Bazar meydanı (İçərişəhər)

Sıratağlı dini-memarlıq kompleksi, Bazar meydanı və ya Xanəgah kompleksiİçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi.

Sıratağlı dini-memarlıq kompleksi
Paqan məbədi
Xəritə
40°22′02″ şm. e. 49°50′13″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.93
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Sıratağlı dini-memarlıq kompleksi (İçərişəhər)
Sıratağlı dini-memarlıq kompleksi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qız Qalasının şimal tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zamanı maraqlı quruluşa malik sıratağlı abidə aşkar olunmuşdur.

Bazar meydanında daş qoyun heykəlləri

Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunması Məscidül-Həramı xatırladır. Aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazidən 52 qəbir aşkar olunmuşdur. Qəbirlərin əksəriyyəti "əmanət meyitlər"dir. Abidə ərazisində və tağlar altında olan qəbirlər yəqin ki, başqa yerdən gətirilən "əmanət meyitlər"ə məxsus olmuşdur. Müsəlman adətlərinə görə bəzi şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirdilər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda meyiti əmanət olaraq yaxın yerlərdə basdırırdılar. Həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralı cənub-şərq tərəfdə səkkizguşəli böyük bir sütun aşkar olunmuşdur. Sütün daşla hörülmüş səkkizguşəli, üç pilləli səki üzərində dayanmışdır. Onun hündürlüyü 1,31 m, qalınlığı isə 48 sm-dir. Tapılan maddi-mədəniyyət abidələri və qəbirlər, buranın müqəddəs ziyarətgah olması barədə arxeoloqların fikirlərinin reallığını bir daha təsdiq edir.

  • "BAZAR MEYDANI (Sıratağlı dini-memarlıq kompleksi)" (az.). icherisheher.gov.az. 2015-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]