Erkeç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Erkeç
40°27′48″ şm. e. 46°28′20″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 220 nəf. (2009)
Xəritəni göstər/gizlə
Erkeç xəritədə
Erkeç
Erkeç
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ErkeçAzərbaycan Respublikasının Goranboy rayonunun Mənəşli kənd inzibati ərazi dairəsində kənd.[1]

Tarixi

Kənd əvvəllər Talış nahiyəsinə aid idi. 1727-ci il Osmanlı qaynağında adı keçir. 1828-ci ildə Azərbaycanı işğal etmiş ruslar tərəfindən bu kəndin ərazisinə İrandan ermənilər köçürülmüşdü.[2] Qarabağ müharibəsinin başlandığı dövrdə kənddə yaşayan ermənilər silahlanaraq qonşu azərbaycanlı kəndlərinə silahlı basqınlar təşkil edərək insanları öldürməyə, onların evlərini yandırmağa başladılar. Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi hücum nəticəsində kənd erməni quldurlarından təmizlənmişdir.

Toponimikası

Erkəc/Erkeç kəndi Murovdağ silsiləsinin ətəyindədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərindəki erkeç/arxac (dağın yamacı, ətəyi) sözünün fonetik şəkli olub, "dağ yamacında, arxacda salınmış kənd" mənasındadır. Azərbaycan dilinin dialektlərində sürünün qabağını çəkən yaşlı erkək keçiyə də erkəç deyilir[3]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 220 nəfər əhali yaşayır.[4]

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "YUXARI QARABAGIN TOPONIMLƏRI". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-09.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər