InternetArchiveBot(müzakirə | töhfələr)(Rescuing 8 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.2) tərəfindən edilmiş 23:07, 1 oktyabr 2022 tarixli redaktə
Okeanida və ya Okeanidalar (yun.Ὠκεανίδες, cəmdə Ὠκεανίς) — yunan mifologiyasında Okean və Tefidanın qızları
Hesiod "Teoqoniyasında" okeanidaların 3000 sayı göstərilsə də onlardan yalnız 41-nin adı çəkilir[1]. Okeanidalar haqqında digər mənbə "Homer nəğmələri" sayılır[2]. Okeanidalar haqqında bəzi məlumatlara Orfizm inancında[3], naməlum müəllif Psevdo-Apollodor tərəfindən yazılmış "Mifik kitabxana" adlandırılan üç cildlik qəhrəmanlıq dastanları toplusunda[4], Higinin[5][6] və Vergiliyin yazılarında da rast gəlinir[7]. Homer özünün "İliada" və "Odisseya" epik poemalarında okeanidaları müxtəlif obraz və personajlarda göstərmişdir[8][9] .
Vergiliy okeanidaları nereidalarla eyniləşdirir. Belə ki, iki nereida okeanida kimi təqdim edilir. Digər müəlliflər ilahələr Nemesis və Tixanı okeanidalar kimi göstərirlər.