Niyazi Bayramov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Niyazi Bayramov
bayraq
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
28 avqust 2018-ci ildən
ƏvvəlkiElmar Vəliyev
bayraq
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
14 aprel 2012 – 28 avqust 2018
ƏvvəlkiMübariz Ağayev
Sonrakıİlham İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 26 mart 1956(1956-03-26) (68 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Rütbəsi Polkovnik

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2016

Niyazi Bayramov (tam adı: Niyazi Müzəffər oğlu Bayramov; 26 mart 1956, Bakı) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2018-ci ildən).[1]

Həyatı

Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olmuşdur.

Təhsili

1980-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirmişdir.[2]

Fəaliyyəti

1980–1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib.

1986–1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992–1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997–2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009–2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.[3][4]

Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.[5]

Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır. Polkovnikdir.

Ailəlidir, 2 övladı var.

İstinadlar

  1. "Gəncənin yeni icra başçısı Niyazi Bayramov kimdir?". BBC Azərbaycanca. 2020-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Avqust 2018.
  2. "Gəncənin yeni icra başçısı Niyazi Bayramov kimdir". www.bizimyol.info/. 2019-10-18 tarixində arxivləşdirilib.
  3. President.Az. "N.M.Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 28.08.2018. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-28.
  4. "Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb". www.ganja-ih.gov.az. 2019-10-18 tarixində arxivləşdirilib.
  5. President.Az. "N.M.Bayramovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 28.08.2018. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-28.