Xıdır məscidi — İçərişəhərdə yerləşən XIX əsrə aid tarix-memarlıq abidəsi.
Xıdır məscidi | |
---|---|
40°21′54″ şm. e. 49°50′02″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Maqomayev küçəsi, 24 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | 1301 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 84 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Xıdır məscidi 1301-ci ildə İçərişəhərdə indiki M.Maqomayev küçəsi 24 ünvanında tikilib.[1][2] İki mərtəbəlidir lakin mərtəbələr arasında əlaqə yoxdur.[3]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[4] Xıdır məscidi də bu dövrdə fəaliyyətini dayandırıb.
1988-ci ildə dаş qübbənin аşаğı mərtəbəsində arxeoloji qazıntılar və pоrtаlda bərpа işləri aparılıb. Bundan sonra məlum olub ki, məscid atəşpərəst məbədi üzərində inşa olunub.[5]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6][7]