Qoşadizə (əvvəlki adı: Qoşa Dizə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşa Dizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşa Dizə kəndi Qoşadizə kəndi, Qoşa Dizə kənd inzibati ərazi dairəsi Qoşadizə kənd inzibati ərazi dairəsi adlandırılmış, Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Araz qəsəbəsi və Təzəkənd kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2015-ci il tarixli, 1342-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşadizə kəndinin 658 ha (bundan dövlət mülkiyyətində olan 28 ha, bələdiyyə mülkiyyətində olan 311 ha və xüsusi mülkiyyətdə olan 319 ha) təşkil edən ərazisi Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin ərazisinə birləşdirilmiş, Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi ləğv edilmiş, Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.[2]
Qoşadizə | |
---|---|
39°10′03″ şm. e. 45°26′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Məlumatlara görə oykonim qoşa və İran dillərinə məxsus olan dizə, "qala", "kənd", "istehkam", "hasar" mənalarında işlədilən sözlərdən ibarət olub, "qoşa qala, istehkam" deməkdir.[3]
Qoşadizə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1865 | Qoşadizə nekropolu[4] | I-III əsrlər | Qoşadizə kəndi | Arxeoloji | Ölkə |
Kənd Naxçıvançayın sahilində yerləşirdi.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 1224 | 614 | 610 |
2009[6] | ↗1435 | ↗716 | ↗719 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.