Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səcdə
Səcdə sözünün lüğət mənası: təvazökarlıqla əyilmə, alını torpağa qoyma. Səcdə sözünün fiqhdə mənası: yeddi üzvü, yəni alın, iki əlin içi, iki dizin və iki ayağın baş barmağının ucunu yerə qoymaq anlamına gəlir. Səcdə məxluqatın Xaliqə etdiyi təvazökarlıqdır. Amma bu məxluq insan kimi iradə əta edilmiş məxluqdursa, onun savabı da var. Savabı olmayan səcdələr isə, yaltaqların alçaqcasına kiminsə qabağında yıxılmasıdır. Qur`anda məscid və səcdə Müqəddəs kitabımız Quranda səcdə kökündən götürülmüş 92 sözə rast gəlirik. Bunların 28-i məscid və məscidlər kəlməsidir. Qur`anda gəlmiş ayələrdən bəziləri: Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! (Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi?
Səcdə Surəsi
Səcdə surəsi (ərəb. سورة السجدة‎ (oxunuşu: surətus-səcdəh)) - Quranın 32-ci surəsi. Məkkədə nazil olmuşdur, 30 ayədir. Surənin adı 15-ci ayədə işlədilən səcdə sözündən götürülmüşdür. Həmin ayə həm də vacibi səcdə ayəsidir.
Səhv səcdəsi
İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi sonradan deyiləcək göstərişlə yerinə yetirsin: Təşəhhüdü unutsa. Dörd rəkətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rəkət qıldığı barədə şəkk edərsə. Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır: Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə. Namaz əsnasında səhvən danışsa. Namazın salamını verməli olmadığı yerdə məsələn, birinci rəkətdə səhvən salam versə. Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq. Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən bir cüt səhv səcdəsi yerinə yetirsin. Öskürəkdən peyda olan səs üçün, səhv səcdəsi vacib deyildir, amma səhvən nalə çəksə, ya "ah" çəksə və ya "ah" desə, gərək vacib ehtiyata əsasən səhv səcdəsi etsin.
Antun Səadə
Antun Saada (ərəb. أنطون سعادة‎, 1 mart 1904 – 8 iyul 1949, Beyrut) — Suriya Sosial Milliyyətçi Partiyasını yaratmış siyasətçi.
Səddə bayramı
Səddə bayramı — Novruza 50 gün qala keçirilən bayram. Səddə bayramı da insanların qışa qarşı münasibətlərini, qışdan qorxmadıqlarını nümayiş etdirən bir bayramdır. Xalqımız Səddə deyimini yanvarın son günü, iki çillə arasındakı sərhəddə, Böyük çilləni əvəzləyən Kiçik çillənin sərt şaxtalarının qarşısını almaqdan ötrü çəkilən böyük maneə, odlu-alovlu bənd, yaxud sədd kimi mənalandırıb. Bayramın bütün tədbir və ayinləri də məhz bu məqsədə xidmət etmişdir. Novruza nə az, nə çox, düz əlli gün qaldığını bildirmək üçün icra olunan Səddə bayramında insanlar axın-axın gəlib təyin olunmuş meydana toplaşır. Meydanda böyük bir tonqal yandırılır. Toplaşanlar əl-ələ tutub tonqalın çevrəsinə dolanır, "əlli gün Novruza qədər, yüz əlli gün biçinə kimi" sözlərilə başlanan mahnı oxuyur, şənlik keçirir, rəqs edib əyləncəli tamaşalar göstərirlər. Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
Səidə Camalova
Səidə Əli qızı Camalova — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neft–kimya proseslərinin texnologiyası" laboratoriyasının baş elmi işçi, texnika üzrə elmlər doktoru, dosent. Səidə Əli qızı Camalova 1950-ci il avqustun 28-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı Şəhəri 7 saylı orta məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsininin əyani şöbəsinə qəbul olunmuşdur. 1972-ci ildə “Əsas üzvi və neft-kimya sintezinin texnologiyası” kimyaçı-texnoloq mühəndis ixtisası üzrə təhsilini bitirmişdir. 1972-1974-ci illərdə (Qiproazneft) layihə institutunda, 1974-1975-ci illərdə ADNSU-da professor T.H.Alxazovun rəhbərliyi ilə yaradılan “Ekoloji kataliz” problem laboratoriyasında təbii qazın və sənaye qazlarının tərkibində olan kükürd birləşmələrin təmizlənməsi üzrə tədqiqat işləri aparmışdır. 1975-ci ildən AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutununda mühəndis, 1986-cı ildən kiçik elmi işçi kimi “Neft Kimya Proseslərinin Texnologiyası” laboratoriyasında əmək fəaliyyətini davam etdirməkdədir. S.Ə.Camalova 1978-ci ildən başlayaraq əsas elmi-tədqiqatları katalizatorların sintezi və karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsinə həsr etmişdir. 1989-cu ildə S.Ə.Camalova dissertant kimi “Oksigenin iştirakı ilə etan və propanın modifikasiya olunmuş manqan tərkibli katalizator vasitəsilə C2-C3 olefinlərə çevrilməsi” mövzusu üzrə elmi tədqiqat işləri apararaq, 1992-ci ildə “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsialmışdır.
