Mahmud ağa Qənizadə

Mahmud ağa Qənizadə (iyun 1879 və ya 1878, Salmas, Qərbi Azərbaycan ostanı19 fevral 1935 və ya 1934, Təbriz) — Azərbaycan jurnalisti, naşir, tarixçi, inqilab xadimi.

Mahmud ağa Qənizadə
Doğum tarixi
Doğum yeri Salmas, Cənubi Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Təbriz, Cənubi Azərbaycan
Vəfat səbəbi ağciyər iltihabı
Vətəndaşlığı
Fəaliyyəti jurnalist, vəkil, şair, esseist, iş adamı, yazıçı

Həyatı[redaktə | mənbəni redaktə et]

Cənubi Azərbaycanın Salmas şəhərində doğulmuş, Təbrizdə vəfat etmişdir.

Dini – dünyəvi təhsilini valideynlərindən, görkəmli üləmalardan və məktəbdarlardan almış, ərəb, ingilis, fars, fransız, türk dillərini müstəqil öyrənmişdir. İran inqilabının (1906–11) iştirakçısı, Səttar xanın şəxsi katibi, Təbriz əncüməninin üzvü, azəri dili və ədəbiyyatının təbliğatçısı idi. 1907-ci ildən jurnalistlik fəaliyyətinə başlamış, ömrünün sonlarınadək bu sahədə çalışmışdır. "Fəryad" (Urmiyə, 1907), "Əncümən" (Təbriz, 1908–09), "Mühakimat" (Avropada, 1909), "Gavə" (Berlin), "Səhənd" (Təbriz, 1925-ci ildən) qəzetlərinin redaktoru, müdiri və naşiri olmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Şahverdiyev A. B., Azərbaycan mətbuatı tarixi, "Təhsil" nəşriyyatı, 2006