Dəymədağlı (Oğuz)

Vikipediya saytından
Rəşid Nurməmmədov (müzakirə | töhfələr) (→‎Etimologiyası) tərəfindən edilmiş 04:01, 27 avqust 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Dəymədağlı
40°58′25″ şm. e. 47°38′16″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Oğuz
Tarixi və coğrafiyası
Saat qurşağı
Dəymədağlı xəritədə

DəymədağlıAzərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 25 km cənub-şərqdə, Sincan kəndinin şərqində yerləşir. Sincan kənd inzibati Ərazi Dairəsinə daxildir.

Etimologiyası

Dəymədağlı toponiminin maldarlıqla əlaqədar yarandığı güman edilir. Türk dillərində “dəymə” (daima) - “heyvanın saxlanılması üçün yer” mənasındadır. “Dəymədağ” (lı)- “ətəyində heyvan saxlanılan yer (dəymə) olan dağ” deməkdir [1].

Keçmiş adı Dəymədağlı Molla Vəli olmuşdur. Yaşayış məntəqəsi Mollalı (əsl adı Mollavəli) kəndindən çıxmış dəymədağlı tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Mənbələrdə bu etnonimin dəmyədağlı variantına da təsadüf olunur. Dəmyə (əkilməmiş, xam, yüksək məhsuldarlıqlı) və dağlıq (dağlıq ərazidə yaşayan) komponentlərdən ibarət olan bu etnonim "xam torpaqlı dağlıq ərazidə yaşayanlar" mənasındadır. Tədqiqatçılar bu sözü dəymə (dağ ətəyində mal-qaranın saxlandığı yer) və "dağ" komponentlərinin birləşməsi kimi qəbul edirlər.[2]

Əhalinin məşğuliyyəti

Kəndin əhalisi (308 nəfər) heyvandarlıq, əkinçilik, bağçılıqtərəvəzçiliklə məşğul olur.

KOğuz–Mollalı, Şəki-Qəbələ avtobus marşrutları kəndin yaxınlığından keçir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Nadir Məmmədov, ”Azərbaycanın yer adları”, Bakı, 1993, səh.93
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427