Səidə Cəfərova
Cəfərova Səidə Allahverdi qızı — texnika üzrə fəlsəfə doktoru. Səidə Cəfərova 1961-ci il oktyabrın 23-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhəri 135 saylı orta məktəbi 1978-ci ildə bitirmişdir. 1978-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Metallurgiya fakultəsinə daxil olmuş və 1983-cu ildə həmin institutu müvəffəqiyyətlə bitirərək, mühəndis-mexanik ixtisasına yiyələnmişdir. 1983-cü ildən 1986-cı ilədək Radioquraşdırma EİB-də təyinatla işləməyə göndərilmişdir. 1986-1990-cı illərdə EA-nın Kristal təcrübə zavodlu XKTMB-nin Ovuntu metallurgiyası laboratoriyasında mühəndis vəzifəsində çalışmışdır. 1990-1993-cü illərdə "Ovuntu metallurgiyası və kompozisiya materialları" ixtisası üzrə AzTU-nun aspiranturasının əyani şöbəsində təhsilini davam etdirmişdir. 1998-ci ildən indiyədək AzTU-nun Materiallar texnologiyası kafedrasında dosent vəzifəsində çalışır. 2001-ci il noyabr ayının 6-da "Dəmir əsaslı qismən legirli ovuntudan alınmış bişmiş materialların struktur və xassələri" mövzusunda dissertasiya müdafiə edərək texnika eimləri namizədi alimlik dərəcəsi almışdir. 60-dan artıq elmi məqalənin, bir ədəd patentin, bir dərsliyin, dərs vəsaiti və rusca-azərbaycanca texniki lüğətin həmmüəlliflərindəndir.
Səidə Məmmədova
Səidə Məmmədova (tam adı:Məmmədova Səidə Müslüm qızı; 25 may 1942, Naxçıvan) — xormeyster. Azərbaycan Respublikası əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi. Məmmədova Səidə Müslüm qızı 25 may 1942-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1960-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu və 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası)nın xor dirijorluğu fakültəsini bitirmişdir. 1969–75-ci illərdə Naxçıvan şəhər musiqi məktəbində müəllim və 1975–94-cü illərdə orta ixtisas musiqi məktəbinin direktoru olmuşdur. 1994-cü ildən Naxçıvan Dövlət Universitetində ifaçılıq kafedrasının müdiridir. 1999-cu ildən dosentdir. Muxtar Respublikada xor kollektivlərinin yaranması və inkişafında xidməti var. Bir sıra el şənliklərinin bədii rəhbəri və onlarla mahnı müəllifidir. 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Səidə Quliyeva
Səidə Əbülfəz qızı Quliyeva (5 mart 1957, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2012), Prezident təqaüdçüsü (2019). Səidə Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyoru" fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə. Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olmuşdur. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaratmışdır. S. Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Ş. Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin "Qatil" əsərində Qonşu, Mir Cəlalın "Dirilən adam"ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar qalereyası yaratmışdır. Səidə Quliyeva 2000-ci ildə respublikanın Əməkdar Artisti, 9 may 2012-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səidə Sultan
