Zəngəzur qəzasında soyqırımlar (1918-1920)

Zəngəzur qəzasında soyqırımlar (1918–20) — erməni-daşnak quldur dəstələrinin 1918-ci ildən 1920-ci ilin aprelinə qədər Zəngəzurda azərbaycanlılara qarşı törətdiyi soyqırımları.[1]

Soyqırımları təsdiq edən arxiv materialları

[redaktə | mənbəni redaktə et]

Əhalisi soyqırımdeportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. Bu soyqırımları sübut edən qiymətli sənədlər bu gün Azərbaycan Respublikası Milli Arxiv İdarəsində qorunan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində, Türkiyə Cumhuriyyətinin “Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Arşivi”, “Başbakanlık Osmanlı Arşivi” və Almaniya Federativ Respublikasının Berlin şəhərindəki “Almaniya Xarici İşlər Nazirliyinin Siyasi arxivi”nin (Politischen Archiv den Auswätrigen) Birinci Dünya Harbi (BDH) və İstiklal Savaş Harbi (İSH) fondlarında qorunub saxlanılır. Həmin arxiv sənədlərindəki faktiki materiallar sübut edir ki, 1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədər ermənilər Azərbaycanın Zəngəzur qəzasında on minlərlə dinc, silahsız türk-müsəlman əhalini etnik mənsubiyyətinə görə amansızcasına qətlə yetirmişdir[2][3].

Türk-müsəlman əhaliyə qarşı erməni soyqırımları

[redaktə | mənbəni redaktə et]

1917-ci ilə aid statistik məlumatlara görə, Zəngəzur qəzasında türk-müsəlman əhali 123.085 (və ya 99.073), yəni 55,0%, ermənilər isə 99.257 (və ya 82976), yəni 44,3% təşkil edirdi.[4] Kütləvi terror və zorakılıqlardan istifadə edən erməni şovinistləri təkcə 1917-ci ildə Zəngəzur qəzasında 109 kəndi dağıtmışdılar. Əgər 1918-ci ilin mayına qədər türk-müsəlman əhaliyə qarşı kütləvi talanlar və vəhşiliklər I Dünya müharibəsində iştirak etmiş erməni hərbi hissələri və yerli ermənilərin quldur dəstələri tərəfindən həyata keçirilirdisə, Ararat Respublikasının yaranmasından sonra türk-müsəlman əhalisinin soyqırımı rəsmi İrəvanın dövlət siyasətinə çevrildi və bu işdə dövlətin nizami silahlı qüvvələrdən fəal istifadə olunmağa başlandı[5]. Dağlıq bölgədə yerləşən Zəngəzur qəzasının əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayıl qəzası ilə isə qismən kəsildi. Azərbaycan kəndləri erməni kəndlərinin arasında qaldığından, bir-birləri ilə yalnız həmin kəndlər vasitəsilə əlaqə saxlaya bilirdilər. Qəzanın müsəlman əhalisinin vəziyyəti Azərbaycanın başqa əyalətlərinə nisbətən bir də ona görə ağır idi ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada Andronikin mütəşəkkil erməni əsgər və zabitlərindən ibarət nizami qoşunları da var idi. 1918-ci ilin may-avqust aylarında Zəngəzurda Ermənistan Respublikasının türk-müsəlman əhaliyə qarşı etnik təmizləmə siyasəti daha da genişləndi. ATASE arxiv sənədlərinin məlumatına görə, İrəvan, Gəncə, Tiflis və Qarsa gedən stratejik yolların qovuşuğunda yerləşən Qarakilsədən qaçan, Azərbaycanın Guneyində, Naxçıvan və Ordubadda kütləvi qırğınların bilavasitə təşkilatçısı olan Andronik və onun dəstəsi Sərdarabad və Zəngəzur bölgəsində müsəlman əhalini qətl etməyə başladı. Andronik və onun quldur dəstəsinin buradakı vəhşilikləri haqqında ATASE arxivinin Birinci Dünya Harbi (BDH) və İstiklal Savaş Harbi (İSH) fondlarına məxsus sənədlərdə çoxsayda materiallar mövcuddur[3]. Həmin materiallarda Zəngəzurun şimal-qərbində sərhəddində yerləşən 12 kəndin ermənilər tərəfindən xarabaya çevrildiyi və əhalisinin məhv edildiyi haqqında məlumat verilmişdir. O cümlədən, Qubadlının 9 km.-də yerləşən Qurban kəndinində erməni əsgərləri tərəfindən 200-dən çox müsəlman əhalinin məhv edilmişdir. Canını qurtara bilənlər isə Dərələyəz tərəflərə üz tutmuşdur. Mədət və Sisyan bölgələrinə də hücum edən ermənilər 5 kəndi viran etmişdilər. Əhalinin çoxunu faciəli şəkildə, görünməmiş işgəncələrlə qətl etmişlər. Ermənilərin bu bölgədə həyata keçirdiyi hücumları nəticəsində Sisyan və Yaylaq bölgəsində yaşayan türklər dəhşət və qorxu içərisində Cəbrayıl və Ağdam istiqamətinə doğru köçməyə başlamışlar. Zəngəzur qəza rəisi M.Namazəliyevin məlumatına görə Andronikin başçılığı ilə erməni quldurları Urud, Darabas, Ağadu, Vağudi, Arıqlı, Şukər, Məlikli, Pulkənd, Şəki, Qızılcıq, Qarakilsənin müsəlman hissəsini, İrmis, Pəhlili, Kürdlər, Xotanan, Sisyan, Zabazadur müsəlman kəndlərini dağıdaraq 500 nəfər insanı qətl etmişdi. M.Namazəliyevin 30 oktyabr 1918-ci il tarixli raportundan isə bəlli olur ki, 1917-ci ilin dekabrı – 1918-ci ili avqustu arasındakı müddətdə təkcə Zəngəzur qəzasının I sahəsində 16 kənd dağıdılmış, 708 nəfər məhv edilmiş, 47 mln 390 min rubl məbləğində maddi ziyan vurulmuşdu. Sisyan mahalının I polis sahəsinin bütün müsəlman kəndləri, II sahənin kəndlərinin əksər hissəsi, III, IV, V sahələrin mühüm hissələri tamamilə məhv edilmişdi. Bəzi kəndlər tamamilə yerlə-yeksan edilmiş, ermənilər tərəfindən əkin sahələrinə çevrilmişdi. 50.000 nəfərdən müsəlman öz yurd-yuvalarından qaçqın düşərək 4-cü sahədə və qonşu Cəbrayıl qəzasında yerləşmişdi[2].

