Xanağa nekropolu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xanağa nekropolu
Xanağa nekropolu
Ölkə  Azərbaycan
Şəhər Culfa rayonu
Yerləşir Xanağa kəndi
Aidiyyatı Orta əsrlər
Tikilmə tarixi XIV-XVII əsr
Üslubu arxeoloji abidə
KateqoriyaYaşayış yeri,Nekropol
ƏhəmiyyətliÖlkə əhəmiyyətli
Xanağa nekropolu (Azərbaycan)
Xanağa nekropolu

Xanağa NekropoluCulfa rayonunda eyniadlı kəndin qərbində,Əlincəçayın sağ sahilində orta əsrlərə (XIV-XVII) əsrlərə aid arxeoloji abidə.

Haqqında

Qəbirlər üzərində ərəb əlifbası ilə yazılmış kitabələr

Hazırda ərazisi əkin sahəsinə çevrilmişdir. Kəşfiyyat xarakterli tədqiqqatlar (1991) nəticəsində aşkara çıxarılmış qəbirlərin əksəriyyətinin baş daşları düşmüşdür. Sinə daşları düzbucaqlı prizma şəklində hazırlanmışdır. Bəzi qəbirlər düzbucaqlı əsas üzərindədir; bir qisminin baş tərəfi tacvarı formada tamamlanmışdır[1]. Vaxtilə buradakı qəbirlərin üstündə daşdan qoç heykəllər olmuşdur. Hazırda onların yalnız bir neçəsi qalmışdır. Bəzi qəbirlərin üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır[2].

İstinadlar

  1. Azərbaycan Milli Elmlər Akademiyası. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 196-197.
  2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik fondu. Əlincə qala. Naxçıvan: Poliqrafiya birliyi. 2016. səh. 81.

Xarici keçidlər

Culfa

Həmçinin bax