Səidə Sultan (doğum adıyla: Səidə Əli qızı Sultanova; d. 9 mart 1983, Bakı) — Azərbaycan estrada müğənnisi Səidə Sultan 1983-ci il mart ayının 9-da Bakı şəhəri Nizami rayonunda anadan olmuşdur. 272 saylı orta məktəbdə 1989-2000-ci illər orta təhsilini almışdır. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vokal fakültəsinə daxil olub və 2006-cı ildə bakalavr dərəcəsi ilə təhsili bitirmişdir. Anası Svetlana Sultanova pedaqoqdur, uşaq bağçası müdiri vəzifəsində çalışır. Atası Əli Sultanov isə fərdi sahibkar olmuşdur. İlk dəfə 2000-ci ildə Pöhrə müsabiqəsində, 2001-ci ildə isə Bakı Payızı müsabiqəsində iştirak etmişdir və hər iki müsabiqənin laureatıdır. İlk ifa etdiyi mahnısı Popuri və bəstəsi Vasif Adıgözəlovun olan Naz-Naz ifası olmuşdur. 2001-ci ildə "İkisi bir boyda" xalq mahnısı, 2008-ci ildə "Sən idin", 2012-ci ildə "Hərdən arada", 2013-cü ildə "Gecələr" mahnılarını ifa edərək populyarlıq qazanmışdır. 2008-ci ildə ilk "Bir inci" adlı solo albomunu buraxmışdır.
Səidə Ömər
Səidə Ömərova
Səidə İmanzadə
Səidə İmanzadə (29 dekabr 1910, Nuxa – 1 may 1992) — Azərbaycanın pedaqoqu, Azərbaycan SSR-in Əməkdar Müəllimi. Səidə xanım İmanzadə 29 dekabr 1910-cu ildə Şəkidə doğulmuşdur. O, ailəsi ilə 1924-cü ildə Bakıya köçmüşdür. Yeni cəmiyyət quruculuğunun ilk dövründə öz həllini tələb edən ən mühüm ictimai problemlərdən biri də qadın azadlığı idi. Bu məqsədlə Bakı və onun rayonlarında onlarca qadın klubları, savad kursları yaradılmış və burada qadınlar arasında fəal ictimai-siyasi iş aparılırdı. Səidə xanım İmanzadə 1925-ci ildə Əmircan qəsəbəsində fəaliyyət göstərən "Qadın nümayəndələri iclası" adlanan təşkilatın fəal üzvlərindən biri olmuş, burada azərbaycanlı qadınlar arasında iş aparmış, qadınların hüqüq və imkanlarını onlara başa salmışdır. Elə ilk vaxtlardan Səidə xanım və onun kimi digər ictimaiyyətçi azərbaycanlı qadınların apardıqları iş öz müsbət nəticəsini verirdi. Səidə xanım İmanzadə ictimai fəaliyyəti ilə yanaşı, öz təhsilini davam etdirməyi də unutmamışdı. O, 1926-cı ildə Bakıda fəaliyyət göstərən "Türk sənaye məktəbi"nə daxil oldu. O zaman Azərbaycanda qadın azadlığı hərəkatının mərkəzi hesab edilən Əli Bayramov adına qadınlar klubunda 1928-ci ildən başladığı fəaliyyət Səidə xanımın ictimai həyatında yeni mərhələ oldu.
