Müqəddəs Varfolomey kilsəsi — İçərişəhərdə mövcud olmuş, hal-hazırda isə qalıqları qalmış kilsə.
Müqəddəs Varfolomey kilsəsi | |
---|---|
40°21′58″ şm. e. 49°50′12″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, A.Zeynallı küçəsi, 67 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Layihə müəllifi | İ. V. Edel |
Memar | İ. V. Edel |
Tikilmə tarixi | 1892 |
İstinad nöm. | 5716-1 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Müqəddəs Varfolomey kilsəsi 1892-ci ildə yerli xristian əhalinin bəxşişləri hesabına[1] Həvari Varfolomeyin şəhid edildiyinə inanılan yerdə inşa edilmişdir. Kiçik kapella formalı ortodoks kilsəsinin interyerini Varfolomey və digər müqəddəslərin ikonaları bəzəyirdi.[2] Kilsə memar İ. V. Edelin layihəsi əsasında rus kilsələrinin memarlıq üslubunda inşa edilmişdi. Kilsə Bakının ilk və ən qədim kilsəsinin özülləri üzərində inşa edilmişdi. İnanca görə, Qız qalası yaxınlığında yerləşən bu ərazidə b.e. 71-ci ilində Həvari Varfolomey yerli bütpərəstlər tərəfindən çarmıxa çəkilərək öldürülmüşdür.[3][4][5] Kilsə 1936-cı ilə kimi fəaliyyətini davam etdirmiş, daha sonra isə dinlə mübarizə kompaniyası çərçivəsində sökülmüşdür. Müasir dövrdə Müqəddəs Varfolomeyin anım günü olan 24 iyun səhəri Bakı yeparxiyası kilsənin qalıqları olan yerdə moleben həyata keçirir.[6] 2003-cü ildə Konstantinopol patriarxı Vorfolomey Müqəddəs Varfolomeyin qalıqlarının bir hissəsini Azərbaycan xristianlarına hədiyyə olaraq Bakıya gətirmişdir və həmin qalıqlar indi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında saxlanılır.[7] Müqəddəs Varfolomey kilsəsinin qalıqları 2015-ci ildə arxeoloji abidə kimi qeydə alınmışdır.[8]