Erkeç — Azərbaycan Respublikasının Goranboy rayonunun Mənəşli kənd inzibati ərazi dairəsində kənd.[1]
Erkeç | |
---|---|
40°27′48″ şm. e. 46°28′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Kənd əvvəllər Talış nahiyəsinə aid idi. 1727-ci il Osmanlı qaynağında adı keçir. 1828-ci ildə Azərbaycanı işğal etmiş ruslar tərəfindən bu kəndin ərazisinə İrandan ermənilər köçürülmüşdü.[2] Qarabağ müharibəsinin başlandığı dövrdə kənddə yaşayan ermənilər silahlanaraq qonşu azərbaycanlı kəndlərinə silahlı basqınlar təşkil edərək insanları öldürməyə, onların evlərini yandırmağa başladılar. Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi hücum nəticəsində kənd erməni quldurlarından təmizlənmişdir.
Erkəc/Erkeç kəndi Murovdağ silsiləsinin ətəyindədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərindəki erkeç/arxac (dağın yamacı, ətəyi) sözünün fonetik şəkli olub, "dağ yamacında, arxacda salınmış kənd" mənasındadır. Azərbaycan dilinin dialektlərində sürünün qabağını çəkən yaşlı erkək keçiyə də erkəç deyilir[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 220 nəfər əhali yaşayır.[4]
Goranboy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |