı təmsil edən voleybolçu. Viktoriya Stepanişyova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Viktoriya Stepanişyova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Viktoriya Torpağı
Viktoriya Torpağları (ing. Victoria Land) — şərqində Ross Buz sahəsi və Ross dənizi, qərbdə isə Oates Torpağları və Vilkes Torpağları olan Antarktidada bir bölgədir. Kapitan Ceyms Klark Ross tərəfindən yanvar 1841-ci ildə kəşf edilmişdir və bu bölgəyə Birləşmiş Krallığın Kraliçası Viktoriyanın adı verilmişdir. Viktoriya Torpağlarının ən cənub nöqtəsi Minna Bluff adlı dağlıq çıxıntıdır. Bu çıxıntı; şimaldakı Skott sahilini, cənubdakı Ross müstəmləkəsinin, Hillari sahilindən ayırır. Bu bölgə, Transantarktika dağları adlı sıradağları, McMurdo Quru Vadilərindən (Şimali Futillsdə olan Abbott Dağı, ən yüksək nöqtəsidir) və Labirent olaraq bilinən düz ərazini əhatə edir. Bu bölgəni kəşf edənlər arasında Ceyms Klark Rossla yanaşı, Duqlas Mousonda yer alır.
Viktoriya Yuhansson
Wiktoria Vendela Johansson və ya Wiktoria (8 noyabr 1996) — İsveç musiqiçisi. == Diskoqrafiya == === Single === 2011 - Jag behöver dig 2016 - Save Me 2016 - Yesterday R.I.P 2016 - Unthink You 2017 - As I Lay Me Down 2017 - I Won't Stand in Your Way 2018 - Perfect Memory 2018 - I Told Santa 2019 - Not with Me 2019 - OMG 2020 - We Don't Talk 2020 - Fuck This Place Up (con Hayes feat.
Bavariyalı Mariya Anna Viktoriya
Mariya Anna Viktoriya (fr. Marie Anne Victoire de Bavière) (28 noyabr 1660, Münhen, Bavariya kürfürstlüyü – 20 aprel 1690, Versal sarayı) – Fransa kralı XIV Lüdovikin varisi Burbonlu Lüdovikin ilk xanımı, İspaniya kralı V Filippin anası. Atası Bavariya kürfürstü Ferdinand Mariya, anası isə Savoyyalı Henretta Adelayddır. == Mənbə == Bertière, Simone. (1998). Les Femmes du Roi-Soleil. Fallois.
Böyük Viktoriya səhrası
Böyük Viktoriya səhrası (ing. Great Victoria Desert) — Avstraliyanın Qərbi Astraliya və Cənubi Avstraliya ştatları ərazılərində yerləşən qumlu-şoran səhra. Sahəsi 424400 km², şərqdən qərbə qədər uzunluğu isə 700 km-dir. Səhra şimaldan Gibson səhrası, cənubdan isə Nallarbor düzənliyi ilə əhatə olunub.
Marianna Viktoriya (Portuqaliya kraliçası)
Marianna Viktoriya (isp. Mariana Victoria de Borbón; port. Mariana Vitória) (31 mart 1718, Madrid – 15 yanvar 1781, Ajuda sarayı[d]) — Portuqaliya kralı I Jozefin xanımı. Atası İspaniya kralı V Filipp, anası isə onun ikinci xanımı Elizabet Farnesidir. Hələ 7 yaşında ikən Fransa kralı XV Lüdoviklə nişanlansa da, yaş etibarilə bu evlilik baş tutmadı. 1729-cu ildə Portuqaliya kralı V Conun varisi İnfant Jozeflə evləndirildi. Ərinin ömrünün son illərində və ardından taxta çıxan qızı Mariyaya naibə olaraq xidmət etdi. == Mənbə == Armstrong. Edward: Elisabeth Farnese: The Termagant of Spain, 1892 Myrl. Jackson-Laufer.