Soyqırımların qarşısını almaq məqsədi ilə görülən tədbirlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyəti soyqırımlarının qarşısını almaq məqsədi ilə 1919-cu il yanvarın 13-də Cavanşir, ŞuşaCəbrayıl qəzaları ilə birgə Zəngəzur qəzasının da daxil olduğu Qarabağ general-qubernatorluğu yaratmışdı. Lakin ermənilərin Zəngəzur qəzasının türk-müsəlman əhalisinə qarşı soyqırımları 1919-1920-ci illərdə də davam etdirmişdir. Məlum hadisələrin təsiri altında Zəngəzurdan qaçqın düşmüş 50.000 nəfər türk-müsəlman əhali Azərbaycanın Cəbrayıl, Şuşa, Cavanşir qəzalarında sığınacaq tapmışdı. Azərbaycan Himayəçilik Nazirliyi tərəfindən Klenevskinin rəhbərliyi altında yaradılmış komissiya yerlərdə qaçqınların vəziyyətini ararşdıraraq geniş məruzə hazırlamışdı. Qeyd etmək lazımdır ki, komissiya üzvləri buna qədər qaçqınların məskunlaşdığı digər bölgələrdə də olmuşdular. Lakin onları Zəngəzura qaçqınlarının vəziyyəti dəhşətə gətirmişdi.[6]

Zəngəzur qəzasında türk-müsəlman əhaliyə qarşı soyqırımların nəticələri

[redaktə | mənbəni redaktə et]

