Dağ Arıxlı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şəhər
Dağ Arıxlı
დაგარახლო
41°22′58″ şm. e. 44°09′34″ ş. u.
Ölkə
Mxare Aşağı Kartli
Rayon Başkeçid
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.460 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 447 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1710[2]
Xəritəni göstər/gizlə
Dağ Arıxlı xəritədə
Dağ Arıxlı
Dağ Arıxlı

Dağ Arıxlı (gürc. სოფელი დაგარახლო) — Gürcüstan Respublikasının Kvemo-Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir.[3]

Coğrafiyası

Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 12 km şimal-qərbdə, Lükün-Şindi dağının qərb ətəklərində yerləşir.[4]

Tarixi

"Dağ Arıxlı" toponiminin Qıpçaq mənşəli Arıq tayfasının adından yarandığı ehtimal edilir.[4] Tarixi qaynaqlarda kəndin adına "Məryəmli" şəklində də rast gəlinir.[4]

Əhalisi

Kənddə 1886-cı ildə 18 ailədə 137 nəfər, 1926-cı ildə 41 ailədə 290 nəfər azərbaycanlı yaşayırdı.[4]

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 711 nəfər (354 nəfəri kişilər, 357 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.[5][6]

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 762 nəfər əhali yaşayır.[3]

Təhsil

Kənddə ilk dünyəvi məktəb 1926-cı ildə yaradılıb.[4] Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.[4] Və məktəbdə 97 şagird təhsil almaqdadır.[4]

İstinadlar

  1. http://census.ge/en/home.
  2. http://www.gpost.ge.
  3. 1 2 დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
  4. 1 2 3 4 5 6 7 Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 30 Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
  5. National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine
  6. The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005