İlisu Dövlət Təbiət Qoruğu

İlisu Dövlət Təbiət Qoruğu — 1987-ci ildə 9,3 min hektar ərazidə Böyük Qafqazın cənub yamaclarının təbii kompleksini, nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və floranı qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziya və sel hadisələrinin qarşısını almaq məqsədilə yaradılmışdır.

İlisu Dövlət Təbiət Qoruğu
İlisu qoruğuna gedən yol
İlisu qoruğuna gedən yol
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 9,3 min ha
Yaradılma tarixi 1987
İdarəetmə orqanı AETSN
Dağ Böyük Qafqaz
Florası Şərq fıstığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını
Yerləşməsi
41°28′ şm. e. 46°59′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qax rayonu
Yerləşməsi Böyük Qafqaz
Yaxın şəhər İlisu
İlisu Dövlət Təbiət Qoruğu xəritədə
İlisu Dövlət Təbiət Qoruğu
İlisu Dövlət Təbiət Qoruğu
İlisu Dövlət Təbiət Qoruğu xəritədə
İlisu Dövlət Təbiət Qoruğu
İlisu Dövlət Təbiət Qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

İlisu dövlət qoruğu Böyük Qafqazın cənub yamacında Qax rayonu ərazisində, Zaqatala və İsmayıllı qoruqlarının arasında 700–2100 m hündürlükdə yerləşir. 1981-ci ildə Qax rayonu ərazisində Böyük Qafqazın mərkəzi hissəsində yaradılmışdır. Qoruğun yaradılmasında əsas məqsəd ərazidə qiymətli və nadir flora aləminin mühafizəsi, bərpası və təbiət hadisələrin (sel, eroziya və s.) məhdudlaşdırılması olmuşdur. Qoruğun ərazsinin əksər hissəsi yarpaqlı meşələrlə örtülmüşdür.[1] Sahəsi 17.381.6 hektar olub, şimaldan cənuba 14, qərbdən şərqə isə 12 km məsafədə uzanir. Ərazisinin 93 faizi meşələrdən ibarətdir. Meşə sahəsinin 89.5 faizi meşə ilə örtülü, 3.4 faizi isə meşə ilə örtülü olmayan (seyrək meşəlik və açıqlıq ) ərazilərdir. Meşəsiz sahələrin çox hissəsi (413 hektar) yarğanlar və qayalıqlardan, az hissəsi isə (228 hektar) keçmiş örüş,əkin və biçənəkdən ibarətdir.

Ərazi Baş Qafqaz dağlarının dik yamaclı,çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir. Hündürlüyə qalxdıqca müasir kontinental, alt və üst təbaşirin, orta yuranın terrigen çöküntüləri bir birini əvəz edir. Geomorfoloji cəhətdən burada denudasion struktur dağların ortadağlıq, alçaqdağlıq əraziləri səciyyəvidir. Burada əsasən palıd, vələs, fıstıq meşəli, qonur dağ-meşə torpaqlı parçalanmış orta və aşağı dağ-meşə, eləcə də az sahədə allivüal-çəmən torpaqlı, çəmən-kol bitkili subasar çay dərə landşaft kompleksləri inkişaf etmişdir.

Qoruğun ərazisində qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir. Burada 1300 metr hündürlük amplitudunda, 14 kilometr məsafədə şimaldan cənuba doğru bütün landşaft kompleksi ilə bərabər iqlim amilləri də kəskin dəyişər. Havanı orta temperaturu 5–12 dərəcə arasında tərəddüd edir. Şaxtalı günlər aşağı sərhəddə noyabrın ortalarından başlayıb martın sonuna kimi davam edir, yuxarı sərhəddə isə təxminən bir ay tez başlayır və bir ay gec qurtarır. Hündürlüyə qalxdıqca yağıntının miqdarı 920 millimetrdən 1400 millimetrə qədər artır. Onun maksimum miqdarı aprel-iyun (36 faiz) minimum miqdarı isə dekabr-fevral (13 faiz) aylarında düşür. İllik yağıntının 72 faizi vegetasiya dövründə yağır ki,bu da bitki örtüyünün normal inkişafına tam şərait yaradır.

Hidroqrafiyası

[redaktə | mənbəni redaktə et]
Qoruq ərazisindən axan şəlalə

Qoruq ərazisində çay şəbəkəsinin sıxlığı 1 kvadrat kilometr ərazidə 0.5–0.6 kilometrdir. Ərazi ən çox (25 1/san/km-dən çox) və orta (5–25 1/san/km) axım zonalarına daxildir. Çayların qidalanmasının yarısı qrunt, yarısı isə qar və yağış suları hesabınadır. Onların maksimum su sərfi aprel-iyun aylarına təsadüf edib, əsasən qar və leysan yağış suları hesabınadır. Çay sularının minerallaşma dərəcəsi 200–400 mq/l-dir. Kalsiumlu kimyəvi sinfə aiddir. Qoruq ərazisindən Qax, Qurmuxçay və s. çaylar axır.

Torpaq örtüyü

[redaktə | mənbəni redaktə et]

İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, çürüntülü karbonatlı dağ-meşə torpaqları yayılmışdır. Dağ-çəmən-meşə torpaqları subalp çəmən-meçə bitkiləri altında (1800–2100 m) dağ-çəmən torpaqları bozqırlaşmış dağ-çəmənlikləri altında, meşə talalarında və dağ-çəmən torpaqlarının sərhədində (1600–2100 m) inkişaf etmişdir. Qonur dağ-meşə torpaqları (yuyulmuş, tipik, karbonat-qalıqlı, bozqırlaşmış yarımtipləri) daha geniş ərazidə 800–2000 m hündürlükdə yayılmışdır.

Bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

İlisu qoruğunda 300-ə qədər ali bitki növü vardır. Onun da 90 növü (30 faizi) ağac və kol bitkiləridir. Dərman (50 növə qədər) endemik, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növləri də çoxdur. Qaraçöhrə, Rade ağcaqayını Qırmızı kitablara daxil edilmişlər. Burada meşə ilə örtülü sahənin 8670 hektarını üç əsas ağac cinsi-şərq fıstığı (50 faiz), Qafqaz vələsi(25 faiz), iberiya və şərq palıdları (20 faiz) təşkil edir. Litvinov ağcaqayını, əsməqovaq və s. növ ağaclardan ibarət meşələrə də rast gəlinir.

Heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]

Qoruq ərazisində 5 dəstəyə aid olan 35 növ məməlilər yaşayır. Bunlar dırnaqlılar (nəcim maral, cüyür, köpgər, təkə və çöldonuzu),yırtıcılar (qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi,vaşaq, gəmiricilər (dovşan, süleysün, siçan, sincab və s.), həşəratyeyənlər (ağdiş, qonurdiş, kirpi, nalburun) və s. ibarətdir. Quşların 11 dəstəyə aid olan 90-a qədər növü məskunlaşmışdır, onların 60 növə qədəri sərçəkimilərə aiddir. Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-cü təlxələrə,1-i ilanlara,1-i isə koramallara aiddir.[2]

  1. Məzahir Təhməzov. Ensiklopedik məlumatlar. Toponimlər fotoşəkillər xəritələr. Bakı: 2011
  2. Tahir ibrahimov.Azərbaycanın qoruqları.Bakı.2015.160 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]