Gəyliyən — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qızılkilsə kənd inzibati-ərazi dairəsinə daxildir.[3]
Gəyliyən kəndi gürc. სოფელი კაკლიანი (sopeli kakliani) | |
---|---|
კაკლიანი | |
41°22′21″ şm. e. 44°17′21″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Rayon | Başkeçid |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.220 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1702[2] |
Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 14 km şərqdə, Başkeçid yaylasında yerləşir.[4]
Kənddə 1870-ci ildə 23 ailədə 154 nəfər, 1926-cı ildə 42 ailədə 305 nəfər azərbaycanlı yaşayırdı.[4]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 640 nəfər (323 nəfəri kişilər, 317 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.[5][6]
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 636 nəfər əhali yaşayır.[3]
Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.[4] Və məktəbdə 61 şagird təhsil almaqdadır.[4]