Qafan hadisələri

Qafan hadisələri, Qafan faciəsi və ya Qafan qırğını — 1987-ci ilin noyabrından 1988-ci ilin fevralına qədər SSRİ tərkibindəki Ermənistan SSR-nin Qafan rayonu ərazisində yaşayan azərbaycanlı əhalinin zorakı və məcburi şəkildə qovulması. Qafan rayonunda Ermənistanda digər ərazilərə nisbətdə daha çox azərbaycanlı yaşayırdı, 1979-cu ildə burada yaşayanların 10 minə yaxını azərbaycanlı idi.

Qafan hadisələri
Əsas münaqişə: Dağlıq Qarabağ münaqişəsi
Ümumi məlumatlar
39°06′ şm. e. 46°18′ ş. u.HGYO
Yeri Qafan rayonu, Ermənistan SSR, SSRİ
Hücumun hədəfi Yerli azərbaycanlılar
Tarix
  • noyabr 1987 – fevral 1988 (3 ay, )
Hücum metodu Qətl, qarət, talan
Ölü sayı

Tomas de Vaala görə:

  • yoxdur

Azərbaycan mənbələrinə əsasən:

  • 7 nəfər

Ermənistan mənbələrinə əsasən:

məlum deyil
Yaralı sayı

Azərbaycan mənbələrinə əsasən: naməlum


Ermənistan mənbələrinə əsasən:

məlum deyil
Nəticə 4 minə yaxın azərbaycanlı qovulmuşdur

Azərbaycanla açıq qarşıdurmadan xeyli əvvəl Ermənistanda ərazi iddialarını əsaslandıran fikirlər yayılırdı. Bunun Azərbaycana da təsir etməsi nəticədə qarşılıqlı inamsızlıq və düşmənçilik formalaşdırmışdı. 1987-ci ilin sonlarından başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlılarla ermənilər arasında qarşıdurmalar yaşanmış, onlardan biri də Qafanda baş vermişdir. Rayon ərazisində azərbaycanlıların yaşadığı kəndlərə hücumlar edilmiş, yerlilər evlərindən qovulmuşdur. Qafanlılar Ermənistandan gələn ilk məcburi köçkünlərə çevrilmiş, vaqonlar və avtobuslarda Bakıya, Sumqayıta gəlmişlər. Buna baxmayaraq, yerli sovet rəhbərliyi hadisələri ört-basdır etmişdir. Həmçinin, şahidlərin ifadələrinə baxmayaraq, ermənilər azərbaycanlıların Qarabağda böhranın baş verməsindən əvvəl Ermənistandan qovulmalarını qəti şəkildə inkar edirlər.

Baş verən hadisələrin işıq üzünə çıxmasının fonunda Azərbaycan SSR-də ictimai-siyasi çalxalanmalar meydana çıxmağa başlamışdır. Azərbaycanlılar üçün bu hadisələr Mart soyqırımıZəngəzur qətliamlarının oxşarı idi. Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyinin Azərbaycan SSR-dən ayrılmaq haqqında qərar qəbul etməsi ilə gərginliyin pik həddə çatması nəticəsində, 1988-ci ilin fevralında Sumqayıtda poqrom aktı baş tutmuş, hadisələrdə Qafandan olan qaçqınlar da iştirak etmişdir.

Qafan rayonunun Ermənistan SSR xəritəsindəki yeri.

Qafan rayonu o vaxt SSRİ respublikalarından olan Ermənistan SSR-in rayonlarından biri idi.[1] Bu ərazidə azərbaycanlıların sayı respublikanın digər rayonlarına nisbətdə daha çox idi. 1979-cu ilə aid statistik məlumatlara görə, Qafanda 9,307 nəfər azərbaycanlı yaşayırdı.[2] SSRİ-nin dağılmasından sonra rayon müstəqil Ermənistan Respublikasının bir hissəsi olmuş, lakin inzibati ərazi vahidi daha sonra ləğv edilmiş və Sünik mərzi ilə əvəz edilmişdir.[3]

Dövrün cənubi qafqazlı mütəxəssislərinə görə, yaşanan hadisələr gözlənilməz deyildi. Azərbaycanla açıq qarşıdurmadan xeyli əvvəl Ermənistanda ərazi iddialarını əsaslandıran fikirlər yayılırdı. Bunun Azərbaycana da təsir etməsi nəticədə qarşılıqlı inamsızlıq və düşmənçilik formalaşdırmışdı.[4]

