Qəni Məmmədovun evi — Bakıda, İçərişəhərdə Asəf Zeynallı 45 ünvanında 1908-ci ildə tikilmiş 3 mərtəbəli yaşayış evi.
Qəni Məmmədovun evi | |
---|---|
40°21′54″ şm. e. 49°50′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, A.Zeynallı küçəsi, 45 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar | Nikolay Bayev |
Tikilmə tarixi | 1908-ci il |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 2116 |
Kateqoriya | Ev |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tacir Qəni Məmmədova məxsus olan bina Qasımov qardaşları tərəfindən tikilib. Aprel işğalından sonra isə baxımsız qalıb.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Bina 1908-ci ildə İçərişəhərdə Asəf Zeynallı 45 ünvanında sahibkar Qəni Məmmədov üçün tikilib[1]. Bina 1646-cı ilə aid bir mədrəsənin yerində tikilib. Hazırda həmin mədrəsədən yalnız binaya bitişik şəkildə salamat qalmış bir girişli kiçik hissə qalıb. Memarı Nikolay Bayev[2] olan bina "Qasımov qardaşları və K" şirkəti tərəfindən cəmi 1 ilə tikilib[2]. Binanın ölçüsünü və bədii detalların sayını nəzərə alsaq bu çox qısa müddətdir. Binanın xarici divarları 90 sm qalınlığa malikdir[2]. Binanın əsas girişində olan pilləkanlar çox mürəkkəb quruluşa malikdir. Bundan başqa pilləkanlar boyunca divarların hər iki tərəfində gözəl divar rəsmləri var[2].
Binanın sahibi Qəni Məmmədov Xəzər dənizində bir çox gəmiyə sahib olub. Əsasən pambıq ticarəti ilə məşğul olan o, Orta Asiya, Rusiya və İran arasında da malların daşınmasında böyük paya sahib idi. Aprel işğalından sonra Bakını tərk edərək Rusiyaya daha sonra isə Polşaya gedib. Sonrakı həyatı haqqında heç bir məlumat yoxdur[2].
Aprel işğalından sonra ev bir neçə il boş qalıb. Daha sonra isə burada bir neçə dövlət müəssisəsi və uşaq bağçası fəaliyyət göstərib. Sonradan isə evin birinci və ikinci mərtəbələri çoxsaylı mənzillərə bölünüb. Uzun müddət baxımsız qalan binanın vəziyyəti pisləşib. Yaşayış üçün uyğunsuz vəziyyətdə olan bina bu dəfə də 18 il boş qalıb. Bu dövr ərzində binanın interyerinə aid bir çox dəyərli elementlər, lampalar, çilçıraqlar, pərdələr, rəsmlər, xalçalar və hətta qapı tutacaqları belə məhv olub[2].
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[3]
1981-ci ildə çəkilmiş "Tehran-43" filminin bəzi epizodları Qəni Məmmədovun evində çəkilib[4][5].
2015-ci ildə “Əli və Nino” əsəri əsasında Bakıda çəkilmiş Əli və Nino filminin bəzi epizodları Qəni Məmmədovun evində çəkilib[6][7].