Andronik və digər erməni-daşnak quldur başçılarının vəhşiliyi nəticəsində Zəngəzur qəzasının türk-müsəlman kəndlərində 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, Zəngəzur qəzasında hər iki cinsdən olan 10.068 nəfər öldürülmüş və ya şikəst edilmişdi. Lakin bu rəqəmlər də faciəvi vəziyyəti tam əks etdirmirdi, reallıqda erməni vəhşiliklərinin sayı daha çox idi, çünki müsəlmanlar qəzadan qaçqın düşdüklərindən qurbanların sayını dəqiq müəyyənləşdirmək mümkün olmamışdı.[7] 1917-ci ildə Zəngəzur qəzasında 123.085 nəfər təşkil edən türk-müsəlman əhali 1926-cı il siyahıyaalınma göstəricilərinə görə say baxımdan heç 5000 nəfər deyildi. FTK üzvü N.Mixaylov 1918-ci il ərzində Zəngəzur qəzasında törədilmiş vəhşiliklərin təhqiqatı əsasında hazırladığı məruzədə [8] dağıdılmış və məhv edilmiş 115 kəndin adı göstərilmişdi. Bu sənədlər və faktlar göstərir ki, Zəngəzur bölgəsinin türk-müsəlman əhalisinə qarşı törədilmiş soyqırımlar əsasən, erməni-daşnak qulduru Andronikin və Ermənistan rəhbərliyinin bilavasitə göstərişi ilə, bu dövlətin nizami ordu hissələrinin iştirakı ilə həyata keçirilmişdir. Zəngəzur bölgəsində türk-müsəlman əhaliyə qarşı ermənilərin həyata keçirdiyi soyqırımı öz miqyasına, forma və metodlarına görə tarix boyu insanlığa qarşı törədilmiş, yaddan çıxarılması və bağışlanması mümkün olmayan ən qəddar cinayətlərdən biridir.[3]

Hadisələrin tarixi və ümumi gedişatı

[redaktə | mənbəni redaktə et]

Erməni quldur dəstələrinin həmin qəzanın müsəlman əhalisinə qarşı zorakılıq aktları hərdən səngisə də, zaman-zaman daha qəddarlıqlarla təkrar olunmuşdur. Dağlıq bölgədə yerləşən bu qəzanın əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayıl qəzası ilə isə qismən kəsilmişdi. Azərbaycan kəndləri erməni kəndlərinin arasında qaldığından, bir-birləri ilə yalnız həmin kəndlər vasitəsilə əlaqə saxlaya bilirdilər. Qəzanın müsəlman əhalisinin vəziyyəti Azərbaycanın başqa əyalətlərinə nisbətən bir də ona görə ağır idi ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada Andronikin mütəşəkkil erməni əsgər və zabitlərindən ibarət nizami qoŞunlan da var idi. Nizami qoŞunu və erməni quldur dəstələrini ətrafında cəmləşdirmiş Andronik Ermənistan Respublikası hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxulub, müsəlman əhalidən ya Ermənistan hökumətinə tabe olmağı, ya da guya "Ermənistan Respublikasına daxil olan" bu qəzanın ərazisindən çıxmağı tələb edirdi. Qəzanın, demək olar ki, xarici aləmdən təcrid olunmuş və çox zəif silahlanmış müsəlman əhalisi Andronikin bu tələblərini rədd etdikdə ermənilər həmin əhaliyə qarşı görünməmiŞ vəhŞiliklər törətmiş, kütləvi soyqırımları həyata keçirmişdilər.[9]

Fövqəladə təhqiqat komissiyasının məruzəsi

[redaktə | mənbəni redaktə et]

Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdıldığı göstərilir. Həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı.[10]

Ermənilərin törətdikləri cinayətlər

[redaktə | mənbəni redaktə et]

Şahidlərin ifadələri əsasında tərtib olunmuş məruzədə ermənilərin törətdikləri cinayətlər haqqında ətraflı məlumat vermişdir. Vaqudi kəndində erməni vandalları 400-dən yuxarı azərbaycanlı əhalinin sığınacaq tapdığı məscidə əvvəlcə əl qumbaraları atmış, sonra isə ona od vuraraq, adamlarla birlikdə yandırmışdılar. Qaniçən quldurlar həmin kənddən qaçıb, canını qurtarmaq istəyən uşaq və qadınların başlarını qılınc və xən-cərlərlə üzmüş, İmişli kəndini qətl-qarət edərkən südəmər uşaqları süngülərə taxaraq göyə qaldırmış, öldürülənlərin meyitlərini tikə-tikə doğramışlar.[11] Göstərilənlər ermənilərin törətdikləri vəhşiliklərin cüzi bir hissəsi idi. Şahidlərin dediyinə görə, bütün bu cinayətlər bilavasitə Andronikin başçılığı ilə həyata keçirilmişdir. Zəngəzurun müsəlman əhalisinə qarşı erməni basqınları, vəhşilikləri 1919 ilin dekabrından etibarən yenidən Şiddətləndi. Müsəlmanlar yaşayan Oxçu, Şabadan, Atqız, Pordavdan kəndlərinə qarşı geniş hərbi əməliyyatlar başlandı. Özü də bu vaxt əməliyyatlarda artıq erməni Ararat Respublikasının rəsmi nizami ordusu da iştirak edirdi. Lakin Ararat Respublikası hökuməti riyakarcasına bu işlərlə heç bir əlaqəsinin olmadığını, bu vəhşiliklərin guya ancaq Andronikin dəstəsi və başqa erməni quldur dəstələri tərəfındən törədildiyini bildirirdi. Andronikin "döyüşçülərinin vəhşilikləri misli görünməmiş həddə çatmışdı. şahidlərin söylədiklərinə görə, Vaqudi kəndində 15 gözəl qız erməni yaraqlılarına paylanmışdı. Onlar mənəvi və fıziki işgəncələrdən ölmüşdülər. Həmin kənddə ermənilər qadınları öldürməzdən əvvəl zorlayır və döşlərini kəsirdilər. Meyitlər o qədər eybəcərləşdirilmişdi ki, onlan tanımaq mümkün olmurdu. Quldur dəstələri bütün müdafiəsiz müsəlman kəndləri-ni talan etdikdən sonra hər yeri və hər ŞEYI oda qalayırdılar.[12] Kəndlərdən hansısa biri müdafıə olunmağa cəhd göstərdikdə mühasirəyə alınır və yerlə yeksan edilirdi.[13]

