Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Ramazanovların evi — İçərişəhərdə yerləşən XIX əsrə aid bina. Bina 1895-ci ildə tacir Hacı Məmmədkərim Ramazanovun göstərişi ilə tikilmişdir. Milli-romantik üslubda inşa olunmuş binanın memarı məlum deyil.[1]
Ramazanovların evi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Vəli Məmmədov küçəsi 24 |
Sifarişçi | Məmmədkərim Ramazanov |
Tikilmə tarixi | 1895 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Ramazanovların evi 1895-ci ildə tacir Hacı Məmmədkərim Ramazanovun göstərişi ilə tikilmişdir. Bina Hacı Məmmədkərim Ramazanov və onun həyat yoldaşı Ümbülbanuya məxsus olmuşdur. Dörd mərtəbədən ibarət olan bu bina milli-romantik üslubda inşa edilmişdir.[1] İkinci mərtəbədən sonuncu mərtəbəyə qədər uzanan tağlar, eləcə də sonuncu mərtəbənin taxtalı eyvanının stalaktik sistemə istinad edən konxaların tili, günbəzi və daş üzərində bədii oyma ilə örtülmüş tipanlar binaya xüsusi gözəllik verir. Fasadlarda şərq məmarlığının elementlərindən istifadə edilmişdir. Binanın birinci mərtəbəsində Hacı Məmmədkərim “Ermes” adlı elektro teatr açmışdır. İkinci mərtəbə məşhur biznesmen Rəhim xana icarəyə verilmişdir. Üçüncü mərtəbədə zinət əşyaları satılan dükanlar fəaliyyət göstərmişdir. Dördüncü mərtəbədə isə Ramazanov ailəsi yaşamışdır. Binanın taxtalı eyvanında vaxtaşırı “Muğam gecələri” təşkil edilərmiş. Naxışlı eyvan isə Ramazanovların istirahət yeri olmuşdur. Bu eyvandakı naxışlar maraqlı simvolik məna daşıyır. Belə ki,eyvandakı yarpaq şəkilli naxışlar Bakının küləkli şəhər olduğunu simvolizə edir. Ramazanovlar ailəsinin yaşadığı ev sovet hakimiyyəti dövründə ayrı-ayrı mənzillərə bölünərək əhali arasında paylanılmışdır.