İsa bəy Hacınskinin evi (İçərişəhər)

İsa bəy Hacınskinin eviBakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 103 ünvanında yerləşir.

İsa bəy Hacınskinin evi
Xəritə
Əsası qoyulub 1912
Ölkə
Yerləşir Azərbaycan, Bakı, Səbail,Neftçilər,103
40°21′34″ şm. e. 49°50′02″ ş. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bina 1912-ci ildə tikilib. Zəngin Hacınskilərin şəhərdə bir neçə yerdə mülkləri vardı, məsələn, Bül-Bül prospekti, Füzuli küçəsi ünvanındakıları göstərmək olar. Bunlardan ən əzəmətlisi "Hacınskinin evi" kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən binadır. Bakı bulvarının salınmasında İsa bəy Hacınski çoxlu pul xərcləmişdi, ona görə də mülkünü məhz dəniz kənarında tikdirməyi qərara gəlir. İmarətin girəcəyində, iki tərəfdə mərmərdən yonulmuş aslan heykəlləri var idi. Təəssüf ki, 1918-ci il mart hadisələri zamanı bu aslan heykəlləri atılan düşmən qumbaralarından parça-parça olub. Hətta İsa bəy Hacınski bina tam hazır olduqdan sonra memara vəd etdiyi məbləğdən artıq pul verir, çünki bina onun çox xoşuna gəlir, memarın işindən razı qalır.[1] Məbləğ o qədər böyük olur ki, həmin memar Almaniyanın Berlin şəhərində bu pullara bir imarət ucaldır.

1910-cu ildə Hacınski kinoproyektor gətizdirmişdi və mütəmadi olaraq orada yeni filmlərin nümayişini edirdi.

Muzeyin binası

[redaktə | mənbəni redaktə et]

Binada bir sıra üslublara rast gəlmək olur, qotik, barokko, modern və sairə. Binanın üzərində bu gün də de Qollun adına vurulmuş memorial lövhəni görmək mümkündür.[2]

  1. "Tarixin sınağında". 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-09.
  2. "memarlıq binaları". 2018-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]