  • Bu hadisələrin iştirakçısı olan A.Lalayan yazırdı:
" “Türk qadınlarının və uşaqlarının, qocaların və yeniyetmələrin məhv edilməsində daşnak dəstələri… maksimum “şücaət” göstərdilər. Daşnak dəstələrinin ələ keçirdiyi kəndlər canlı insanlardan “azad olunur” və eybəcərləşdirilmiş meyitlərlə dolu xarabazarlığa çevrilirdi”. "
  • Erməni millətçilərinin Zəngəzurdakı dəhşətli cinayətləri və onlara layiqli cavab verilməməsi azərbaycanlı əhali arasında ümidsizlik doğururdu. 1920-ci il yanvarın 23-də Cəbrayıldan müəllim Hüseyn Axundzadə və başqaları tərəfındən Azərbaycan Cümhuriyyəti Parlamenti və Hökuməti adına göndərilən teleqramda deyilirdi:
" “Ikinci dəfə olaraq, teleqraf edirik. Zəngəzur müsəlmanları sarıdan başınız sağ olsun. Zəngəzurlular nə qədər ağladılarsa da, nalələri Zəngəzur dağları, dərələri və obaları arasından bir tərəfə çıxmadı… Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavuz edilmişdir. Zəngəzurda düşmən müqabilində bir az kişi qalıb. Lakin onlar da ümidsiz vəziyyətdədirlər. Heç bir tərəfdən kömək gəlməmişdir. Ermənilərin nizami orduları on min nəfərə çatmışdır və qüvvələri hər an artmaqdadır “. "
  • Həmin gün Cəlil Sultanovdan da Azərbaycan Parlamentinə və Hökumətinə aşağıdakı məzmunda teleqram daxil olmuşdu:
" “Indicə aldığım məlumata görə, yanvarın 19-da erməni nizami ordusu 10 top və çoxlu pulemyotlarla Xocahan və Qaladərəsi arasındakı bir sıra tatar (Azərbaycan) kəndlərinə hücum etmişlər. Dünənə qədər 15 kənd məhv edilmişdir“. "
  • C.Sultanov əməliyyat yerindən Parlamentə göndərdiyi üçüncü teleqramda yazırdı:
" “Bu gün axşam vaxtı qəza rəisi ilə birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası Irəvandan on top və pulemyotlarla gəlmiş nizami ordıı tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır… Aldığımız məlumata görə, sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşmək, nəticədə, Naxçıvanla əlaqəni tamamilə kəsmək, beləliklə də, həm Qarabağ, həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın dağlıq hissələrinin erməniləri sürətlə üsyana hazırlaşırlar”. "
  • Yanvarın 24-də C.Sultanovun Cəbrayıldan göndərdiyi son teleqramda deyilirdi:
" “Bütün teleqramlarıma əlavə olaraq, hərbi əməliyyat yerindən məlum edirəm ki, Zəngəzur sarıdan başınız sağ olsun. Ermənilər öz qüvvələrini Cəbrayıl qəzasının sərhədində cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır. Erməni xəyanəti və hiyləgərliyi qurbanlarının sayı hesaba gəlməzdir”. "

[14]

Mövcud olmuş vəziyyət

[redaktə | mənbəni redaktə et]

