Kərimli (Oğuz)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kərimli
40°58′31″ şm. e. 47°28′21″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.473 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4819[1]
Xəritəni göstər/gizlə
Kərimli xəritədə
Kərimli
Kərimli

Kərimli (əvvəlki adı: Vardanlı) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vardanlı kəndi Kərimli kəndi və müvafiq olaraq Vardanlı kənd Soveti Kərimli kənd Soveti adlandırılmışdır.[2]

Toponimikası

Kəndin əvvəlki adı Vardanlı olmuşdur. Kənd şair Mücrim Kərim Vardaninin şərəfinə 1991-ci ildən Kərimli kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi Şahsevənlərin kərimli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır və həmin tirənin adını daşıyır.[3]

Tarixi

Tarixi abidələri

Kəndin ərazisində arxeoloji və memarlıq abidələrindən Qala yeri (V–VIII əsrlər), Türbə (XV əsr), Kurqanlar (Tunc dövrü) mövcuddur. Bu abidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi ölkə və yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. Hazırda Kurqanlarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən qazıntı-tədqiqat işləri aparılır.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 12 km. cənubda, Əlicançayın (Kürün qolu) sol sahilindən 4 km. aralı, Alazan-Əyriçay çökəkliyində yerləşir.

Əhalisi

Kərimli kəndinin əhalisi 3473 nəfərdir (1 yanvar 2017-ci il).

Tanınmış şəxsləri

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik, heyvandarlıq, bağçılıq və tərəvəzçilik təşkil edir. Kənddə sənətkarlıq da (dəmirçilik, bənnalıq, dülgərlik, xarratlıq, dərzilik və s.) inkişaf etmişdir. Burada ticarət, iaşə, məişət xidməti obyektləri, elektrik dəyirmanı fəaliyyət göstərir. Əhali təbii qazdan istifadə edir.

Mədəniyyəti

Kənddə klub, kitabxana, poçt və 512 nömrəlik elektron ATS var.

Təhsil

Kənddə uşaq bağçası və orta məktəb fəaliyyət göstərir.

Din

Kənddə Kərimli kənd məscidi dini icması fəaliyyət göstərir[4].

Səhiyyə

Kənddə həkim ambulatoriyası və aptek var.

İstinadlar

  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-07.
  3. Kərimli (Oğuz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)

Mənbə

  • Naməlum dövlətə aid arxeoloji materiallar aşkarlandı: Oğuz rayonunun Kərimli kəndində arxeoloji tədqiqatlar davam edir //Mərkəz.- 2011.- 8 yanvar.- S. 10.
  • Oğuzda qədim Azərbaycan dövlətinə məxsus arxeoloji materiallar aşkarlanıb //Yeni Azərbaycan.- 2011.- 8 yanvar.- S. 11; Mədəniyyət.- 2011.- 12 yanvar.- S. 4.

Həmçinin bax