Mariya Viktoriya dal Pozzo
Mariya Viktoriya dal Pozzo (it. Maria Vittoria Carlotta Enrichetta Giovanna dal Pozzo della Cisterna) (9 avqust 1847, Paris, Fransa – 8 noyabr 1876, San-Remo, İtaliya krallığı) — İtalyan əsilzadəsi və İspaniya kralının xanımı. == Mənbə == de Badts de Cugnac, Chantal. Coutant de Saisseval, Guy. ‘’Le Petit Gotha’’. Nouvelle Imprimerie Laballery, Paris 2002, p.
Tomas Luis de Viktoriya
Tomas Luis de Viktoriya (1548[…], Avila, Kastiliya və Leon – 27 avqust 1611, Madrid) — Katolik rahibi, kilsə xadimi və İspan Rönesansının məşhur polifonist bəstəkarı. Yaxınlaşacaq Baroku üslubu ilə dövrünün ən aktual və inkişaf etmiş bəstəkarlarından biri sayılır. Təsiri, Cecilianism bəstəkarları tərəfindən bir model olaraq qəbul edildiyi 20-ci əsrə qədər çatır.
Vellinqton Viktoriya Universiteti
Vellinqton Viktoriya Universiteti (ing. Victoria University of Wellington) — Yeni Zelandiyanın Vellinqton şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Əsasən hüquq, sosial elmlər və bəzi elm displinlərinə görə fərqlənsə də universitet geniş akademik proqramlar təklif edir. == Tarixi == 1897-ci ildə Parlamentin aktı əsasında təsis edilmişdir və Yeni Zelandiya Universitetinin kolleclərindən biri olmuşdur. Universitet Britaniya kraliçası Viktoriyanın hakimiyətinin 60-cı ildönümü ilə əlaqəli kraliçanın şərəfinə adlandırılmışdır. İlk kampusu Vellington şəhərinin Trondon deyilən ərazisində qurmaq planlaşdırılsa da, sonradan məkan olaraq Kelburn seçilmişdir. Hazırda universitetin əsas kampusu Kelburndadır. Kelbur kampusundakı qədimi Hanter Binasının (ing. Hunter Building) əsası 1904-cü ildə qoyuldu. Universitetin ilk adı Viktoriya University College idi və universitet Yeni Zelandiya Universitetinin bir hissəsi idi.
Viktoriya-qalib (teleserial, 2010)
Viktoriya qələbə deməkdir (ing. Victorious) — Nickelodeondə yayımlanan bir ABŞ sitkomudur. Serial 27 mart 2010 - də başladı.
Viktoriya (Seyşel adaları)
Viktoriya (fr. Victoria [viktɔʁja]) — Seyşel adalarının paytaxtı, yeganə şəhəri və limanı. Mae adasının şimal-şərq sahilində yerləşir. Viktoriya adanın əhalisinin 1/3-ni təşkil edir. == Etimologiya == 1841-ci ildə adada limanın əsası qoyulmuş və Böyük Britaniya Kraliçası Viktoriyanın şərəfinə Port Viktoriya, 1960-cı ildən isə Viktoriya adlandırılmışdır. == İnfrastruktur == Liman olduqca dərindir, bu, eyni zamanda bir neçə gəminin olduğu kimi böyük gəmilərin qəbuluna imkan verir. Limanın daxili su sahəsi kiçik gəmilər üçün lazımi avadanlıq təmin edir. 1971-ci ildə Viktoriya yaxınlığında beynəlxalq hava limanı tikildi. Maliyyələşdirmə mənbəyi İngiltərə dövlət istiqrazları və dövlət zəmanəti ilə qiymətli kağızlar idi. Beləliklə, Böyük Britaniya 1965-ci ildə bir sıra adaların dövlətdən müvəqqəti çıxarılması üçün kompensasiya etdi.
высокока́чественный гурти́ть инжене́рик канавокопа́тель курдю́чный опла́виться полечи́ться стили́стика фосфори́тчик вида́ли? волоси́ще жи́денький пау́чий самока́том соударе́ние Ганза blind-worm cole odometer sphenoidal выдыхать интеллектуальный оживотворить подмосковный сотрудничать