Armudlu (gürc. პანტიანი) — Gürcüstan Respublikasının Aşağı Kartli bölgəsinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Armudlu | |
---|---|
პანტიანი | |
41°18′22″ şm. e. 44°08′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.410 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1713[2] |
Kənd adını ətrafındakı kol armudu ağaclarının çoxluğuna görə almışdır. Armudlu kəndi Dmanisidən 7 km məsafədə, Maşavera çayı ətrafında yerləşir. Kəndin ətrafı həmişəyaşıl iynəyarpaqlı meşə ilə örtülmüşdür.
Armudlu kəndi içməli suyu ilə də məşhurdur. Dmanisi ərazisində ən dadlı su mənbəsini məhz Armudlu kəndindən götürür. Armudlu kəndində "Cacıqlı" adlanan ərazidə şəlalələrdən süzülən su xüsusi kanallarla Armudlu kəndinə və oradan da başqa kəndlərə ötürülür. Başqa su mənbələrinə də "Göy Bulaq", "Qırmızı Bulaq" və s. nümunələri göstərmək olar.
Armudlu kəndində Maşavera çayından Su Elektrik Stansiyası (SES) (rus. ГЭС) kimi də istifadə olunur. Burada xüsusi kanallarla yüksəkdən tökülən su böyük generator pərlərini fırladaraq elektrik əmələ gətirir. Yaranan elektrik Dmanisi bələdiyyəsinə və başqa kəndlərə paylanılır.
Armudlu kəndi ən çox da Qızıl Balığı ilə məşhurdur. Kəndin içindən keçən Maşavera çayında bol olan bu balığın kilosu 70–80 lari arasında dəyişir.
Kənd əhalisinin sayı 410 nəfərdir. Onlar əsasən milliyətcə azərbaycanlı olan Qarapapaq türkləridir.
Əhalinin əsas gəliri əkinçilik və maldarlıqdandır.
Kənd ərazisindəki gölünə görə də tanınmaqdadır. Armudlu gölü ətrafında hər il iyul ayının 26-sı "Elat Mədəniyyəti Günü" keçirilir.
Elat Mədəniyyəti Günü tədbirinin keçirilməsində əsas məqsəd soydaşların doğma yurda bağlılığını daha da möhkəmləndirmək, azərbaycanlılarla gürcülər arasındakı etimad mühitinə öz töhfələrini verməkdir.