Səidə Şərifəliyeva
Şərifəliyeva Səidə Vahid qızı 10 yanvar 1981-ci il tarixdə Neftçala rayonunda anadan olub. 1998-ci ildə orta məktəbi bitirib.1999-cu ildə Bakı Musiqi Akademiyasında vokal fakultəsinə - Xalq artisti Xuraman Qasımovanın sinfinə qəbul olunub. 2002 -2008-ci illərdə Azərbaycan Dövlət Xor Kopellasında çalışıb. 2006-cı ildən ÜNS yaradıcılıq səhnəsinin solistidir. 2007-ci ildə Çexiyanın Karlovı-Varı şəhərində A.Dvorjak adına 42-ci Beynəlxalq vokal müsabiqəsində 1-ci yerə, elə həmin il Bakıda keçirilən Bülbül adına 4-cü Beynəlxalq vokal müsabiqəsində 2-ci yerə çıxıb. 2010-cu ildən Q.Vişnevskayanın Opera Mərkəzində (prof. Badri Maysuradzenin sinfi) təcrübədədir. 2014-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrının solistidir. Ü.Hacıbəylinin "O olmasın, bu olsun” (Gülnaz), O.Kazımi və R.Heydərin "Qızıl toy” (Aygün), F.Sücəddinov və T.Vəliyevanın "Mən dəyərəm min cavana” (Naz-Naz), R.Hacıyevin "Qafqazlı qardaşqızı" (Lala), R.Mirişli və M.Haqverdiyevin "Qısqanc ürəklər” (Səbinə), F.Allahverdi və Elçinin "Baladadaşın toy hamamı” (Sevil), İ.Kalmanın "Silva” (Silva), E.Sabitoğlu və V.Kalmanovskinin "Bir dəfə Baqdadda” (Zuleyxa) tamaşalarında yaddaqalan obrazlar yaradıb. Azərbaycan Respublikasının Əməkdar artistidir.
Səidə Haqverdiyeva
Saidə Haqverdiyeva — azərbaycanlı yazıçı, ssenarist və rejissor, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru və teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" və "Küllücə" teatr-studiyalarının, "Oyun" müstəqil inklüziv teatrının rəhbəridir. Prezident təqaüdü (2013). Saida Yavər qızı Haqverdiyeva 1982-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Bakıdakı 182 saylı məktəb-liseydə alıb. Hələ məktəb illərindən şeir və kiçikhəcmli hekayələr ilə uşaqlarla bağlı dərgilərdə dərc olunub. Daha sonra dövrü mətbuatda poeziya nümunələri ilə çıxış edib. "Ədəbiyyat və İncəsənət", "Ədalət" və başqa qəzetlərdə şerləri çap olunub.2003-cü ildə yazıçı-publisist Akif Şahverdiyevin redaktorluğu ilə "Gözüm qaldı gözündə" şerlər kitabı çap olunub. Bir çox qəzetlərlə əməkdaşlıq edib.2006-cı ildə Azərbaycan Dövlət Televiziyasında əmək fəaliyyətinə başlayıb. 2008-ci ildə "Lider" televiziyasında çalışıb. Sonra fəaliyyət istiqamətini dəyişərək 2009–2010-cu illərdə müxtəlif xeyriyyə təşkilatlarında təşkilatçılıq edib, bir sıra mədəni-kütləvi aksiyaların reallaşmasına dəstək verib.
Səidə Arifova
Səidə Arif qızı Arifova (13 fevral 1916, Bağçasaray, Tavriya quberniyası[d] – 9 avqust 2007, Simferopol) – İkinci Dünya müharibəsi zamanı yəhudi uşaqları xilas etməsinə görə tanınan Krım tatarı. Arifovanın yəhudiləri xilas etməsinə dair sənədli sübutlar təqdim olunmayıb. Səidə Arifova 13 fevral 1916-cı ildə Bağçasarayda doğulmuşdur. İkinci Dünya müharibəsi illərində Bağçasarayda yerləşən bir bağçanın rəhbəri olmuşdur. O, bir neçə yəhudi ailənin etnik mənsubiyyəti haqqında yalan məlumat vermiş və onları nasistlər tərəfindən öldürülməkdən xilas etmişdir. Sevastapoldan deportasiya edilmiş Saliyev ailəsinin iki oğlunun yəhudi kimi öldürülməsinin qarşısını almışdır. O, iki qonşusunun yəhudi yox, kəraim olması barədə yalançı şahidlik etmişdir. O, bir çox Krım yəhudisinin qaçmasına kömək etmiş, onlar üçün saxta sənədlər və tibbi sertifikatlar hazırlamışdır. 1943-cü ilin sentyabrında Kerçdəki nasistlərə qarşı partizan müqaviməti məğlub olmuş və nasistlər onların uşaqlarını əsir götürmüşdürlər. Əsasən yəhudilərin çoxluq təşkil etdiyi bu uşaqlar nasistlər tərəfindən Kerçdə yerləşən bir yetimxanaya yerləşdirilmiş və döyüşlərdə canlı qalxan kimi istifadə edilmələri nəzərdə tutulmuşdu.
