vip-müştəri
viprazid
OBASTAN VİKİ
VİP (dəqiqləşdirmə)
Çox əhəmiyyətli şəxs (ing. VIP, very important person) — statusuna görə çox əhəmiyyətli şəxs. Vətəndaş və İnkişaf Partiyası — Azərbaycanda 28 may 2006-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Əli Əliyevin rəhbərliyində qurulmuş və 10 avqust 2008-ci il tarixində rəsmi dövlət qeydiyyatına alınmış siyasi partiya.
Molla Zal
Molla Zal (1805, Xoy şəhristanı, Qərbi Azərbaycan ostanı – Qıraq Kəsəmən) - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babasıdır (ata babası). == Həyatı == Molla Zal 19-cu əsrin 5-10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur. Ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Zal və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Zalgil 6 qardaş olmuşlar. Qaçaq Nəcəf - Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır.
Zal (Mərənd)
Zal (fars. زال‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 453 nəfər yaşayır (138 ailə).
Zal Cabbarlı
Zal Cabbarlı - şair == Həyatı == == Mənbə == Maşallah Xudubəyli. “Mənim sazlı-sözlü dünyam”. Bakı, “Elm və təhsil”-2010. səh.
Zal Məmmədov
Zal Məmmədov (tam adı: Zal Məşədi Cavad oğlu Məmmədov; d.1898, Şuşa - ö.1969) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Yelizavetpol kişi gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Drezden Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına tehsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında təhsilini bitirməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Zal xan
Zal xan — Çuxursəəd bəylərbəyi (1679–1688-ci illər). == Həyatı == Zal xan Çuxur Səəd əyalətinin İrəvan mərkəzi olan şəhərində doğulmuşdu. Z. Kanakertsi isə yazır ki, Səfiqulu xanın dövründə yollarda oğrular və yolkəsənlərin sayı çoxalmışdır. Oğrular cəzalandırılmırdı. Onlardan cərimə alaraq buraxırdılar. Onlar yenidən oğurluq edirdilər. Bütün İrəvan əhalisi və qoşunlarının şikayəti nəticəsində Səfiqulu xan həbs olundu. Şah İrəvanın keçmiş hakimi Abbas xanın kürəkəni Zal xanı İrəvana hakim təyin etdi. Zal xan İravana Azərbaycanın baş vəziri Mirzə İbrahimlə gizli gəlir. Onları qarşılamağa adam getməmişdi.
Zal Əliyev
Zal Dünyamalı oğlu Əliyev (11 avqust 1965 Xızı - 23 iyun 1992 Ağdam) == Həyatı == Zal Əliyev 11 avqust 1965-ci ildə Xızı rayonu Altıağac qəsəbəsində anadan olmuşdur. 1982-ci ildə Altıağac qəsəbə orta məktəbinin X sinfini bitirmişdir. == Hərbi xidməti == 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Vətənimizi ermənilərdən azad etmək üçün 1993-cü ildə könüllü olaraq Qarabağa döyüşə getmişdir. Əsl qəhrəman kimi Zal 1992-ci ilin iyunun 23-də Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.
Qalayi Zal vulusvalisi
Qalayi Zal vulusvalisi — Künduz vilayəti tərkibində inzibati-ərazi vahidi. == Əhalisi == Vulusvali əhalisinin mütləq əksəriyyəti türkmənlərdən, az bir qismi isə puştunlardan, özbəklərdən və taciklərdən ibarətdir. Türkmənlər əhalinin təxminən 90 %-ini, digər etnik qruplar isə 10 %-ini təşkil edirlər.
Zal xan məscidi
Zal xan məscidi və ya Şəhər məscidi — İrəvan şəhərinin qədim yerlərindən biri olan Şəhər hissəsində yerləşən məşhur məscidlərdən biri. == Tarixi == Məscid İrəvan şəhərinin Qala və Təpəbaşı məhəllərinin arasında yerləşmişdir. Güman edilir ki, məscid 1649–1685-ci illərdə ucaldılmışdır. Henri Linçə görə, məscidin üzərində ərəb qrafikası ilə Azərbaycan türkcəsində olmaqla məscidin 1687-ci ildə tikildiyi qeyd olunmuşdur. Burdan belə başa düşülür ki, 1679-cu ildə tikilmişdir. 1928-ci ildə məscidin böyük zalı sökülmüş və yerində İrəvan oteli tikilmişdir. 1999-cu ildəki rekonstruksiyadan sonra otel Qolden Tulip İrəvan Otel adlandırılmaqdadır. Azərbaycan Dövlət Arxiv İdarəsində saxlanılan və 1949-cu ilə aid məlumata görə, Zal xan məscidi sovet dövründə sərgi salonu kimi istifadə olunmuşdur. Zal xan məscidinin istifadə məqsədi II Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Buna qədər məscidin iki mərtəbəli binası və bir çox hücrəsi mövcud olmuşdur.
Zal Mahmud paşa məscidi
Zal Mahmud Paşa Məscidi İstanbulun Eyüp mahalında Sultan Süleyman Qanuninin vəziri Zal Mahmudun Memar Sinana tiktirdiyi məscid mədrəsə, türbə, bulaqdan meydana gələn bir kompleksdir. Zal Paşa küçəsindəki məscidin inşa tarixi 1577-ci ildir. Bir mədrəsə bulağ həyəti ətrafında yerləşir. Buna bağlı ikinci mədrəsə alçaq bir platformada türbə ətrafındakı həyətdədir və onun Dəftərdar küçəsi tərəfində qapısında bir bulaq yerləşir. Düzgün səkkizbucaqlı, tək günbəzli, girişi 6 sütunlu bir rəvandan olan türbədə Zal Mahmud Paşa yatmaqdadır. Türbə pəncərələri klassik qarışqa gözlüdür.
Top oyunları üçün zal (Praqa)
Top oyunları üçün zal və ya Miçovna (çex. Míčovna) – İntibah dövrünə aid tikili; Praqa qəsrinin yaxınlığındakı Kral bağında yerləşir. "Miçovna" - çox vaxt haqqsız yerə turistlərin diqqətindən məhrum qalan və mürəkkəb tarixi olan çox maraqlı memarlıq abidəsidir. Bütün qəsr və qala kompleksi ilə birlikdə, Miçovna Çex Respublikasının Milli mədəniyyət abidəsi kimi 1962-ci ildən mühafizə olunur == Tikinti tarixi == Top oyunları üçün zal (Miçovna) XVI-XVII əsrlərdə morav və alman zadəganları arasında populyarlıq qazanmışdı. O dövrdə Avropada açıq havada idman əyləncələrinə bir moda yaranmışdı. Demək olar ki, hər bir saray kompleksləri bu cür tədbirlərin keçirilməsi üçün xüsusi köşklərlə təchiz olunmuşdu. Praqa qəsrinə daxil olan Kral sarayında yerləşən Miçovna 1568–1569-cu illərdə imperator II Maksimilianın əmri ilə məşhur saray memarı Bonifatsiy Volmut tərəfindən inşa edilmişdi. Binanın yerləşəcəyi ərazi hökmdarın istəklərinə uyğun olaraq seçilmişdi - məhz binanın olduğu ərazidən Maral xəndəyinə çox gözəl mənzərə açılır. == Tikilinin sxemi == Kral Top oyunları üçün zalın pavilyonu 14 metr hündürlüyü ilə düzbucaqlı quruluşu və günbəzi olan bir tikilidir. Pavilyondakı zalın uzunluğu 68 metrdir.