Məhəmməd Muradlı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məhəmməd Muradlı
Muradlı 2023-cü ildə
Muradlı 2023-cü ildə
Ölkə Azərbaycan Azərbaycan
Doğum tarixi (20 yaş)
Doğum yeri Bakı,[1] Azərbaycan
Titulu qrosmeyster (2022)
Son reytinqi
  • 2.560 (may 2024)[2]
Maksimal reytinqi 2.555 (sentyabr 2022)
FİDE nömrəsi 13409301
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Muradlı (d. 1 avqust 2003) — azərbaycanlı şahmatçı, qrosmeyster (2022).[3][4]

Karyerası

2011-ci ildə 8 yaşlı oğlanlar arasında Azərbaycan çempionatının qalibi olub.

2012-ci ildə Çexiyanın Praqa şəhərində keçirilmiş 10 yaşlılar arasında Avropa çempionatında 5-ci yer tutaraq ELO əmsalını 117 xal artırıb.[5] Eyni ildə İranın Rəşt şəhərində keçirilmiş "Xəzər kuboku"nun D qrupunda yarışıb və 10 yaşlı şahmatçılar arasında 3-cü yeri tutub.[6]

2013-cü ildə 10 yaşlılar arasında Bakı və Azərbaycan çempionu olub.[7] Həmin ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş "Moskva Open" turnirində 10 yaşı olmasına baxmayaraq 11 yaşlılar arasında 9 mümkün xaldan 8.5 toplayıb və turnirin qalibi olub[8]

2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında Respublika şahmat festivalında 12 yaşlılar arasında birinci yeri tutub.[9] Həmin il Yunanıstanın Kavala şəhərində keçirilmiş məktəblilər arasında şahmat üzrə Avropa çempionatında yaşı 11-dək olan şahmatçılar arasında qələbə qazanıb.[10] Ardından Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 1 və 3-cü yerləri bölüşdürərək əlavə əmsallara görə 3-cü yeri tutub.[11]

2015-ci ilin mart ayında 12 yaşadək oğlanlar arasında şahmat üzrə Bakı şəhər birinciliyində qızıl medal qazanıb.[12] Ardıyca Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uşaqların yarışında 3-cü yerə layiq görülüb[13]. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilmiş "Abu Dhabi Masters" turnirinin A qrupunda (böyüklər arasında) iştirak edib və öz ELO reytinq əmsalını 133 xal artırıb.[14] Eyni ilin noyabr ayında Yunanıstanın Halkidiki yarımadasında keçirilmiş 12 yaşadək şahmatçılar arasında dünya çempionatında 11 oyundan 9 xal toplayaraq birinci olub.[15] Bu qələbəsi ilə Məhəmməd öz reytinq əmsalını 121 xal artırmış və FİDE ustası titulunu qazanmışdır.[3][16][17].

Muradlı 2016-cı ildə

2016-cı ildə kişilər arasında Azərbaycan çempionatına qatılmış və Eltac Səfərli, Nicat Abasov, Azər Mirzəyev, Vasif Durarbəyli və digər bu kimi qroysmeysterlərin arasında altıncı yeri tutmuşdur.[18] Bu nəticəsi ilə Məhəmməd reytinq əmsalını 42.4 xal artırmış və Beynəlxalq Usta titulunun ilk normasını toplamışdır.[19]

2017-ci ildə Rusiyanın paytaxtında keçirilən "Moskva Open" turnirinin A qrupunda 9 oyundan 5.5 xal toplayaraq çıxışını uğurla başa vurub. Bu nəticəsi ilə Məhəmməd öz ELO reytinq əmsalını 48.6 xal artırmış və Beynəlxalq Usta titulunun 2-ci normasını toplamışdır.[20] 2017-ci ildəki daha bir yarışda Gürcüstanın Poti şəhərində keçirilən Nana Aleksandria Kubokunun A qrupunda 9 oyundan 5.5 xal toplayaraq reytinq əmsalını 28.8 xal artırmış və Beynəlxalq Usta titulunun son normasını toplayaraq Beynəlxalq Usta adını qazanmışdır.[3][21]

2018-ci ilin yanvar ayında keçirilmiş kişilər arasında Azərbaycan çempionatında üçüncü,[22] mart ayında keçirilmiş 18 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyində ikinci,[23] aprel ayında keçirilmiş 20 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyində isə birinci yerə çıxıb.[24]

2019-cu ilin yanvarında kişilər arasında Azərbaycan çempionatının qalibi olub.[25] Həmin ilin fevralında Rusiyanın Moskva şəhərində keçirilən ''Aeroflot Open'' turnirinin B qrupunda 9 oyundan 6.5 xal toplayaraq 3-cü yerə çıxıb və reytinq əmsalını 16 xal artırıb.[26]

2020-ci ilin fevral ayında Moskvada keçirilən ''Aeroflot Open'' turnirinə ikinci dəfə qatılır, 9 oyundan 6.5 toplayaraq 4-cü yerə çıxır və qrosmeyster titulunun ilk normasını toplayır. Bu turnirdəki nəticəsi ilə reytinq əmsalını 2449-a yüksəldir.[27]