Həcdə izdiham faciəsi (1990)
Həccdə izdiham — 2 iyul 1990-cı ildə Səudiyyə Ərəbistanında, Məkkədə, Minada tuneldə yaranan izdiham faciəsi. Hadisə zamanı 1426 zəvvar həlak olmuşdur. == Haqqında == Hadisə Məkkədən Mina və Ərəfata doğru gedən 550 metr uzunluğunda, 11 metr enində olan piyada tunelində olmuşdur. 1000 nəfərlik tunelə 5000 nəfər daxil olmuş, yaranan qarışıqlıqda havasızlıqdan və digər səbəblərdən zəvvarlar həyatlarını itirmişlər. Digər belə faciələrin arasında ikinci ən ölümcül olanı 2015-ci ildəki Həcc izdihamı faciəsidir.
Həcdə izdiham faciəsi (2015)
Həccdə izdiham — 24 sentyabr 2015-ci ildə Səudiyyə Ərəbistanında, Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham. Nəticədə 2431 zəvvar həlak olmuş, 437 nəfər isə yaralanmışdır. == Haqqında == 2015-ci ildə həcc ziyarətində 2 milyon zəvvar iştirak etmişdir.
Şəddə
Şəddə – xovsuz xalçalar qrupuna aid olan xalça. Toxuma texnkiası baxımından şəddə zolaqlı palaz ilə oxşardır. Burada da zolaqlı palazda olduğu kimi əriş düzümü hər dəfə müəyyən saydan sonra fasiləsiz tərzdə təkrarlanan müxtəlif rəngli iplərdən təşkil olunmuşdur. Şəddələr çox zaman şahmatsayağı iri kvadratlara malik bəzəklərdən ibarət olurdu. Bu təqdirdə onun həm ərişi, həm də arğacı rəngli iplərdən təşkil edilirdi. Eyni rəngə malik əriş və arğac iplərini artırıb çoxaltmaqla toxucu həmin kvadratların ölçülərinin dəyişdirilməsinə nail olmağa imkan yaradırdı. Şəddələr üzərində ən çox yayılmış naxış növü və ya kompozisiyası ritmik üfüqi zolaqlar təşkil edən dəvə karvanı təsviri idi. Şəddə müxtəlif növə, müvafiq olaraq bir neçə emal üsuluna malikdir. Şəddənin üç növü var: Birrəngli Birrəngli şəddə sadə naxış toxuma üsulu ilə hazırlanır. Damalı Dama rəsmli şəddə palaz və cecim prinsipi ilə hazırlanır.
Sedə
Sedə-İranın Fars ostanının İqlid şəhristanının Sedə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,572 nəfər və 1,497 ailədən ibarət idi. Əhalisini Qaşqay Türkləri, Bəxtiyarilər və Farslar təşkil edir.
