Vətəndaş Birliyi Partiyası
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Vətəndaş Birliyi Partiyası | |
---|---|
VBP | |
Sədri | Sabir Hacıyev |
Qurucu | Ayaz Mütəllibov |
Quruluş tarixi | 1999 |
Qeydiyyat tarixi | 12 avqust 2005 |
Dağılma tarixi | 22 may 2023 |
Vətəndaş Birliyi Partiyası — Azərbaycanda 1999-2023-cü illərdə mövcud olmuş hakimiyyətyönlü siyasi partiya.
Tarixi[redaktə | mənbəni redaktə et]
Vəyəndaş Birliyi Partiyası 1999-cu ildə Azərbaycanın eks-prezidenti, 1992-ci ildən Moskvada mühacirətdə yaşayan Ayaz Mütəllibovun rəhbərliyi altında yaradılıb.[mənbə göstərin]
1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 15 mart 2002-ci il tarixində Azərbaycan Ümid Partiyasına birləşmişdir. Birləşmiş partiyanın sədri İqbal Ağazadə seçilmişdir.[mənbə göstərin]
2003-cü ildə Ayaz Mütəllibov rəhbərlik etdiyi partiyanın Azərbaycan Sosial Demokrat Partiyası ilə birləşməsi ilə bağlı qərar qəbul etmişdir, lakin dövrün partiya katibi Sabir Hacıyev bununla razılaşmayaraq partiya rəhbərliyinə keçmişdir. Nəticədə Ayaz Mütəllibov istefa verərək Azərbaycan Sosial Demokrat Partiyasına üzv olmuşdur.[1]
Vətəndaş Birliyi Partiyası 2005-ci ilin parlament seçkilərində müxalif partiya kimi iştirak etmiş və seçki komissiyalarında müxalifəti təmsil etmişdir, lakin partiya 2008-ci ildə siyasi kursunu dəyişmiş və prezident İlham Əliyevi dəstəkləməyə başlamışdır.[1]
Partiya 22 may 2023-cü il tarixində özünü buraxmışdır.[2]
Seçkilərdə[redaktə | mənbəni redaktə et]
Partiyanın sədri Sabir Hacıyev Milli Məclisin III,IV, V və VI çağırışlarında millətvəkili seçilib.
Parlament[redaktə | mənbəni redaktə et]
Seçki | Sədr | Majoritar | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2005 | Sabir Hacıyev | 1 / 125
| ||
2010 | 10 169 | 0.43 | 1 / 125
| |
2015 | 13 548 | 0.48 | 1 / 125
| |
2020 | 1 / 125
|
Bələdiyyə[redaktə | mənbəni redaktə et]
Seçki | Sədr | Səs | Yer | ||
---|---|---|---|---|---|
# | % | ± | |||
2009[3] | Sabir Hacıyev | 14 / 15.591
| |||
2014 | |||||
2019 |
Ara bələdiyyə seçkiləri[redaktə | mənbəni redaktə et]
Seçki | Sədr | Səs | Bələdiyyə üzvü | |
---|---|---|---|---|
# | % | |||
2006[4] | Sabir Hacıyev | 1 / 1.901
| ||
2011 |
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 "Azərbaycanın müxalifət partiyası siyasi kursunu dəyişib". 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
- ↑ "Azərbaycanda daha bir partiya özünü buraxdı: VBP-nin son BƏYANATI". musavat.com. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
- ↑ "Siyahıya YAP liderlik edir". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
- ↑ "Bələdiyyə üzvlüyünə 20 siyasi partiyanın təmsilçiləri və 692 nəfər bitərəf seçilib". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.