Bu məqalə Başkeçid rayonunda yerləşən Qamışlı kəndi haqqındadır. Digər mənalar üçün Qamışlı səhifəsinə baxın. |
Qamışlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir.[3]
Qamışlı kəndi gürc. სოფელი კამიშლო (sopeli kamişlo) | |
---|---|
კამიშლო | |
41°14′56″ şm. e. 44°20′38″ ş. u. | |
Ölkə | Gürcüstan |
Rayon | [[Başkeçid]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.460 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1705[2] |
Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 40 km cənub-şərqdə, Başkeçid yaylasında yerləşir.[4] Kənd Ermənistanla sərhəd xəttinin 2 kilomertliyindədir. Qonşu kəndləri Səfərli, Qora, Lökcandar və Muğanlı kəndləridir.
1536-cı ilə aid məxəzlərdə Borçalı bölgəsində Qamışkənd adlı yaşayış məntəqəsi qeyd olunmuşdur.[4] Toponim qızılbaşların Komuşlu tirəsi ilə əlaqədar ola bilər.[4]
Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 30 ailədə 508 nəfər, 1926-cı ildə 72 ailədə 509 nəfər azərbaycanlı yaşayırdı.[4]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 355 nəfər (177 nəfəri kişilər, 178 nəfəri qadınlar) əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir.[5][6]
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 412 nəfər əhali yaşayır.[3]
Kənddə ilk dünyəvi məktəb 1921-ci ildə yaradılıb.[4] Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.[4]
Qamışlı kəndinin əsas təsərrüfatçılıq sahəsi heyvandarlıqdır. Südlük-ətlik maldarlıq və ətlik qoyunçuluq geniş yayılmışdır. Kənddə sosial-iqtisadi vəziyyətin çətinliyi, infrastrukturun olmaması və coğrafi mövqeyin əlverişsizliyi ilə əlaqədar olaraq yüksək emiqrasiya mövcuddur.