Azərbaycan Sosial Rifah Partiyası
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Azərbaycan Sosial Rifah Partiyası | |
---|---|
Sədri | Əsli Kazımova |
Qurucu | Xanhüseyn Kazımlı |
Quruluş tarixi | 4 avqust 1995 |
Qeydiyyat tarixi | 4 avqust 1995 |
Dağılma tarixi | 23 mart 2023 |
Baş qərargah | Təbriz 92, Nərimanov ray. |
Azərbaycan Sosial Rifah Partiyası və ya qısaca ASRP — Xanhüseyn Kazımlı tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınmış, 23 mart 2023-cü il tarixində fəaliyyətini dayandırmış siyasi partiya. ASRP 2000–2020-ci illərdə Milli Məclisdə təmsil olunub. ASRP sədri 1995–2020-ci illərdə Xanhüseyn Kazımlı, 2020-2023-cü illərdə isə onun qızı Əsli Kazımova olmuşdur.
Tarixi[redaktə | mənbəni redaktə et]
1994-cü ildən İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi olan Xanhüseyn Kazımlı qurucusu olduğu Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.
Yeni qurulan Azərbaycan Sosial Rifah Partiyası üç il sonra, 1998-ci ildə baş tutan Prezident seçimlərində mübarizə apardı.[mənbə göstərin] ASRP sədri Xanhüseyn Kazımlı, 8 254 səslə, yəni 0,30 %-lə altı namizəd sırasında sonuncu, 6-cı pillədə qərarlaşdı.
Azərbaycan Sosial Rifah Partiyası 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə apardı.[mənbə göstərin] 58 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, qalib gəldi və Milli Məclisin deputatı seçildi.
Azərbaycan Sosial Rifah Partiyası 5 il sonra, 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində də mübarizə apardı.[mənbə göstərin] 66 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, növbəti dəfə qalib gəldi və Milli Məclisin deputatı seçildi.
ASRP sədri Xanhüseyn Kazımlı növbəti illərdə də, 2010-cu il noyabrın 7-da baş tutan və 2015-ci il noyabrın 1-də baş tutan Parlament seçimlərində də qalib gəldi və 20 il Milli Məclisin deputatı oldu.
2020-ci il iyulun 15-də Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu. COVID-19 pandemiyasına görə online formada baş tutan qurultayda ASRP sədri, sədr müavinləri, Nəzarət və Təftiş Komissiyasının üzvləri seçildi. ASRP sədrinin qızı, ASRP sədrinin birinci müavini Əsli Kazımova, Azərbaycan Sosial Rifah Partiyasının 2-ci sədri seçildi.[mənbə göstərin]
Azərbaycan Sosial Rifah Partiyası 23 mart 2023-cü il tarixində bəyanət yayaraq partiyanın özünü buraxdığını elan etmişdir.[1]
Sədrləri[redaktə | mənbəni redaktə et]
Sıra | Foto | Sədr | Səlahiyyət müddəti | |
---|---|---|---|---|
Başlama tarixi | Bitmə tarixi | |||
Xanhüseyn Kazımlı | ||||
Əsli Kazımova |
Nəticələri[redaktə | mənbəni redaktə et]
Parlament[redaktə | mənbəni redaktə et]
Seçki | Sədr | Majoritar | Proporsional | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|
Səs | % | Mandat | Səs | % | Mandat | |||
1995 | Xanhüseyn Kazımlı |
0 / 100 |
— | — | — | 0 / 125
| ||
2000 | 1 / 100 |
— | — | — | 1 / 125
| |||
2005 | 1 / 125 |
— | — | — | 1 / 125
| |||
2010 | 18.074 | 0.76 | 1 / 125 |
— | — | — | 1 / 125
| |
2015 | 22 004 | 0.77 | 1 / 125 |
— | — | — | 1 / 125
| |
2020 | 0 / 125 |
— | — | — | 0 / 125
|
Ara seçkilər[redaktə | mənbəni redaktə et]
Seçki | Sədr | Nəticə | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
may 1999 | Xanhüseyn Kazımlı |
36 935 | 91.03 | 1 / 1
|
Bələdiyyə[redaktə | mənbəni redaktə et]
Azərbaycan Sosial Rifah Partiyası yarandığı tarixdən etibarən bütün bələdiyyə seçkilərində iştirak etmişdir. 2019-2023-cü illərdə bir neçə bələdiyyədə üzvləri olmuşdur. Həmçinin Yevlax bələdiyyəsi və Balaxanı bələdiyyəsinin sədrləri Azərbaycan Sosial Rifah Partiyasının üzvləri olmuşdur.
Seçki | Sədr | Səs | Yer | ||
---|---|---|---|---|---|
# | % | ± | |||
1999 | Xanhüseyn Kazımlı | ||||
2004 | |||||
2009[2] | 133 / 15.591
| ||||
2014 | |||||
2019 |
Ara bələdiyyə seçkiləri[redaktə | mənbəni redaktə et]
Seçki | Sədr | Səs | Bələdiyyə üzvü | |
---|---|---|---|---|
# | % | |||
2006[3] | Xanhüseyn Kazımlı | 9 / 1.901
| ||
2011 |
Qərargah[redaktə | mənbəni redaktə et]
Azərbaycan Sosial Rifah Partiyasının qərargahı Nərimanov rayonunda Təbriz Küç. 92 ünvanında yerləşirdi.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- ↑ "Siyahıya YAP liderlik edir". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
- ↑ "Bələdiyyə üzvlüyünə 20 siyasi partiyanın təmsilçiləri və 692 nəfər bitərəf seçilib". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.