Cinsi seçmə
Cinsi seçmə — təbii seçmənin formalarından olub, Çarlz Darvinin Növlərin mənşəyi kitabında izahını verdiyi anlayışdır. Darvinə görə cinsi seçmə; Darvin cinsi seçməni tovuzquşu, cənnət quşları və dişi maralların buynuzları və şirlərin yalları kimi nümunələr üzərində izah etmişdir. == Cinsi seçmənin kəşfi == Darvin yaratdığı təlim üçün çox sayda növdən məlumat toplasa da, dövrün elmi şərtləri daxilində bu məlumatların hamısını izah edə bilməmişdir. Məsələn, qanunun tarixi müddətini təsdiqləyəcək olan bir çox fosil o vaxtlar hələ tapılmamışdı və göz ilə beyin kimi bəzi orqanlar o dövr üçün təkamüllə meydana gələ bilməyəcək qədər mürəkkəb görünürdü. Üstəlik fərdi xüsusiyyətlərin övladlara necə ötürüldüyü mövzusunda da hər hansı bir məlumat yox idi. Bu səbəbdən Darvinin açıqlamaqda çətinlik çəkdiyi bir çox mövzu olmuşdur. Buna baxmayaraq, əlində təkamül dəyişikliklərini sübut edən o qədər məlumat var idi ki, inkişaf etdirdiyi təlimin səhv olması ona qeyri-mümkün görünürdü. Darvindən sonra gələn elm adamları, Darvinin mərd və dürüstcə Növlərin mənşəyinə əlavə etdiyi "Nəzəriyyənin Çətinlikləri" qismindəki anlaya bilmədiyi nöqtələri tək-tək və istisnasız olaraq açıqladılar və əskik tapdığı boşluqları doldurmağı bacardılar. Darvin doğulan balaların yalnız həyatda qalmaq mövzusunda müvəffəqiyyətli olmaları hər hansı bir məna ifadə etmədiyini anlamışdır. Çünki nəticə etibarilə hər fərd bir yerdən sonra ölmək məcburiyyətindədir və ölənə kimi nə qədər müvəffəqiyyətli olsa da, özündəki müvəffəqiyyətli genləri ölümsüz etmədiyi müddətdə müvəffəqiyyətinin təkamül baxımından hər hansı bir dəyəri yoxdur.
Süni seçmə
Süni seçmə və ya seleksiya(lat. seligere — seçmək) — xüsusilə bəzi canlılar tərəfindən digər canlılar üzərində şüurlu olaraq tətbiq olunan seçməyə deyilir. Süni seçmə bir canlının, bir digər canlının törəməsini və həyatda qalmasını (canlılığın iki təməl zərurilikləri) öz istəkləri daxilində məhdudlaşdıraraq və ya istiqamətləndirərək, müəyyən funksiyaların nəsillər ərzində seleksiyası nəticəsində, seçən növ tərəfindən ən "istənilən" fərdlərin əldə edilməsini hədəfləyir. Bunun ən sadə və ən fundamental nümunəsi insanın öz məqsədləri istiqamətində digər növləri əhilləşdirib dəyişdirərək yeni növlər əldə etməsidir. Təbii seçmə təbiətdəki müxtəliflik daxilində mühitə adaptasiya olmaq baxımından ən üstün fərdlərin seçilib artaraq özlərindəki bu üstün genləri balalarına köçürməsi deməkdir. Bu, süni yollarla, seçici faktor təbiət şərtləri olmadan, bir növün tam istəkləri və ya məqsədlərinə uyğun olaraq da edilə bilər. Bu üsulla növlərin dəyişilməsinə səbəb olan təbiət qanununa Süni seçmə deyilir. Süni seçmə əvvəlcə müəyyən bir xüsusiyyətin bir canlı qrupunda istənilməsi ilə başlayır. Təbii ki, arzulanan bu özəlliyin ən azından ilkin bəzi xüsusiyyətlərinin populyasiyanın "genetik hovuzu"'' içərisində meydana gəlməsi gözlənilir. Bir inəyi uçma funksiyası qazanma üçün seçməyə tabe tutsaz, demək hədəf uçma məqsədli bir Süni seçmədir.
Təbii seçmə
Təbii seçmə — fenotiptəki fərqliliklərlə əlaqədar yaşadığı mühitə daha uyğun olan canlıların həyatda qala bilməsi, oxşar şəkildə uyğun olmayanların məğlub olaraq yox olması deməkdir. Bioloji təkamülün əsas mexanizmlərindən biridir.[mənbə göstərin] Seleksiyanın nəzəri bazası "genetika" hesab olunur. Geniş mənada, seleksiya kompleks elmdir. O, elm kimi Ç. Darvinin işlərindən sonra formalaşmışdır. Ç. Darvin heyvanların əhilləşdirilməsi və bitkilərin mədəniləşdirilməsi haqqında geniş materialı analiz edərək, süni seçmə haqda təlimini formalaşdırılmışdır. Seleksiya təkamül forması olub, ümumi qanunauyğunluqlara tabedir. Bir proses kimi burada təbii seçmə insan tərəfindən həyata keçirilən süni seçmə ilə əvəz olunur. Seleksiya prosesinin son nəticəsi olaraq sort, cins yaranır. Bitki sortu, heyvan cinsi və mikroorqanizm ştammları insan tərəfindən süni surətdə yaradılan, müəyyən keyfiyyətlərə malik olan, oxşar irsi xüsusiyyətlər daşıyan və mühit şəraitinə birtipli reaksiya verən orqanizmlərin cəmidir. Xarici mühitin təsirinə müəyyən reaksiya göstərmək hər bir cins və ya sort üçün xarakterikdir.