Aprel işğalından (1920) sonra sovet Rusiyasının Zəngəzur məsələsi ilə bağlı yeritdiyi siyasət Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra köklü şəkildə dəyişdi.[15]Belə ki, 1920-ci il aprelin sonunda 11-ci Qırmızı ordunun siyasi rəhbərliyi və Azərbaycan İnqilab Komitəsi sədrinin müavini M.D.Hüseynovun Ermənistan daşnak hökumətinə notasında Qarabağı və Zəngəzuru erməni qoşunlarından təmizləmək tələb olunurdusa, artıq həmin ilin dekabrında Azərbaycan Zəngəzuru Ermənistana "bağışlamağa" məcbur edildi. Bu, sovet Rusiyasının bölgədə yeritdiyi yeni müstəmləkəçilik siyasətinin təzahürü idi. Məkrli planlarını onilliklərlə irəlicədən hesablayan ermənilər daim azərbaycanlıları bu bölgədən sıxışdırmış, nəhayət, ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyindəki himayədarlarının köməyi ilə onları əzəli Azərbaycan torpağı Zəngəzurdan son nəfərinə kimi çıxarmışlar.[16]

  1. İsmayılov Kamran. Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)//Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları. Elmi redaktor və Ön sözün müəllifi: Yaqub Mahmudov. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s.115-124.
  2. Nəcəfli Güntəkin. Zəngəzur qəzasında türk-müsəlman əhaliyə qarşi erməni soyqırımları yeni arxiv sənədlərində (1918-1920)// AMEA Tarix İnstitutu “Elmi Əsərlər” “XX əsrdə türk-müsəlman əhaliyə qarşi soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfransın materialları. Xüsusi Buraxılış. №,64, 65, 66. Bakı, 2017, s. 77-83.
  3. Musayev İsmayıl. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı, 1997
  4. Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II cild, I kitab. Gəncə quberniyasında soyqırımı. 1917-1920-ci illər, Bakı, Tarix İnstitutunun nəşri, 2011, s.265-287.
  1. "Zəngəzur qırğınları". 1905.az. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2021.
  2. 1 2 1. İsmayılov K. Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)//Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları. Elmi redaktor və Ön sözün müəllifi: Yaqub Mahmudov. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s.115-124.
  3. 1 2 3 Nəcəfli G. Zəngəzur qəzasında türk-müsəlman əhaliyə qarşi erməni soyqırımları yeni arxiv sənədlərində (1918-1920)// AMEA Tarix İnstitutu “Elmi Əsərlər” “XX əsrdə türk-müsəlman əhaliyə qarşi soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfransın materialları. Xüsusi Buraxılış. №,64, 65, 66. Bakı, 2017, s. 77-83.
  4. Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər) Bakı, 1997, s.49
  5. İsmayılov K. Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)//Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları. Elmi redaktor və Ön sözün müəllifi: Yaqub Mahmudov. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s.115-116.
  6. İsmayılov K. Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)//Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları. Elmi redaktor və Ön sözün müəllifi: Yaqub Mahmudov. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s.119.
  7. İsmayılov K. Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)//Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları. Elmi redaktor və Ön sözün müəllifi: Yaqub Mahmudov. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s.117-118
  8. Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II cild, I kitab. Gəncə quberniyasında soyqırımı. 1917-1920-ci illər, Bakı, Tarix İnstitutunun nəşri, 2011, s.265-287.
  9. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II cild, Bakı, 2005, s.461-462". (#cite_web_url); (#accessdate_missing_url)
  10. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II cild, Bakı, 2005, s.461-462". (#cite_web_url); (#accessdate_missing_url)
  11. "Səbahəddin Eloğlu "Zəngəzur hadisələri"". (#cite_web_url); (#accessdate_missing_url)
  12. "İ.Musayev "Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921)"". (#cite_web_url); (#accessdate_missing_url)
  13. "İsmayılov K. Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)//Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları. Elmi redaktor və Ön sözün müəllifi: Yaqub Mahmudov. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s". (#cite_web_url); (#accessdate_missing_url)
  14. "ZƏNGƏZUR QƏZASINDA TÜRK-MÜSƏLMAN SOYQIRIMI". tarixinstitutu.az. 2021-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2021.
  15. "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II cild, I kitab. Gəncə quberniyasında soyqırımı. 1917-1920-ci illər, Bakı, Tarix İnstitutunun nəşri, 2011". (#cite_web_url); (#accessdate_missing_url)
  16. "Zəngəzur qırğınları". 525.az. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]