Dəllər (Başkeçid)

Bu məqalə Başkeçid rayonunda yerləşən Dəllər kəndi haqqındadır. Digər mənalar üçün Dəllər səhifəsinə baxın.

DəllərGürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Oruzman kənd inzibati-ərazi dairəsinə daxildir.[3]

Dəllər kəndi
gürc. სოფელი დალარი (sopeli dalari)
დალარი
41°19′26″ şm. e. 44°14′04″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Rayon [[Başkeçid]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.160 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 178 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1700[2]
Xəritəni göstər/gizlə
Dəllər kəndi gürc. სოფელი დალარი (sopeli dalari) xəritədə
Dəllər kəndi gürc. სოფელი დალარი (sopeli dalari)
Dəllər kəndi
gürc. სოფელი დალარი (sopeli dalari)

Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 4 km cənub-qərbdə, Maşaver çayının sağ sahilində yerləşir.[4]

Dəllər də türkmənşəli tayfalardan olub, qazaxlarda, başqırdlarda, noqaylarda, qaraqalpaqlarda Tele/Tələ tayfasının adını əks etdirir.[4]

Kənddə 1926-cı ildə 31 ailədə 253 nəfər azərbaycanlı yaşayırdı.[4]

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 313 nəfər (162 nəfəri kişilər, 151 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.[5][6]

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 402 nəfər əhali yaşayır.[3]

Tanınmışları

[redaktə | mənbəni redaktə et]
  • Ramiz Almazov (d. 11 aprel 1960) — Rusiya Daxili xidmət general-leytenantı.

Kənddə ilk dünyəvi məktəb 1923-cü ildə yaradılıb.[4] Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.[4] Və məktəbdə 15 şagird təhsil almaqdadır.[4]

  1. http://census.ge/en/home.
  2. http://www.gpost.ge.
  3. 1 2 დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
  4. 1 2 3 4 5 6 Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 31 Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
  5. National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine
  6. The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005