VƏCD

sufilikdə Tanrıya olan sevgidən “sərxoş” olaraq dini ekstaz durumuna girməkdir. Bu durumda insan həqiqəti duymur, özünü idarə edə bilmir. Vəcdə müxtəlif vasitələrlə, o cümlədən ekstaz halına gətirən maddələri içməklə də girmək mümkündür. Müsəlmanlar üçün sərxoşedici maddələr qadağan olduğundan sufilərin çoxu bu vasitələrə əl atmır. Onlarda vəcd Tanrı ilə insanın qarşılıqlı sevgisinin nəticəsidir. Bu hala girən “məşuq” özündə Tanrının ayrı-ayrı özəlliklərini hiss edir. Sufilərə görə Məhəmməd peyğəmbərin səhabələri də vəcdi yaşamışdırlar. Onların ardıcılları da Quran oxuyarkən vəcd halında olurdular. Bu durumda onlar ağlayır, özlərində olmurdular. Bunu iddia edərək sufilər vəcdə dair İslamın ilk qaynaqlarından dəlillər gətirirdilər. Vəcdin ən yüksək zirvəsi “vucud”dur. Bu duruma çatmış “məşuq” insani mahiyyətini itirərək Allahda əriyir, onun xüsusiyyətlərini mənimsəyir. Beləliklə, vəcd halına girən sufilərin bu halı “dənizin kənarına yaxınlaşan”, daha sonra “dənizə girən”, sonda isə “dənizdə batan” insana bənzəyir.
VASİLƏ
VƏD VƏ VƏİD

Digər lüğətlərdə