Söyüdlü (Başkeçid)

Bu məqalə Başkeçid rayonunda yerləşən Söyüdlü kəndi haqqındadır. Digər mənalar üçün Söyüdlü səhifəsinə baxın.

SöyüdlüGürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.

Söyüdlü
სოღუთლო
41°22′08″ şm. e. 44°03′37″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.590 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 25 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1709[2]
Xəritəni göstər/gizlə
Söyüdlü xəritədə
Söyüdlü
Söyüdlü

Fiziki-coğrafi oçerk

[redaktə | mənbəni redaktə et]

Söyüdlü kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1600-1630 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Məmişlər, GödəkdağQəmərli kəndləri ilə qonşudur. YırğançayMəmişlər kimi Söyüdlü də bölgənin ən hündür dağ kəndlərindən biridir. Kəndə yüksək alp çəmənliklərinə xas olan sərt iqlim şəraiti səciyyəvidir.

2002-ci ildə Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Söyüdlü kəndində hamısı etnik azərbaycanlılardan ibarət olmaqla 27 nəfər sakin yaşayır. Sakinlərin 13 nəfəri kişilər, 14 nəfəri isə qadınlardır.

Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Yüksək dağ kəndi olan Söyüdlü mühüm heyvandarlıq zonasıdır. Ətlik-südlük maldarlıq, ətlik-yunluq qoyunçuluq və gecyetişən kartofçuluq inkişaf etmişdir.

  1. http://census.ge/en/home.
  2. http://www.gpost.ge.