Bu məqalə İçərişəhərdəki məscid haqqındadır. digər məscidlər üçün İmam Əli məscidi (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Seyid Yəhya Murtuza məscidi və ya Həzrət Əli məscidi[1][2][3][4] — İçərişəhərdə yerləşən XVII əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid.
Həzrəti Əli məscidi | |
---|---|
Həzrəti Əli məscidi və ya Seyid Yəhya Murtuza məscidi | |
40°21′53″ şm. e. 49°50′07″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Status | Ölkə əhəmiyyətli abidə |
Şəhər | Bakı |
Yerləşir | Asəf Zeynallı küçəsi 18, İçərişəhər, Səbail |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Sifarişçi | Seyid Yəhya Murtuza |
Tikilmə tarixi | XVII əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Günbəzləri | 1 ədəd |
Vəziyyəti | Restavrasiya olunub. |
İstinad nöm. | 86 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid yenidən fəaliyyət göstərməyə başlayıb.
Məscid XVII əsrdə İçərişəhərdə indiki Asəf Zeynallı küçəsində tikilib. Məscidi Seyid Yəhya Murtuza öz şəxsi vəsaiti hesabına tikdirib və özü din xadimi kimi məsciddə axund olaraq fəaliyyət göstərib. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir.[5][6] Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var.[7]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[8] Həzrət Əli məscidi də sovet işğalından sonra fəaliyyətini dayandırıb. Sovet dövründə məscidin binasında dülgər sexi fəaliyyət göstərib.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[9][10]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscidin qəzalı binası təmir edilib və məscid yenidən fəaliyyət göstərməyə başlayıb.
2018-ci ildə məscidlə üzbəüz şərab evinin açılması narazılığa səbəb olub.[11][12][13][14]