VULKAN TULLANTILARI

vulk. boğazının divarlarından və vulkan ocağından qoparılıb və partlayışla səthə çıxarılan, vulkanın püskürmə məhsulları: bombalar, şlaklar, qum, kül və eləcə də köhnə lava və b. süxur qırıntıları. вулканические выбросы volcanic upthrows
VULKAN-TEKTONİK STRUKTURLARI
VULKAN UÇQUNU
OBASTAN VİKİ
Məişət tullantıları
Məişət tullantıları — məişət tullantıların bir neçə növü var. Ağır məişət tullantıları (AMT) predmet və ya mal, ehtiyac zərurətini itirmiş, çox hissəsi tullantıya dönmüş materialdır. AMT 3 hissədən ibarətdir: bioloji, qeyri bioloji( süni və sintetik hissə) və sonuncu hissə lazımsız tullantı hissəsi Tullantıların öyrənilməsi «Tullantı arxeologiyası», onun utilizasiyası ilə məşğul olan bölməsi Qabrologiya adlanır. == Tərkibi == ATM çox mürəkkəb getorogen qarışıqdan ibarətdir Morfoloji cəhətdən ATM indiki dövrə nəzərən müxtəfil komponentlidir. Bioloji tullantı Qida tullantıları Sintetik tullantılar kağız – qəzet, jurnal, hədiyyəlik paketlər və s. neft məhsulları: plastmas dəri, rezin tekstil Müxtəlif metallar (ağır və əlvan) şüşə ATM -in kimyəvi tərkibi Onun keyfiyyətini müəyyən etməklə yanaşı bioqazınn alınması üşün vacibdir. Dövlət Statistika Komitəsinin illik hesabatına əsasən 2017-ci il ərzində ölkə ərazisində ümumilikdə 6.6 mln. m³ məişət tullantısı əmələ gəlmişdir. Məişət tullantılarının idarə edilməsi probleminin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi, ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilir ki, bu tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər planı»na uyğun olaraq Balaxanı ərazisində ildə 500 min ton məişət tullantısını emal etmək gücünə malik müasir məişət tullantılarının yandırılması zavodunun və ildə 200 min ton məişət tullantısını çeşidləyən müasir zavodunun tikilməsi və istismara verilməsidir. Məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə son dövrlərdə ölkəmizdə həyata keçirilən digər bu kimi tədbirlər ümumilikdə idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun inkişafının təməlini qoymuşdur və hazırda da bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir.
Vulkan
Vulkan (lat. Vulcanus) və ya bəzən yanardağ — yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə Vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur. == Xüsusiyyətlər == Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vulkanologiya deyilir. Vulkanlar forma (şit və ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) və s. olaraq təsnifləşdirilirlər. Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir.
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. == Ümumi məlumat == Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Konusvari vulkan
Konusvari vulkan (rus. формы рельефа кон-вергентные, ing. convergentive landforms) — mərkəzi tipli vulkanın daha geniş yayılmış forması, vulkan boğazında qaymalar, bombalar, lapillər və kül atan buxar və qaz partlayışı və lava axını nəticəsində əmələ gəlir. Vulkanın az yuyulduğu vaxtlarda kəsilmiş zirvəsi düzgün formalaşmış relyef formalarının zahiri görünüşcə bir-birinə oxşaması.
Krater (vulkan)
Vulkan krateri (lat. crater q.yun. κρατήρ sözündən götürülmüşdür) — yer kürəsi] və digər nəhəng səma cisimlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Bunlardan ən əsasları vulkanik dağlar üzərində yerləşən vulkan aktivliyi nəticəsində yaranan kraterlər və kiçik-xırda səma cismlərinin səthə düşməsindən yaranan kraterlər — zərbə kraterləri (meteor kraterləri). == Haqqında == Vulkan krateri- (rus. кратер вулканический, ing. volcanic crater) (yun. krater-kasa, piyalə) –vulkan konusunun zirvəsində və ya yamacında əmələ gəlmiş qıf yaxud kasa şəkilli çökəklik. Köndələn kəsimi nadir halda −2, −2,5 km-dən böyük , dərinliyi isə bir neçə on metrdən yüz metrlərə qədər olur. Vulkan kraterinin dibində maqma ocağından qalxan lava və başqa vulkan məhsullarının yer üzünə çıxması üçün bir və ya bir neçə ağız yerləşir.
