Hacı Mirzə Ağa Billuri (1864-1954)—İran Məşrutə hərakatının fəal üzvü, Təbriz şəhərinin meri.
Hacı Mirzə Ağa Billuri | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Cənubi Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz, Cənubi Azərbaycan |
1864 -cü ildə təbriz şəhərində doğulmuşdur. .Azərbaycan aydınlarındandır.məşrutə inqilabinda güclü iştirak edir.1907 də Təbrizdə "Azərbaycan" qazetin sonra həşərolərz adli turkcə qazetlər buraxır. Birinci Dünya savaşında Şeyxməmməd xiyabani hərəkatına qatılır.osmanliların ittahadi islam partiyasinin üzvü olur.Güney Azərbaycan türkçülərindəndir.
12 iyun 1914-cü ildə Batum və Qarsda toplaşmış Osmanlı ordusu Azərbaycana daxil olaraq, Naxçıvan və Xoya doğru hücum etdi. Osmanlılar bu yürüşdə Qarsda mövqe tutmuş qoşundan başqa, Azərbaycandakı tərəfdarlarına və Osmanlı dövlətinin ərazisinə köçmüş azərbaycanlı məşrutəçilərə də arxalanırdılar. Azərbaycanda şəkak tayfasının başçısı olan Simitko, Köhnəşəhərli Teymur ağa kimi insanlar ruslara əməkdaşlıq edirdilər. Hətta Azərbaycana dövlət tərəfindən təyin olunmuş vali Səmədxan Şücaüddövlə də rusların əli altında işləyirdi. Osmanlılar Simitkonun ruslarla əlbir olduğunu əvvəlcədən bilirdilər. Belə ki, 28 yanvar 1913-cü ildə Osmanlı dövlətinin sərhəd xidmətinin 19-cu bölüyünün komandanı yüzbaşı Abdullah Əfəndi, Yəhya Çavuş və daha bir nəfər şəxs vəzifə başından qayıdarkən, 15 nəfər Simitko atlısı tərəfindən tutularaq, Simitkonun yanına gətirilmişdi. Simitko Abdullah Əfəndiyə demişdi: "Siz Seyid Tahanın evini topa tutub xaraba qoymusunuz, onun əmlakını müsadirə və bizi isə təhqir etmisiniz. Siz kafirsiniz, imansızsınız. Görün, ruslar bizə necə hörmət edirlər, necə qayğı göstərirlər. Bizə orden və rütbə verirlər. Savadlanmağımız üçün məktəb açırlar Kürdlərin sizin zülmünüzdən qurataracağı vaxt uzaqda deyil. Əgər ruslarla döyüşə girsəniz, öz tayfamla sizə zərbə endirəcəyəm və Abdullah Əfəndini Salmasın mərkəzi Dilmanda rus kosuluna verəcəyəm". Yəhya çavuşu isə şəhid edib Urmiyeda dəfn etdilər. Birinci Dünya müharibəsi başlayarkən, kardar, somay və lahican tayfaları da Osmanlılarla birləşdilər. Osmanlı dövlətinin daxilində isə Əbdüssalam Şeyx Barzan və başqa bəzi tayfa başçıları ruslarla əlbir oldular. Osmanlı dövlətindən Mirzə Səid Salmasinin dostu olan məşhur vaiz Ömər Naci "İttihad və tərəqqi" partiyasınınnın fəal üzvü və Osmanlı gizli təşkilatının üzvü olan Rəşid bəy, Çərkəs Ədhəm, Rövşəni bəy ilə birgə Azərbaycana gəldi. Onların məqsədi ruslara qarşı azərbaycanlıların səylərini birləşdirmək və rus qüvvələrinin bir hissəsini sıradan çıxarmaq idi. 200-ə qədər azərbaycanlı məşrutəçi mühacir də Osmanlı qoşununun sıralarına daxil oldu. Bunların arasında Əmir Hişmət, Hacı Mirzə ağa Billuri, Mirzə Nurullah xan Yekani, Haşım xan, Nəsrullah xan, Farisül-mülk, Heydər xan Əmoğlu, Hüseyn Ağa Fişəngçi kimi şəxslər var idi.[1]