Lökcandar

Lökcandar, Dağ CandarGürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir.[3]

Lökcandar kəndi
gürc. სოფელი ლოქჯანდარი (sopeli lokcandari)
ლოქჯანდარი
41°15′04″ şm. e. 44°23′22″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Rayon [[Başkeçid]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.450 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 173 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1714[2]
Xəritəni göstər/gizlə
Lökcandar kəndi gürc. სოფელი ლოქჯანდარი (sopeli lokcandari) xəritədə
Lökcandar kəndi gürc. სოფელი ლოქჯანდარი (sopeli lokcandari)
Lökcandar kəndi
gürc. სოფელი ლოქჯანდარი (sopeli lokcandari)

Kənd Lök dağlarının şimal ətəyində, rayon mərkəzi Başkeçid şəhərindən 32 km cənub-şərqdə yerləşir.[4] Lökcandar kəndi Gürcüstanın Ermənistanla sərhədində yerləşir. Dəniz səviyyəsindən 2000 m hündürlükdə olan Lök dağının ətəyində, Bolnisi rayonunun inzibati sərhədi ilə kəsişmədədir. Cənub-şərq tərəfindən Ermənistanla dövlət sərhədi mövcuddur. Dörd tərəfdən meşə ərazisi ilə əhatə olunmuşdur. Ətrafının meşə və dağlıqla əhatə oluması, müəyyən çətinliklər yaradır ki, bu da yolla bağlıdır. Hər iki tərəfdən çayların axması da qış və yay daşqınları zamanı böyük çətinliklər yaradır. Kəndin qərb istiqamətində Qamışlı kəndi yerləşir və bu kəndlə məsafə 4 km olmasına baxmayaraq avtomobil yolu istifadəyə yararsız vəziyyətdədir.Cənub-Qərbdə isə Lök- Candar kəndini ətraf aləmlə birləşdirən, çətin keçilən avtomobil yolu vardır. Bu yol Gürcüstan Respublikasını Ermənistanla birləşdirən Tbilisi-Marneuli -Bolnisi- Ququti( keçmiş Muğanlı) sərhəd keçid məntəqəsi- Ermənistan avtomobil yoluna çıxır. Kənddən bu yola qədər olan məsafə 9-km olmasına baxmayaraq, həmin yolu qət etmək üçün fəsilləedən asılı olaraq 1-1,5 saat vaxt tələb olunur.

Kəndin yazı, payızı bol yağışlı, qışı qarlıdır. Bəzi hallarda Lök dağının başı may ayının əvvəllərinədək qarlı olur. Bulaq və çeşmələrinə isə hər addımbaşı rast gəlmək mümkündür. Flora və faunasına görə zəngindir. Meşələrində palıd, cökə, vələs, fıstıq, qaraağac, zoğal, əzgil, cır alma və armud, fındıq və s. kimi ağaclar var. Giləmeyvə timsalında isə moruq, qarağat, çiyələk, moş və s. kimi dadlı təbiət nümunələri ilə zəngindir. Vəhşi heyvanlar nümunəsində isə canavar, tülkü, çaqqal, dovşan, porsuq, dələ, cüyürü göstərmək olar. Qartal, qaratoyuq, qarğa, bildirçin, hophop və s. kimi vəhşi quş nümunələri mövcuddur.

Borçalının Başkeçid bölümündə Candar kənd adına 1536-cı ilə aid məxəzlərdə rast gəlinmişdir.[4] İlkin olaraq bu əraziyə Çapar Məhəmməd Gödək İsmayıl oğlu öz yaxınları ilə gəlmiş və kəndin indi yerləşdiyi məkandan 4–5 km şimalda yerləşmişlər, sonradan bəzi səbəblərdən həmin yerləri tərk edərək hal-hazırkı yurdu özləri üçün daimi yaşayış məskəni seçmişlər.

Gödəklərin bu ərazilərə gəlib-çıxmaları ilə müşahidə olunan hadisələrin axarında Azərbaycanla sərhəddə yerləşən Candar gölü durur. Belə ki, Gürcüstan ərazisində Candar adı ilə baglı üç məkan var. Adları da belədir: Göl Candar (Qardabani rayonu ərazisində), Aran Candar (Marneuli rayonu ərazisində), Dag Candar-Lök Candar (Başkeçid rayonu ərazisi). Və Gödəklərin bu ardıcıllıqla Dağ Candarına gəlib çıxmaları məlumdur.

Tarixən yalnız etnik azərbaycanlılardan ibarət əhalisi olan kənddə 1870-c ildə 20 ailədə 380 nəfər, 1926-cı ildə 49 ailədə 325 nəfər əhali yaşamışdır.[4]

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan 258 nəfər əhali 100 % etnik azərbaycanlılardan ibarətdir.[5][6]

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 266 nəfər əhali yaşayır.[3]

Lök-Candar kəndində ən böyük nəsillər Zeynalovlar,Rüstəmlər, Babayevlər, Gödəklər, Qazax-qurbanlar, Murtuzlar və Qələndərlilərdir. Bu nəsillərin nümayəndələri keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə səpələniblər. Marneuli, Kaspi, Tbilisi, Ağstafa, Gəncə, Rustavi, Şamaxı, Zaqatala, Sumqayıt, Rostov, Kemerovo, Tümen, Astana, Voronej, Volqoqrad və daha neçə şəhərlərdə bu kəndin insanları yaşayırlar. Burada Əlipaşa Rüstəmov ,Adil Zeynalov, Nəsrəddin Məmmədov, Rəşid Musayev və bir çox pərəstişə layiq insanlar anadan olmuşlar.

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Kənd əhalisi əsas təsərrüfat sahəsi olaraq kartofçuluqla məşğuldular. Başqa gəlir sahələri kimi isə maldarlıq və heyvandarlıq və meşə təsərrüfatını göstərmək olar.

Kənddə ilk dünyəvi məktəb 1917-ci ildə yaradılıb.[4] Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.[4]

  1. https://web.archive.org/web/20140826010819/http://census.ge/en/home.
  2. http://www.gpost.ge.
  3. 1 2 დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
  4. 1 2 3 4 5 Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 35 Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
  5. National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2016-03-28 at the Wayback Machine
  6. The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005