1987-ci ilin noyabrında[5] Qafan rayonu ərazisində əsasən azərbaycanlıların yaşadığı kəndlərə çoxsaylı hücumlar gerçəkləşdirilmişdir.[6] Şahidlərin sözlərinə görə, zorakılıqlar yerli partiya rəhbərləri tərəfindən təhrik edilmişdir.[7] 1987-ci ilin noyabr və dekabr aylarında baş tutan hücumlarda yüzlərlə azərbaycanlı evlərini tərk etməyə məcbur edilmişdir.[8] Bu hadisələri öz gözü ilə sovet yazıçısı Aleksandr Proxanov da görmüşdü.[9] 1987-ci ilin noyabrında Qafandan qaçan azərbaycanlıları daşıyan iki yük qatarı Bakıya gəlmişdir. Baş verən hadisə haqqında ətraflı məlumat yoxdur,[10] çünki yerli dövlət rəsmiləri, o cümlədən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi hadisələri ört-basdır edirdi.[11] Buna baxmayaraq, şahidlərin dediklərinə görə, onların üzərilərində zorakılıq əlamətləri var idi.[12]

1988-ci ilin yanvarında da azərbaycanlılara qarşı zorakılıq halları baş tutmuş, çoxlu sayda azərbaycanlı Ermənistandan qaçmışdır.[4][13] Bakı və Sumqayıta gələn yeni məcburi köçkün dalğasının[8] tərkibi olanların təqribən 2 mini Qafandan idi,[12] lakin Azərbaycan mənbələrinə görə, bu say 4 minə yaxın idi.[14] Tarixçi Arif Yunus həmin ərəfədə Qafandan qaçmış dörd avtobus dolusu azərbaycanlı görmüşdür. Məcburi köçkünlər arasında bir neçə gənc azərbaycanlı olsa da, onların çoxusu qadınlar, uşaqlar və yaşlılar idi. Məcburi köçkünlərin çoxusu döyülmüşdü.[15] Qafanlılar Ermənistandan qovulan ilk azərbaycanlılar idi.[16] Həmçinin, 1988-ci ildə Ermənistandan gələn məcburi köçkünlərin çoxu keçmiş Qafan sakinləri idi.[17]

Qafan şəhərinin ümumi görüntüsü. 2012-ci il.

Britaniyalı jurnalist Tomas de Vaala görə, hadisələr vaxtı heç bir ölüm halı qeydə alınmamışdır.[18] Azərbaycan mənbələrinə görə, Qafandakı hadisələr nəticəsində 7 azərbaycanlı döyülmə və vurulma kimi müxtəlif səbəblərdən həlak olmuşdur.[19]

1988-ci ilin fevralında hadisələr artıq Sumqayıtda işıq üzünə çıxmışdı. Yerli partiya rəhbərləri belə bu hadisələrdən bəhs edirdi. Azərbaycanlılar üçün bu hadisələr Mart soyqırımıZəngəzur qətliamlarının oxşarı idi.[20] 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyi Azərbaycan SSR-dən ayrılmaq qərarı alır və gərginlik pik həddə çatır.[18] Bunun nəticəsində Sumqayıtda poqrom aktı baş verir; zorakılıq aktlarında iştirak edənlərin "qisas almaq" istəyən məcburi köçkünlər idi.[21][22] Buna baxmayaraq, sovet mətbuatında qafanlı bir məcburi köçkün olduğunu edən bir şəxsin əslində əvvəllər həbs edilmiş bir cinayətkar olduğunu bildirmişdir.[23] Sumqayıt hadisələri zamanı 32 nəfər həlak olmuşdur. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı idi.[8]

İlk məcburi köçkünlərin və icmalararası zorakılığın baş tutma tarixi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi mübahisələrin mövzusudur.[24] Ermənilər azərbaycanlıların Qarabağda böhranın baş verməsindən əvvəl Ermənistandan qovulmalarını qəti şəkildə inkar edirlər.[25] Erməni alimlərə görə, azərbaycanlılar 1988-ci ilin fevralından əvvəl Ermənistandan qovulmamışdır.[26][27] Qafan rayon komitəsinin ikinci katibi Aramayis Babayan 1987-ci ilin noyabrında azərbaycanlıların Qafanı tərk etməsi faktını inkar etməmişdir. Buna baxmayaraq o, heç bir zorakılığın olmadığını, köçə söz-söhbətlərin və təxribatların səbəb olduğunu iddia etmişdir.[15] Erməni jurnalist Viken Çeteryan iddia edir ki, 1988-ci ilin fevralında Ermənistandakı azərbaycanlıların evlərindən didərgin düşməsinə səbəb olacaq zorakılıq baş tutmamışdı. Onun fikrincə, bu baxış bucağı Sumqayıt hadisələrinin siyasi tələblərə deyil, erməni zorakılığına reaksiya kimi təqdim edir.[28]

Hadisələr vaxtı SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndəsi olan Vyaçeslav Mixaylovun sözlərinə görə, azərbaycanlıların Ermənistandan qovulması Sumqayıt faciəsindən əvvəl başlamışdı.[25]