Sedə Lencan
Sidə Lincan — İranın İsfahan ostanının Lincan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,335 nəfər və 4,167 ailədən ibarət idi.
Dəclə
Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
Pərdə
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi. Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır.
Rəndə
Rəndə — taxtanın qatlarını siyirərək yonmaq üçün nəzərdə tutulmuş əl aləti. Rəndədən, taxta məmulatlarının üzərinin düzlənmə, ensizləmə, yumrulama və ümumiyətlə lazımı formaya salmaq və onlara lazımı hamarlıq vermək üçün yararlanırlar. Əl və mexaniki rəndələr olur.
Səcah
Səcah binti əl-Haris (ərəb. سجاح بنت الحارث‎) — İslama görə, o, 7-ci əsrdə İslamı qəbul edən bəzi ərəbləri yeni dindən uzaqlaşmağa təşviq edən yalançı peyğəmbər idi. Səcah Taqlibitlər arasında böyüyür və buna görə də xristianlığa yaxşı bələd idi. Məhəmməd peyğəmbərin dövründə Səcah “buludların ağası” adlandırdığı Tanrı adından trans halında danışdığını iddia edirdi. O, xüsusi bir yüksəklikdən (minbər) “vəhylər” söyləyirdi. Üstəlik bir müəzzini vardı ki, oda: “Şəhadət verirəm ki, Səcah Allahın peyğəmbəridir” deyə bağırırdı. Onun “açıqlamaları” qafiyəli nəsr şəklini alırdı. Səcah bir qrup tərəfdarı ilə birlikdə İraqdan doğma Bənu Təmim qəbiləsinin ərazisinə köçür. 633-cü ildə ordusunun başında Səcah o vaxt başqa bir yalançı peyğəmbər Müseylimənin fəaliyyət göstərdiyi Yəmamaya hücum edir. Yəmamaya getdikdən sonra Səcah İraqa qayıdır və orada daha sonra tövbə edərək İslamı qəbul edir.
Səhnə
Səhnə — İranın Kirmanşah ostanının şəhərlərindən və Səhnə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,133 nəfər və 8,861 ailədən ibarət idi.
Səida
Səida (ərəb. سعيدة‎)‎ — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Şəhər vilayətin şimal-qərb hissəsində, Atlas dağlarının yüksəkliklərində, dəniz səviyyəsindən 868 metr yüksəklikdə yerləşir. Səida ölkənin paytaxtı Əlcəzairdən təxminən 335 kilometr cənub-qərbdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 128,413 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Şəhərdən 3 kilometr şimalda eyni adlı kiçik bir hava limanı yerləşir. Digər şəhər mərkəzləri ilə dəmir yolu və avtomobil yolu ilə də bağlıdır. Səidə əhəmiyyətli regional kənd təsərrüfatı mərkəzidir. Şəhərin yaxınlığında buğda, zeytun, üzüm və esparto becərilir. Heyvandarlıq inkişaf etdirilmişdir.
Səndəl
Səndəl (lat. Santalum) — səndəlçiçəklilər sırasının səndəlkimilər fəsiləsinə aid bitki cinsi. 20-yə yaxın növü var. Ən tanınmış növü ağ səndəldir.
Sənəd
Sənəd (lat. documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı. Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır. Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar: Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. formada olurlar. Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar. Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar. Yaradıldığı zamana görə Hazırlanma üsuluna görə Hazırlanma məkanına görə Mövzuya görə Təqdimatına görə Yayımına görə İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur. İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır.
