Azərbaycan Sosial Rifah Partiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Azərbaycan Sosial Rifah Partiyası
Loqonun şəkli
Sədri Əsli Kazımova
Qurucu Xanhüseyn Kazımlı
Quruluş tarixi 4 avqust 1995
Qeydiyyat tarixi 4 avqust 1995
Dağılma tarixi 23 mart 2023
Baş qərargah Təbriz 92, Nərimanov ray.

Azərbaycan Sosial Rifah Partiyası və ya qısaca ASRPXanhüseyn Kazımlı tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınmış, 23 mart 2023-cü il tarixində fəaliyyətini dayandırmış siyasi partiya. ASRP 2000–2020-ci illərdə Milli Məclisdə təmsil olunub. ASRP sədri 1995–2020-ci illərdə Xanhüseyn Kazımlı, 2020-2023-cü illərdə isə onun qızı Əsli Kazımova olmuşdur.

Tarixi

1994-cü ildən İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi olan Xanhüseyn Kazımlı qurucusu olduğu Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.

Yeni qurulan Azərbaycan Sosial Rifah Partiyası üç il sonra, 1998-ci ildə baş tutan Prezident seçimlərində mübarizə apardı.[mənbə göstərin] ASRP sədri Xanhüseyn Kazımlı, 8 254 səslə, yəni 0,30 %-lə altı namizəd sırasında sonuncu, 6-cı pillədə qərarlaşdı.

Azərbaycan Sosial Rifah Partiyası 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə apardı.[mənbə göstərin] 58 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, qalib gəldi və Milli Məclisin deputatı seçildi.

Azərbaycan Sosial Rifah Partiyası 5 il sonra, 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində də mübarizə apardı.[mənbə göstərin] 66 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, növbəti dəfə qalib gəldi və Milli Məclisin deputatı seçildi.

ASRP sədri Xanhüseyn Kazımlı növbəti illərdə də, 2010-cu il noyabrın 7-da baş tutan2015-ci il noyabrın 1-də baş tutan Parlament seçimlərində də qalib gəldi və 20 il Milli Məclisin deputatı oldu.

2020-ci il iyulun 15-də Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu. COVID-19 pandemiyasına görə online formada baş tutan qurultayda ASRP sədri, sədr müavinləri, Nəzarət və Təftiş Komissiyasının üzvləri seçildi. ASRP sədrinin qızı, ASRP sədrinin birinci müavini Əsli Kazımova, Azərbaycan Sosial Rifah Partiyasının 2-ci sədri seçildi.[mənbə göstərin]

Azərbaycan Sosial Rifah Partiyası 23 mart 2023-cü il tarixində bəyanət yayaraq partiyanın özünü buraxdığını elan etmişdir.[1]

Sədrləri

Sıra Foto Sədr Səlahiyyət müddəti
Başlama tarixi Bitmə tarixi
1.
Xanhüseyn Kazımlı
4 avqust 1995
14 iyul 2020
2.
Əsli Kazımova
14 iyul 2020
23 mart 2023

Nəticələri

Parlament

Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995

Xanhüseyn Kazımlı
0 / 100
0 / 125
2000
1 / 100
1 / 125
2005
1 / 125
1 / 125
2010 18.074 0.76
1 / 125
1 / 125
2015 22 004 0.77
1 / 125
1 / 125
2020
0 / 125
0 / 125

Ara seçkilər

Seçki Sədr Nəticə
Səs % Mandat
may 1999

Xanhüseyn Kazımlı
36 935 91.03
1 / 1

Bələdiyyə

Azərbaycan Sosial Rifah Partiyası yarandığı tarixdən etibarən bütün bələdiyyə seçkilərində iştirak etmişdir. 2019-2023-cü illərdə bir neçə bələdiyyədə üzvləri olmuşdur. Həmçinin Yevlax bələdiyyəsiBalaxanı bələdiyyəsinin sədrləri Azərbaycan Sosial Rifah Partiyasının üzvləri olmuşdur.

Seçki Sədr Səs Yer
# % ±
1999 Xanhüseyn Kazımlı
2004
2009[2]
133 / 15.591
2014
2019

Ara bələdiyyə seçkiləri

Seçki Sədr Səs Bələdiyyə üzvü
# %
2006[3] Xanhüseyn Kazımlı
9 / 1.901
2011

Qərargah

Azərbaycan Sosial Rifah Partiyasının qərargahı Nərimanov rayonunda Təbriz Küç. 92 ünvanında yerləşirdi.

İstinadlar

  1. "Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  2. "Siyahıya YAP liderlik edir". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  3. "Bələdiyyə üzvlüyünə 20 siyasi partiyanın təmsilçiləri və 692 nəfər bitərəf seçilib". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.