Maskarin (vulkan)
Maskarin — Cənubi Afrika Respublikasına məxsus olan Prins-Eduard adaları qruouna daxil olan Marion-Aylend adasında yerləşən vulkan. == Haqqında == Cənubi Afrika Respublikasına aid olan Prins-Eduard arxipelaqının Marion-Aylend dasında yerləşir. Pikin hündürlüyü 1230 metrdir. Vulkanın sonuncu püskürməsi 2004-cü ilə təsadüf edilir. == Həmçinin bax == Volcano Live == İstinadlar == == Xarici keçidlər == Vulkan nədir? Dünyanın Ən Təhlükəli 10 Vulkanı Vulkanlar Volcanoes Live, Worldwide.
Melburn (vulkan)
Melburn (ing. Melbourne) — Antarktidada fəaliyyətdə olan vulkan. Vulkan kraterinin araşdırılması onu göstərir ki, vulkan 1750-ci ilə qədər aktiv olmuşdur. Kraterdə aktiv fumorlar mövcuddur. Yaxşı havada Ross adasından Terror və Melbrun vulkanlarını görmək olur. Zirvəsində helikopterlərin eniş meydançası və qütb stansiyası fəaliyyət göstərir. == Xarici keçidlər == "Global Volcanism Program. Melbourne" (ingilis). Smithsonian Institution. 2012-05-11 tarixində arxivləşdirilib.
Merfi (vulkan)
Merfi (ing. Mount Murphy) — Antarktida ərazisində yerləşən sönmüş vulkan. Zirvəsinin hündürlüyü 2703 metrdir. Bu hündürlük Andrus-Uaiş-Merfi massivində yerləşən ikinci hündürlükdür. Son püskürmə haqqında məlumat yoxdur. Meri Berd Torpağında yerləşən Ayı yarımadasının cənubunda yerləşir. Smit dağı və Hayns buzlağı ilə əhatələnir. Vulkan Amerikan Təbiət taroxi muzeyinin işçisi Robert Kuşman Merfinin şərəfinə adlandırılmışdır. O, antarktik və subantarktik quşları üzrə mütəxəssis olmuşdur.
Nəmrud (vulkan)
Nəmrud (türk. Nemrut Dağı, erm. Սարակն Sarakn, kürd. Çiyayê Nemrud) ― Şərqi Türkiyədə Van gölünə yaxın yerləşən yatmış vulkan. Vulkan bu bölgəni təxminən eramızdan əvvəl 2100-cü ildə idarə etdiyi deyilən Kral Nəmrudun adını daşıyır. Nəmrudun ən güclü püskürmələri Pleystosendə meydana gəlmişdir. Holosen dövründə də sonuncusu 1650-ci ildə baş vermiş bir çox kiçik püskürmə olmuşdur. Vulkanın üst hissəsi üç krater gölünə ev sahibliyi edən böyük kalderadır. == Baxış == Nəmrud bölgədəki seysmik və vulkanik aktivliyi təyin edən Ərəbistan və Avrasiya tektonik tavaların toqquşma zonasında yerləşən poligenik stratovolkandır. Bu tavaların toqquşması Orta Eosendə başlamış və Mezozoyda Tetis okeanı əmələ gəlmişdir.
Parazit vulkan
Parazit vulkan — iri mərkəzi vulkanın yamacında çox zaman radial çatlar boyu yan püskürmə nəticəsində əmələ gəlir. Özünün baş kanaldan ayrılan ayrıca kanalı olur. Çatların daha yüksək nöqtəsində (subterminal püskürmə) şlak konusu əmələ gəlir, aşağı hissələrində isə (lateral püskürmə) lava axını baş verir. Parazit vulkan həmçinin eksentrik püskürmə nəticəsində də əmələ gələ bilər. Sinonim: Əlavə vulkan, Yan vulkan. == Həmçinin bax == Mərkəzi vulkan Yan püskürmə Şlak konusu == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Paulet (vulkan)
Paulet vulkanı — Antarktida ərazisində yerləşən vulkan. Vulkan Antarktik yarımadasında şərqdə yerləşən Paulet adasında yerləşir. Vulkanın hündürlüyü 353 metr təşkil edir. Vulkanın krateri adanın cənubunda qərarlaşır. Ola bilsin ki, vulkan min il öncəyə qədər aktiv olmuşdur. Adada vulkanın yeraltı istiliyi səbəbindən il boyu buz qatından azad olur. Vulkanik ada pinqivinlərin müvəqqəti istirahət yeridir.