Səadət
Səadət — qadın adı. Səadət Əliyeva — Azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin rektoru. Səadət Təhmirazqızı — sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Yusifova — hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.
Sədrə
Sədrə — zərdüştilərin kuşti ilə birlikdə geyindiyi alt paltar üçün Avesta termini. Bir parça nazik pambıq parçadan hazırlanır. Sədrə geniş yaxalıqlı və minimal qolludur. Ümumilikdə 9 tikiş var, onların sayı simvolik məna daşıyır. Zərdüştilər belindəki sədrənin üstündə öz dinlərinə mənsubluğun əsas simvolu olan kuştini bağlayırlar. "Sədrə" adının dəqiq etimologiyası yoxdur. Anketil-Düperron sözün köklərini "Avesta"dan çıxarmışdır. Ona görə, bu söz "faydalı geyim" kimi tərcümə edilən "stəhrpaesah" epitetindən törəmişdir.
777 №-li sexdə (film, 1979)
UEFA Avro 2004 (seçmə mərhələsi)
UEFA Avro 2004-ün seçmə mərhələsinin oyunları 7 sentyabr 2002-ci il və 11 oktyabr 2003-cü il tarixləri arasında keçirilmişdir. Seçmə mərhələsində on qrupa bölünmüş (hər birində beş komanda) 50 milli yığma komanda mübarizə aparmışdır. Qrup qalibləri turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmışlar. Qruplarında ikinci yeri tutan on komanda beş cütə bölünərək öz aralarında pley-off oyunlar oynamışlar və oyunların qalibləri yollarına davam etmişdir. On altı finalçıdan onu UEFA Avro 2000-in də final turnirində iştirak etmişdir. Latviya ilk dəfə idi ki, böyük bir futbol yarışının final turnirinə qatılırdı. Yunanıstan 24 illik aradan sonra Avropa çempionatının final turnirində iştirak etmək hüququ qazanmışdı. Bolqarıstan, Xorvatiya, Rusiya və İsveçrə də 1996-cı ildəki debütlərindən sonra ikinci dəfə idi ki, çempionatın final turnirinə vəsiqə qazanmışdılar. Püşkatma 25 yanvar 2002-ci ildə Portuqaliyanın Santa Mariya de Feyra şəhərində keçirilmişdir. Portuqaliya avtomatik olaraq turnirin ev sahibi kimi avtomatik olaraq final mərhələsinə vəsiqə qazandığı üçün puşkatmada iştirak etməmişdir.
Lendə
Lendə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Lendə bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,540 nəfər və 1,991 ailədən ibarət idi.
Leççe
Leççe, cənubi İtaliyanın Apuliya bölgəsində yerləşən və öz adını daşıyan Leççe rayonunun mərkəzi olan bir şəhərdir. Leççe, barokko stili memarlıq əsərlər baxımından olduqca zəngindir. Barokko stili memarlığın qızıl dövründə inşa edilən, günümüzdə iz buraxan memarlıq abidələri nümunələrini Leççedə görmək mümkündür. == Coğrafi mövqeyi == Leççe şəhəri ümumiyyətlə düzlük bir ərazi olan "Salento Ovası" nın orta-şimalında yerləşir. Selanto düzənliyi çox geniş bir düzlüktür və şimalında "Mürği platosu" və cənubunda "Salento Serre" platosu yerləşir. == Tarixi == Tarixi mifologiyaya görə Leççe şəhəri Troya müharibəsi dövründə "Mesapii" adlı bir İtalyan tayfası tərəfindən məskunlaşılan Sybar adlı bir şəhər idi. Sonra; İapyqes adlı digər bir İtalyan qövmünün əlinə keçdi, İ.Ö. 3. əsrdə antik Roma Respublikasının əlinə keçdi və şəhərə Romalılar tərəfindən Lupiae adı verildi. == Görməli yerlər == Qədim Roma Amfi Teatrı: İ.S.II əsrdə inşa olunub. Təxminən 25 min nəfər tutumu var idi.
Mende
Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir. O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir. Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir. Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.