Nəzərabad (Babək)

NəzərabadNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəzərabad kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəzərabad kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Didivar kəndi mərkəz olmaqla, Didivar kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Nəzərabad
39°18′41″ şm. e. 45°25′56″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 991 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Nəzərabad xəritədə
Nəzərabad
Nəzərabad

Kəndin keçmiş adı Dəmirzindan (oradakı dəmir körpünün adı) olmuşdur. Yaşayış məntəqəsi vaxtı ilə Dərələyəz mahalından köçməyə məcbur olmuş ailələrin Dəmirzindan adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrə aid məlumata görə Naxçıvan əyalətində suvarma məqsədilə istifadə edilən su ayrı-ayrı qolçomaqlara məxsus olduğu halda tək-tək hallarda bütün icmaya məxsus idi. Belə icmalardan biri də Nehrəm icması olmuşdur. Tədqiqatçılara görə oykonim ərəb dilindəki nəhr (çay, kanal, axar su) və am/əm icma komponentlərindən düzəlib. İcmaya məxsus su mənasındadır. Oykonim "Nəzərə məxsus kənd"mənasındadır.[3]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Nəzərabad kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
1873 Meydantəpə yaşayış yeri[4] E.ə. I minillik Nəzərabad kəndi Arxeoloji Ölkə
1874 Nəzərabad nekropolu[5] XIV-XVII əsrlər Nəzərabad kəndi Arxeoloji Ölkə

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Cəhriçayın sahilində, dağətəyi düzənlikdə yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[6] 1008 506 502
2009[7] ↗1133 ↗562 ↗571

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
  2. "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  3. Nəzərabad (Babək) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
  4. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  5. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  6. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 38.
  7. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 37". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]