Poligen vulkan
Poligen vulkan — monogen vulkanın əksinə, konusu uzun fasilələrlə müxtəlif vaxtlarda püskürmə nəticəsində əmələ gələn vulkandır.
Popokatepetl (vulkan)
Popokatepetl fəaliyyətdə olan vulkan. İstaksiuatl sönmüş vulkanın yanındadır. Bu iki dağın adları - Popokatepetl və İstaksiuatl xalq arasında yayılmış əfsanənin qəhrəmanların adlarıdır. Vulkanın ətrafında Puebla (vulkanın şərq hissəsində) ştatının paytaxtlarından ən əhəmiyyətli konurbasiya cəmlənmişdir, şimal-şərqdən Tlaskala və şimal-qərbdə Mexiko şəhəridir. (Mexiko şəhərində 20 milyondan çox insan yaşayır) .
Qarışıq vulkan
Qаrışıq vulkаn və ya strаtоvulkаn — Vulkan lava ахınlаrındаn və qırıntаl-оvunuq mаteriаl yığnalаrındаn ibarət pоligen vulkаn. Belə vulkаnlаrdа püskürmə аdətən qırıntаl-оvunuq mаteriаl – bоmbа, lаpil, kül və b. аtılmаsı ilə bаşlаnır. Sоnrа qırıntаl-оvunuq аtqılаr lava ахınlаrı ilə örtülür. Strаtоvulkаn, mərkəzi vulkаn tiplərinin ən geniş yаyılmış fоrmаsıdır. Onun kоnusu bir neçə yüz metrdən bir neçə kilometrə çаtır. Krаteri əksərən divаrlаrının çökməsi nəticəsində diаmetri bir kilometr və dаhа çох genişlənmiş çаlаdаn ibаrət оlur. Strаtоvulkаnlаrın fəаliyyət tərzi dаimа kəskin dəyişir. Belə ki, sırf eksplоziv, vulkаnın sоnrаkı оyаnışındа yenidən effuziv-ekstruziv fəаliyyətlə əvəz оlunur. Bu gedişаt vulkаnın bütün оyаnışlаrındа аrdıcıl təkrаr edilir və nəticədə vulkаn qurğusu dəfələrlə pirоklаstik аtqılаrı ilə lаvа örtüklərinin lаylаşmış növbələşməsindən yığcаmlаşır.
Stromboli (vulkan)
Stromboli (lat. strongulē, yun. στρογγύλη — "girdə, dairəvi"; it. Stromboli, sic. Struògnuli) — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yrləşmiş kiçik eyniadlı adada, sönməmiş vulkan. Stromboli gümbəzli vulkanı daim aktiv olub, öz xırda püskürmələri ilə məşhurdur. Onu adanın bütün nöqtələrindən seyr etmək mümkündür. Sonuncu böyük püskürmə 13 aprel 2009-cu ildə baş vermişdir. Vulkan dəniz səviyyəsindən 926 m hündürlüyə malikdr. Dənz dibi səviyyəsindən isə 2000 m-dən çoxdur.
Terror (vulkan)
Terror — Antarktida ərazisində yerləşən vulkan. Vulkanın püskürməsi indiyənə kimi müşahidə edilməmişdir. Terror Erebus vulkanınından 30 km aralıda yerləşir. 820 000 il öncə hündürlüyü 3230 m olan vulkan formalaşmışdır. Ross adasının şərq hissəsinin ərazisini əmələ gətirir. 2000-ci ildə vulkan ətrafında güçlü zəlzələ baş vermişdir. Vulkanın adı Ceyms Rossun təşkil etdiyi ekspedisiyasında iştirak etmiş Terror gəmisinin şərəfinə 1841 ildə adlandırılmışdır.
Vulkan (mifologiya)
Vulkan — Roma mifologiyasında dəmirçilik tanrısı. Daimi məskəni Etna vulkanıdır.