2021-ci ilin mayında Kişilər arasında Azərbaycan Çempionatında 11 oyundan 5.5 xal toplayaraq reytinq əmsalını 11.8 xal artırıb.[28] İyul ayında isə Serbiyada keçirilən ''Paracin Open 2021'' turnirində 9 oyundan 7.5 xal toplayaraq turnirin qalibi olmuş və qrosmeyster titulunun 2-ci normasını yerinə yetirmişdir.[29] Ardından Barselonada keçirilən "El Llobregat Open Chess Tournament"də 6.5 xalla 8-ci yeri tutaraq 3-cü qrosmeyster normasını yerinə yetirdi.[30]

2022-ci ildə Naxçıvanda keçirilən Azərbaycan çempionatının qalibi oldu.[31] May ayında FİDE Məhəmmədin qrosmeyster titulunu rəsmi olaraq təsdiq etdi.[4]

2023-cü ilin oktyabrında İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında blits üzrə dünya çempionatında 11 oyundan 9,5 xal toplamaqla bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb.[32]

Komanda

Məhəmməd Muradlı 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət üçüncü komandasının heyətində mübarizə aparmışdır.[33]

2019-cu ilin noyabr ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.[34]

Şəxsi həyatı

Məhəmməd Muradlı 2023-cü ilin aprelində blokçeyn əsaslı şirkət ilə birlikdə şahmat sənayesində ilklərdən olan NFT əməkdaşlığını açıqladı.[35]

İstinadlar

  1. "Title application // Fide.com" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-29.
  2. FİDE FIDE Standard Ratings as of 31 may 2024. 2024.
  3. 1 2 3 FIDE Chess Profile Arxivləşdirilib 2020-06-29 at the Wayback Machine // Fide.com Arxivləşdirilib 2022-10-01 at the Wayback Machine
  4. 1 2 Məhəmməd Muradlı müstəqil Azərbaycan tarixində 27-ci qrosmeyster olub Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine. azertag.az
  5. European Youth Chess Championship 2012 - B10 - Czech Republic Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Fide.com Arxivləşdirilib 2017-07-18 at the Wayback Machine
  6. "10th Khazar Cup International Open Chess Tournament [Group D] FEB 29-MAR 07,2012 Rasht-Iran". Chess-results.com. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.
  7. ""Təhsil" RİM-2013 , Azərbaycan Çempionatı U-10 (2003-04)". Chess-results.com. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.
  8. "RESULTS". Open.moscowchess.org. 2020-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.
  9. Ümümilli lider Heydər Əliyevin 90illik yubileyinə həsr olunmuş YAP şahmat turnir 18 Aprel 2013, Bakı Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Chess-results.com/ Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
  10. "European School Chess Championships 2014 Open under 11 // Chess-results.com". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
  11. Vugar Gashimov Memorial September 2014, Azerbaijan Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Fide.com Arxivləşdirilib 2022-09-23 at the Wayback Machine
  12. "12 yasadak oglanlar arasinda Baki birinciliyi 2015 // Chess-results.com". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
  13. Child tournament "Vugar Gashimov birthday's Memorial", U12, 2015 Arxivləşdirilib 2018-09-10 at the Wayback Machine // Chess-result.com Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
  14. 22nd Abu Dhabi Int. Chess Festival Masters Tournament Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Chess-results.com/ Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
  15. "World Youth Ch 2015 - Open under 12 // Chess-results.com". 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
  16. World Youth Ch 2015 - Open under 12 Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Chess-results.com Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine
  17. "World Youth Ch 2015 - Open under 12". Chess-results.com. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.
  18. 2016-cı il kişilər arasında Azərbaycan Çempionatı Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Chess-results.com Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine
  19. 2016-cı il kişilər arasında Azərbaycan Çempionatı Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Chess-results.com/ Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
  20. Moscow-Open 2017 A Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Chess-results.com/ Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
  21. XII Poti International Chess Festival Open A Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Chess-results.com/ Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
  22. "Azerbaijan Chess Championship 2018-Men // Chess-results.com". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
  23. "18 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyi 2018 // Chess-results.com". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
  24. "Azerbaijan Chess Championship under 20 // Chess-results.com". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
  25. "Azerbaijan Chess Championship 2019-Men". Chess-results.com. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-24.
  26. "Aeroflot Open 2019 B" (ingilis). Chess-results.com. 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
  27. "Aeroflot Open 2020 B" (ingilis). Chess-results.com. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
  28. "Azerbaijan Chess Championship, Men" (ingilis). Chess-results.com. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
  29. "International Tournament "Paracin 2021" - OPEN A July 9th - 16th" (ingilis). Chess-results.com. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
  30. elllobregat Open Chess TnmT- 2nd Edition 2021 Arxivləşdirilib 2022-05-30 at the Wayback Machine Chess-Results.com
  31. Azərbaycan Çempionatı -2022 / Çempion - Məhəmməd Muradlı Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine. www.asf.org.az
  32. "Məhəmməd Muradlı İtaliyada keçirilən DÇ-da qızıl medal qazandı!".[ölü keçid]
  33. "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
  34. "Azərbaycan Dünya Şahmat Olimpiadasının qalibi oldu". Trend.az. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  35. "SKAUT və GM Məhəmməd Muradlı Tərəfdaşlıq Elan Edir". skaut.uk (az.). 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2023.

Xarici keçidlər