VURĞUN [Aytəmiz:] Elçin Reyhanın vurğunudur, ..mən onların məhəbbətinə mane olmaq istəmirəm (M.Hüseyn); ALUDƏ Biz ol aludeyi-dərdik ki, cami-mey dəvamızdır (S.Ə.Şirvani); AŞİQ Aşiq baş qoymağa canan yolunda; Yeriyib meydana mərdanə gələr (M.Rahim); BAĞLI Zalxa Tarverdiyə: Bəlkə qız səni sevmir? Ürəyi özgəsinə bağlıdır? (M.F.Axundzadə); BƏND Süleyman: Əsgər mane etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir (Ü.Hacıbəyov); DİLBƏSTƏ (kl.əd.) Bu nə dilbəstə olmaqdır pərilər zülfü xalinə (S.Ə.Şirvani); ƏSİR (məc.) Bir ahubaxışlı gözələ çoxdan əsirəm.. (Ə.Vahid); HEYRAN Bəzən tovuz kimi süzüb baxırsan; Yoxsa öz-özünə heyransan, nəsən? (M.Rahim); MAİL Deyildim mən sənə mail; Sən etdin əqlimi zail (Füzuli); MƏCNUN (dəlicəsinə vurulmuş) Niyə bu məcnunu etmiş fəramuş; Nədən ötrü olub bigana məndən? (Natəvan); MƏFTUN Firəngiz təbiətə məftun idi (B.Bayramov); SEVDALI Çəmən döşəyidir sevdalı yarım; Ona layla deyir səhər küləyi (S.Vurğun); ŞEYDA (şair.: dəlicəsinə vurğun) Şeydayi könül birlə cəmin demək olur kim; Bir tifi barıb arifi ürfadə ulaşmış (Əmani); VALEH (kl.əd.) Hamı bu halə valehü məftun; Nagahan hadis oldu bir yanğın (M.Ə.Sabir).