Vulkan bombası
Vulkan bombası (rus. бомбы вулканические, ing. volcanic bomb) — vulkan kraterindən plastik halda atılan, havada soyuyub bərkiyərək müəyyən forma alan lava parçası. Daxili hissəsi adətən məsaməli, xarici qabığı isə şüşəli olur. Lavanın qatılığından asılı olaraq vulkan bombaları müxtəlif formada olur: qatı lavanın bombası açıqçatlı olub, çörək qabığını xatırladır, duru bazalt lavası iyvari, kürəvi, armudvari və ucları dartılmış, quyruqlu bombalar əmələ gətirir. Uzun müddət plastik halda qalan çox duru lavalar qoğalvari bomba əmələ gətirir. Vulkan bombası nüvəsi bəzən kənar süxurdan və ya bərkimiş lavadan ibarət olur. Sonuncular "bürünmüş" vulkan bombası adlandırılır. == Həmçinin bax == Vulkan Vulkan boğazı == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Vulkan boğazı
Vulkan boğazı (rus. жерло вулкана, ing. volcanic vent funnel, volcanic pipe, chimney, vent.) — vulkan ocağını Yer səthi ilə birləşdirən və kraterlə qurtaran, adətən, vertikal (və ya buna yaxın) kanalın yuxarı hissəsi; vulkan boğazı silindrik formaya yaxın olur. Vulkan boğazı çatlar boyu vulkan ocağına doğru uzanan ikinci dərəcəli çıxarıcı kanallarda yan krater əmələ gətirə bilər. Bəzən yanlış olaraq vulkan boğazı vulkan kanalının sinonimi kimi qəbul edilir. == Həmçinin bax == Relyef Vulkan == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Vulkan brekçiyası
Vulkan brekçiyası (rus. вулканическая брекчия, ing. volcanic breccia, eruptive breccia) — vulkan püskürməsi zamanı atılan iri ölçülü vulkan qırıntılarının sementləşməsindən əmələ gələn dağ süxurları.
Vulkan buludu
Vulkan dağları
Vulkan dağları (rus. вулканические горы, ing. volcanic mountains) — ayrı- ayrı vulkan konuslarının həmçinin vulkan yaylalarının birləşməsi nəticəsində əmələ gəlmiş vulkan konusları və silsilələri (Ş. Karpatda, Qarabağ və Ermənistan yaylalarında vulkan silsilələri).
Vulkan düzənlikləri
Vulkan düzənlikləri — Belə düzənliklərin əmələ gəlməsi duru lava ilə bağlıdır. Lava soyuyaraq, geniş sahələri əhatə edir. Ən duru lava Havay adaları vulkanlarının lavasıdır. Vulkanik düzənliklərə misal olaraq Azərbaycan ərazisində Qarabağ vulkanik düzənliyini göstərmək olar.Şərqi Sibir ərazisində lavanın çökdüyü sahələrdə də vulkanik düzənliklər əmələ gəlmişdir.
Vulkan dərəsi
Vulkan dərəsi (rus. долина вулканическая, ing. volcanic valley) — morfoloji qurluşunda vulkan proseslərinin aydın görünən izləri olan, dərə.
Vulkan gölü
Vulkan gölü — sönmüş vulkan kraterində, soyumuş lavaların çökəkliklərində yerləşən göl. Cənubi Qafqazda,Kamçatkada, İslandiyada, İtaliyada, Yaponiyada yayılmışdır. == Azərbaycanda vulkanlar == Azərbaycan təbii ehtiyatlar və vulkanlar ölkəsdir. Azərbaycanın ərazisi palçıq vulkanlarının geniş intişar tapdığı unikal regiondur. Planetimizdə mövcud olan 850 — yə yaxın palçıq vulkanlarının 300-dən çoxu başlıca olaraq Şərqi Azərbaycan ərazisində — Abşeron yarımadasında, Şamaxı — Qobustan regionunda, aşağı Kür çökəkliyində və Bakı arxipelağında yerləşir. Həm say etibarilə, həm də bəzi xüsusiyyətlərinə (onların çoxçeşidli olması və əksəriyyətinin aktiv fəaliyyət göstərməsi) görə Azərbaycanın palçıq vulkanları digər ölkələrinkindən fərqlənir və forma müxtəlifliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif morfologiyalı (konusvari, günbəzvari, laylavari) vulkanlar mövcuddur. Yerüstü (kontinental), aktiv fəaliyyətdə olan, sönmüş, 150—250 ildən artıq fəaliyyətdə olmayan gömülmüş (qazıntı), dəniz (sualtı, ada) və çox sayda neft çıxaran vulkanlar qeydə alınmışdır. Gömülmüş vulkanlar qazılan quyularla açılmış, aerokosmik şəkillərin deşifrə üsulu ilə aşkar edilmişdir. Morfoloji cəhətdən palçıq vulkanlarının nisbi hündürlüyü 10 m—dən 400 m—dək kəsik konus şəklində olub və xarici görünüşünə görə maqmatik vulkanları xatırladır.