  1. Центральный Исполнительный Комитет Союза ССР, Всероссийский центральный исполнительный комитет. Административно-территориальное деление союза ССР (Районы и города СССР). Издательство "Власть Советов" при Президиуме ВЦИК Москва, 1931, страницы 234–237
  2. Broers, 2019b. səh. 12–13
  3. Ermənistan Milli Məclisi, 1995
  4. 1 2 Qlants, 1991. səh. 11
  5. BBC, 2005
  6. Yunusov, 2005. səh. 39
  7. Broers, 2019b. səh. 4
  8. 1 2 3 Yunusov, 2005. səh. 38
  9. Həmid, 2020
  10. de Vaal, 2013. səh. 19–20
  11. Bağırov, 1998
  12. 1 2 Bölükbaşı, 2011. səh. 86
  13. Kornell, 1998. səh. 52
  14. Mustafa, Arzumanlı, 1998. səh. 120–121
  15. 1 2 de Vaal, 2013. səh. 20
  16. Vəliməmmədov, 2019. səh. 14
  17. Bölükbaşı, 2011. səh. 106
  18. 1 2 de Vaal, 2013. səh. 31
  19. Mustafa, Arzumanlı, 1998. səh. 192–193
  20. Broers, 2019a. səh. 16
  21. Bölükbaşı, 2011. səh. 87
  22. Şahmuradyan, 1990. səh. 139
  23. Kuliş, Məlikov, 1988
  24. Broers, 2019b. səh. 22
  25. 1 2 de Vaal, 2013. səh. 343
  26. Akopyan, 2010. səh. 39–44
  27. Oqanezov, Xaratyan, 2014. səh. 94
  28. Çeteryan, 2008. səh. 105–106
  • Broers, Laurens. A Violent Unravelling // Armenia and Azerbaijan: Anatomy of a Rivalry (ingilis). Edinburgh University Press. 2019. ISBN 9781474450522.
  • Broers, Laurens. Displacements // Armenia and Azerbaijan: Anatomy of a Rivalry (ingilis). Edinburgh University Press. 2019. ISBN 9781474450522.
  • Akopyan, Tatul. Karabakh Diary, Green and Black: Neither War nor Peace (ingilis). Antelias Publishing. 2010. ISBN 9953018162.
  • Oqanezov, Qrişa; Xaratyan, Hranuş. Самооборона армян Кировабада в 1988-1989 гг. глазами очевидцев (rus). Гитутюн. 2014.
  • Şahmuradyan, Semyuel. The Sumgait Tragedy. 1. Aristide Caratzas and the Zoryan Institute. 1990. ISBN 0892414901.
  • Bölükbaşı, Suha. Azerbaijan: A Political History. London: I. B. Taurus. 2011. ISBN 1780767595.
  • "Карабах: хронология конфликт". BBC Russian Service (rus). BBC. 29 avqust 2005. 2012-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-18.
  • de Vaal, Tomas. Black Garden: Armenia and Azerbaijan through Peace and War (ingilis) (10th Anniversary, Revised, Updated). NYU Press. 2013. ISBN 0814760325.
  • Çeteryan, Viken. War and Peace in the Caucasus: Russia's Troubled Frontier (ingilis). Armenian Research Center, Oxford University Press. 2008. ISBN 185065929X.
  • Kornell, Svante E. "Turkey and the Conflict in Nagorno Karabakh: A Delicate Balance". Middle Eastern Studies (ingilis). Taylor & Francis. 34 (1). 1998. JSTOR 4283917.
  • Vəliməmmədov, Məmməd. Очерки по Карабахской войне (rus). ЛитРес. ISBN 9785532102002.
  • Bağırov, Adil. "Top 5 Myths Circulating about the Nagorno-Karabakh Conflict". Azerbaijan International Magazine (ingilis). Bakı. 1998.
  • Yunusov, Arif. Karabakh : past and present (PDF) (ingilis). Bakı: Turan İnformasiya Agentliyi. 2005. ISBN 950021135811.
  • Həmid, Tural. "Bakı erməniləri: Qarabağın qurbanları". AzLogos (az.). 17 noyabr 2020. 2022-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-14.
  • Arzumanlı, Vaqif. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq (PDF) (az.). Bakı: "Qartal" nəşriyyatı. 1998. (#first_missing_last)
  • "Закон Республики Армения №С-062-1-ЗР-18 "Об административно-территориальном делении Республики Армения"". Ermənistan Milli Məclisi (rus). 28 yanvar 2014 tarixində arxivləşdirilib.
  • Qlants, Yuri. "Когда мертвые держат живых". Диалог (rus) (11). iyul 1991.
  • Kuliş, O.; Məlikov, D. "Черным семенам не прорасти". Социалистическая индустрия. 27 mart 1988.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]