Salamməlik kəndi — Gürcüstan Respublikasının Dmanisi rayonunda kənd.
Salamməlik | |
---|---|
პირველი სალამალექი | |
41°27′07″ şm. e. 44°02′35″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.450 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1709[2] |
Cavaxet dağ silsiləsinin gündoğarında, Başkeçid (Dmanisi) rayon mərkəzindən 28 km şimal-qərbdə, Palıdli dağının gündoğarında, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir.
Salamməlik kəndinin bünövrəsinin qoyulma tarixi Uzun Həsənin hakimiyyəti dövrünə düşür.
Çin — Azərbaycandan — Borçalıya, oradan Avropaya, Türkyəyə və Russyaya uzanan karvan yolu (İpək yolu) üstündə bina olunmuşdur. Toponimik izaha görə hərəkət edən karvan qatarlarının bir bulaq başında görüşüb salamlaşdıqları və nahar etdikləri yer kimi izah olunur. Əldə olan xəritədə (1700, 1860,1868-ci illərdə çəkilmiş xəritədə) Salamməlık-Sapuklu kimi göstərilmişdir. Həmin bulaq "Babamın bulağı" adlanır və hal-hazırda da istifadə edilir.
Kəndin içərisində eramızdan əvvəl lV-V- əsrə aid qədimi Alban kilsəsinin qalığı, torpaq qatının altından köhnə qəbirlər, qədimi təndir yerı, təndirin icindən təndir əyişi tapılmışdır. Kənddən 2-km qərbdə Karvansara dağının ətəyində Xll — əsrə aid olan karvansarayın qalıqları, şərqdə isə 100–120 kv m.və 200–250 m² ölçüdə daş kurqanlar (çınqıllıqlar) aşkar olunmuşdur. Qıbcaq tayfalarının əzəli yaşayış yeri olmuşdur. Kəndin şımalından Palıdlı və cənub qənşərindən isə Nədrə çayları axır.
XVll — Yüzilin birinci yarısına aid Gürcü qaynaqlarına –"Dəstərül-əməl"ə (qanunnaməyə), 1701–1711 illəri Qaplanlının əhalisayımına, divanbəyinin hesabatına, Vaxuştinin əsərinə əsasən, Salamməlik kəndinin adı çəkilir. Uzun illər yaşayış olmadığı üçün yaylaq yeri kimi istifadə edilmişdir.1860-cı illərdə Yaradanqulu ağa o ərazini Gürcü knyazı Nikolay Davidoviç Djanbakruian- Orbelianidən almış və öz adamları ilə bu kənddə məskan salmışdır. Əhalisayımına görə, Salamməlik kəndində 1870-ci ildə 8 ailədə 54 nəfər; 1926-cı ildə 29 ailədə 158 nəfər; 2002-ci ildə 13 ailədə 98 nəfər; 2006-cı ildə 100 nəfər qeydə alınmışdır.
Məktəb 1946–47-ci ildə 4-illik, 1950-ildə 7 — illik, 1956–8-illik və1966 — ildə gecə 10-illikməktəb 1993 — ilə kimi fəaliyyətdə olmuş, hal-hazırda məktəb yoxdur
Yaradanqulu ağa, onun oğulları Ali ağa, Mahmud ağa, həmin nəsildən Söyün ağa, Namazovlardan Məhəmməd, Bəxtiyar kişi və oğullarından İsə Bəxtiyar oğlu, Mirzə Bəxtiyar oğlu, Selimxan Bəxtiyar oğlu Namazov. Qori seminariyasının məzunu İsmayıl Mahmud ağa oğlu, el ağsaqqalları Süleyman kişi, İsa, Omar, Osman, Qədir Mahmud ağa oğlu, Xəlifəqulu Musa oğlu, İsmayılov Şamı Musa oglu, elmlər namizədi Yaradanquliyev Teymurxan Qədir oğlu(1950–1978), veteran müəllimlər Yaradanquliyev İslam, İbrahum Söyün ağa oğulları, əməkdar müəllim Calal İsmayılov, ilk qadin müəlliməsi (1967)Yaradanquliyeva Gülcahan, Hidayət Əhmədov, Mahal Nəbiyev, Cümşüd İsmayılov, hüquq-mühafizəçisi Azad Yaradanquliyev, hərbçi polkovnik Məçıd Bəkir oğlu Yaradanquliyev, ictimaiyətçilər Omarov İbrahimxəlil, Alay İsmayıl oğlu , David İsmayıl oğlu, Rza İsa oğlu, Lətif Qədir oğlu, Bəhram Alay oğlu Yaradanquliyevlər, Orucov Cahangir, Əmrah Osmanov, şair-publisist Sədi Yaradanqulu. 1941–1945-ci il müharibəsində 11-nəfər həlak olmuş və itkin düşmüşdür. 1992-ci il 2-ci kurs tələbəsi Osmanov Firdovsi Əmrah oğlu könüllü olaraq Zəngilan uğrunda vuruşda şəhidlik zirvəsinə ucalmış və Gəncə şəhərində Şəhidlər xiyabanında uyuyur…
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |