Dəymədağlı (Oğuz): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 57: Sətir 57:


{{Oğuz rayonunun yaşayış məntəqələri}}
{{Oğuz rayonunun yaşayış məntəqələri}}
{{Oğuz rayonu-qaralama}}
{{kənd-qaralama}}


[[Kateqoriya:Oğuz rayonunun kəndləri]]
[[Kateqoriya:Oğuz rayonunun kəndləri]]

16:01, 26 sentyabr 2017 tarixindəki versiya

Dəymədağlı
40°58′25″ şm. e. 47°38′16″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Oğuz
Tarixi və coğrafiyası
Saat qurşağı
Dəymədağlı xəritədə

DəymədağlıAzərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 25 km cənub-şərqdə, Sincan kəndinin şərqində yerləşir. Sincan kənd inzibati Ərazi Dairəsinə daxildir.

Etimologiyası

Mənbələrdə kəndin adının Qarabağın elat tayfalarından biri olan Kolanı tayfasının Dəymədağlı qolunun bu ərazidə məskunlaşması nəticəsində yarandığı qeyd olunmuşdur. Tayfa oz adını Zəngəzurdakı Dəymədağlı kəndinin adından götürmüşdür. [1] Kəndin yaşlı sakinləri əcdadlarının Qarabağ mənşəli olduqlarını, bu əraziyə Nadir şahın Qarabağın elat tayfalarına qarşı cəza tədbirlərindən qaçdıqları zaman gəldiklərini bildirirlər.

Digər bir ehtimala görə kəndin keçmiş adı Dəymədağlı Molla Vəli olmuşdur. Yaşayış məntəqəsi Mollalı (əsl adı Mollavəli) kəndindən çıxmış dəymədağlı tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Mənbələrdə bu etnonimin dəmyədağlı variantına da təsadüf olunur. Dəmyə (əkilməmiş, xam, yüksək məhsuldarlıqlı) və dağlıq (dağlıq ərazidə yaşayan) komponentlərdən ibarət olan bu etnonim "xam torpaqlı dağlıq ərazidə yaşayanlar" mənasındadır. Tədqiqatçılar bu sözü dəymə (dağ ətəyində mal-qaranın saxlandığı yer) və "dağ" komponentlərinin birləşməsi kimi qəbul edirlər.[2]

Dəymədağlı toponiminin maldarlıqla əlaqədar yarandığı da güman edilir. Türk dillərində “dəymə” (daima) - “heyvanın saxlanılması üçün yer” mənasındadır. “Dəymədağ” (lı)- “ətəyində heyvan saxlanılan yer (dəymə) olan dağ” deməkdir [3].

Əhalinin məşğuliyyəti

Kəndin əhalisi (308 nəfər) heyvandarlıq, əkinçilik, bağçılıqtərəvəzçiliklə məşğul olur.

Oğuz–Mollalı, Şəki-Qəbələ avtobus marşrutları kəndin yaxınlığından keçir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. B.Ə.Budaqov, Q,Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərinin izahlı lüğəti. Bakı-1998, səh.231.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Nadir Məmmədov, ”Azərbaycanın yer adları”, Bakı, 1993, səh.93